Məhkəmə qərarları › İş №2(021)-1574/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1574/2021

29.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1574/2021 29.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X5 iştrakları ilə, İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinə gələn su arxının qarşısının alan hərəkətlərin qanunsuz hesab olunması və suvarmanın bərpa edilməsi” tələbinə dair ilk və cavabdeh , qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə gələn yolun cavabdehin hesabına açılması və torpaq üzərində mülkiyyət hüquqqlarınını pozan hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçıı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus həyətyanı torpaq sahəsinə gələn su arxının qarşısının alması hərəkətlərinin qanunsuz hesab edilməsi, su arxının Cavabdeh hesabına bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Bərdə rayon Mustafaağalı kəndində yaşayır. Həmin kənddə özünə məxsus fərdi yaşayış evi və onun 0.23 ha torpaq sahəsi vardır. Həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını 10.12.2014-cü ildə tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən reyestr nömrəsi **********40-10301 saylı “Texiniki Pasport” almaqla qeydə aldırmışdır. Həmin gündən bu günə qədər həmin fərdi yaşayış evinin həyətaynı torpaq sahəsində inşa etdiyi tövlədə mal-qara saxlamaqla, o cümlədən meyvə-tərəvəz əkib becərməklə onlardan əldə etdiyi qazancla ailəsini dolandırmışdır. O, 1983-cü il tarixdən bu günədək həyətyanı torpaq sahəsini suvarmaq və mal-qaranın suya olan ehtiyacını ödəmək üçün həmin arxdan istifadə etmişdir. Ona məxsus həyətyanı torpaq sahəsinin yanında hazırki iş üzrə Cavabdeh torpaq sahəsi vardır. Bir müddətdir ki, Cavabdeh həmin həyətyanı torpaq sahəsinin suvarılması üçün istifadə olunan su arxının qarşısını kəsmiş və hüquqlarını kobud şəkildə pozaraq torpaq sahəsinin suvarılmasına maneəçilik törətmişdir. Dəfələrlə cavabdehə hərəkətlərinə son qoyulması ilə bağlı müraciət etmiş, lakin cavabdehlər qanunsuz hərkətlərini davam etdirərərk ona maneçilik törədir. Ona görə də, məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlar əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, cavabdehn onun mülkiyyətində olan Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinə gələn yolun hazırkı iş üzrə cavabdehin hesabına açılması və torpaq üzərində mülkiyyət hüquqqlarınını pozan hərəkətlərin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddiası əsassızdır. Belə ki, Bərdə rayon Mustafaağakı kəndində mərhum atası X7 1987-ci il tarixdə fərdi yaşayış evi tikdirmişdir. Həmin fərdi yaşayış evinin həyətyanı sahəsinə dair Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 12 saylı qərarı əsasında JN 014A, Kod 61000078 nömrəli Torpağın Mülkiyyətə verilməsinə air Şəhadətnamə verilmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi su arxı onlara məxsus fərdi yaşayış evinin arxasından keçərək ona məxsus həyətyanı torpaq sahəsinə gedir. Onların əvvəlcədən razılaşması belə olmuşdur ki, onun məhləsindən onlara gələn 4 metr enində yolu bağlamayacaq, bunun müqabilində isə o, şəxsi məhləsindən ona gedən suyun daimi axmasını təmin edəcəkdir. Ancaq bi müddət sonra ik iddia üzrə iddiaçı onlara məxsus evə gələn yolu bağlamışdır. Dəfələrlə yolun açılmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də şəxsi məhləsindən keçən su arxını bağlamışdır. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk iddia tələbinin rədd olunmasını xahiş etdi. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayon Mustafaağalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 131 saylı 05.04.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Mustafaağalı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Seriya AZE № 15085471 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 10.08.1978-ci il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayon Mustafaağalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 157 saylı 19.04.2021-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh Bərdə rayon Mustafaağalı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı məxsus **********40-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Mustafağalı kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Mülki işə əlavə olunmuş JN-014A KOD 61000078 Torpağin Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 12 saylı qərarı ilə Bərdə rayon Mustafağalı kənd sakinləri X2, X1 və Cavabdeh mülkiyyətinə 0.30 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş X4 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Mustaafağalı kəndində 0.23 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 55.6 kv.m yaşayış, 159.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı (fərdi yaşayış evi tam), X3 (torpaq sahəsi 1/5 hissə), X8 (torpaq sahəsi 1/5 hissə), X6 (torpaq sahəsi 1/5 hissə) və X9 (torpaq sahəsi 1/5 hissə) paylı mülkiyyətindədir. Mülki işə əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı və Cavabdeh tərəfindən (hər biri) 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış protokolundan görünür ki, tərəflər qohumluq münasibətlərində olmaqla həm də qonşudurlar. İddiaçı öz həyətyanı sahəsini suvarmaq üçün Cavabdeh məxsus torpaq sahəsindən keçən su arxından istifadə etmək istəyir. Həmin su arxı Cavabdeh məxsus evin arxa tərəfindən keçir ki, o da narazılıq bildirir ki, həmin su onun evinə ziyan vurur. Həmçinin həmin su arxından cavabdeh özü də istifadə etməklə torpağını suvarır. Cavabdeh da İddiaçı torpaq sahəsindən istifadə etməklə öz ərazisinə traktorun daxil olmasını istəyir. Məhkəmə müəyyən etdi ki, Cavabdeh darvazadan həyətə girişdə evi və tövləsi vardır ki, onlar arasında ara məsafə kifayət edir ki, traktor sərbəst surətdə oradan keçərək cavabdehin torpağına daxil olsun. Lakin cavabdeh bildirir ki, həmin ara məsafə imkan vermir ki, traktora mala qoşulmaqla torpaq sahəsinə keçid olsun. Məhkəmə hər iki iddia tələbləri ilə bağlı aşağıdakı hüquq normalarına istinad etməyi zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1.-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 257.1-ci maddəsinə əsasən. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin157.4-cü maddəsində göstərilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Sadalanan qanunuvericilik normalarının işin hallarına tətbiq edərkən məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı torpaq sahəsinin suvarılması üçün iddia tələbi təmin olunmalıdır. Cavabdeh isə öz həyətinə yol olduğundan onun iddiası təmin oluna bilməz. O ki, qaldı traktora mala qoşulmasına məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı torpaq sahəsinə münasibətdə servitut hüququ yaranmır. Həmin malanın sağa və ya sola əyməklə də həmin məsafədən keçirmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; MPM-in 218.3-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia rədd olunduğundan ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı məxsus həyətyanı torpaq sahəsinə gələn su arxının qarşısının alması hərəkətləri qanunsuz hesab edilsin və su arxının açılması Cavabdeh hesabına bərpa olunsun. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun mülkiyyətində olan Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinə gələn yolun cavabdehin hesabına açılması və torpaq üzərində mülkiyyət hüquqqlarınını pozan hərəkətlərin qanunsuz hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin olunmasın. İddia təmin olunduğundan ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia rədd olunduğundan ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar