Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-157/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun, İddiaçılar Mirzalıyev Kamal Nadir oğlunun və İddiaçı4, Cavabdeh Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Mirzalıyev İsmayıl Kamal oğlu və İddiaçı4 Kamal oğlu cavabdehlər Cavabdeh1 və Göyüşov Nüsrət Əbülfət oğluna qarşı torpaq üzərində mülkiyyət hüququnu pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki Bərdə Rayon məhkəməsinin inzibati binasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, Mirzalıyev İsmayıl Kamal oğlu və İddiaçı4 Kamal oğlu məhkəmədə iddia qaldıraraq cavabdehlər Göyüşov Əlövsət Əbülfət oğlunun və Cavabdeh2 Bərdə rayonu Qarağacı kəndində yerləşən və mülkiyyətlərində olan 2,0 ha torpaq sahəsinin 0,45 ha hissəsindən çıxarılmalarına və torpaq sahəsinin sahibliklərinə qaytarılması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İsahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə onlara yaşadıqları kənddə 2.0 ha torpaq sahəsi və həmin torpaq sahəsinə torpaa mülkiyyət hüququna dair JN 0075 KOD 61014018 saylı Dövlət aktı da verilmişdir. Sözügedən torpaq sahəsinin 0.45 ha hissəsini neçə müddətdir ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 Əbülfət oğlu və onun qardaşı Cavabdeh2 zəbt edərək torpaqdan istifadə etmələrinə maneçilik törətməklə, mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar, bu səbəbdəndə məcbur qalıb, məhkəmədə iddia qaldırmalı olublar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı4 iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərərləfin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan əxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxxxx 1968-ci ildə doğulmuş, Bərdə rayonu, Mirzəcəfərli kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx xxxxxx 1968-ci ildə doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx xxxx 1993-cü ildə doğulmuşdur, Bərdə rayonu Mirrzəcəfərli kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı4 xx xxxx 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu Mirzəcəfərli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 279 nömrəli, 22 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı4 Bərdə rayonu, Qarağacı kəndində yaşayır. İş materiallarında olan JN-0075 KOD 61014018 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktının surətindən müəyyən olunur ki, X3, İddiaçı2, X1 və Mirzəliyev Amil Kamal oğlunun mülkiyyətinə Bərdə Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə Bərdə rayonu, Mirzəcəfərli kəndində 2 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan RX ******* nömrəli Dövlət reyestrindən çıxarışın sürətindən müəyyən olunur ki, Cavabdeh2 Əbülfət oğlunun mülkiyyətində Bərdə rayonu Mollagüllər kəndində 2.024 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Mülki iş üzrə Bərdə Rayon Məhəkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(021)1750/2021 saylı qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN 0075 KOD 61014018 saylı Dövlət Aktı ilə iddiaçı Mirzalıyev İsmayıl Kamal oğlunun və ailə üzvülərinin mülkiyyətinə verilmiş 2.00 ha torpaq sahəsinin 0.45 ha hissəsi cavabdehlər tərəfindən istifadə edilir. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş qəbzinin surətindən görünür ki, Mirzalıyev Kamal Nadir oğlu mütəxəssis rəyinin dəyəri olan 312 manatı ödəmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçılar “məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların pay torpaq sahəsini zəbt etməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, iddiaçılar X5, İddiaçı2, X2 və X7 məxsus olan Bərdə rayonu Mirzəcəfərli kəndində yerləşən 2 ha pay torpaq sahəsinin 0.45 ha hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçılar X3, İddiaçı2, X1 və Mirzəliyev Amil Kamal oğlunun mülkiyyətində olan torpaq sahəsi üzərindəki pozulmuş hüquqları bərpa edilməli, onların iddia tələbi təmin edilməklə Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində çıxarılmalı və iddiaçıların mübahisəli torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqları bərpa edilməli, ekspertiza rəyinin verilməsi üçün ödənilmiş 312 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçılara verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, Mirzalıyev İsmayıl Kamal oğlu və İddiaçı4 Kamal oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq üzərində mülkiyyət hüququnu pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Göyüşov Nüsrət Əbülfət oğlu iddiaçılar İddiaçı1, Qarayeva Mehriban Ənvər qızının, Mirzalıyev İsmayıl Kamal oğlunun və İddiaçı4 Kamal oğlunun mülkiyyətlərində olan, Bərdə rayonu Mirzəcəfərli kəndində yerləşən 2,0 ha torpaq sahəsinin 0.45 ha pay torpaq sahəsindən çıxarılsın. İddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı və ekspertiza rəyinin verilməsi üçün ödənilmiş 312 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçılara ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-157/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-157/2022
01.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver