Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1619/2021 03.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və vəkili X2, İddiaçı2, Nəbiyev Ceyhun Eldar oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Nəbiyev Ceyhun Eldar oğlunun və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qabil qızına və Cavabdeh3 Qabil qızına qarşı “torpaq sahəsindən çıxarılma ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2, Nəbiyev Ceyhun Eldar oğlu və İddiaçı4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Uğurbəyli kəndində yerləşən 1.49 hektar kənd təsərrüfat təyinatlı torpaq sahələrinin onlara aid hissədə istifadə hüquqlarının cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qabil qızı və Cavabdeh3 Qabil qızı tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehlərin həmin torpaq sahəsinin onlara aid hissəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, Nəbiyev Ceyhun Eldar oğlu və İddiaçı4 iddia tələbini onunla əsaslandırmışdırlar ki, cavabdehlərlə yaxın qohumdurlar və uzun müddət onlar bir yerdə yaşamışlar. Cavabdehlərlə ailə üzvləri olduqları üçün və birlikdə yaşadıqları üçün Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayon Uğurbəyli kəndi ərazisində 1.49 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 0257 KOD 61023038 saylı dövlət Aktı da verilmişdir. Daha sonra onlar Bərdə rayon Alaçadırlı kəndinə köçüb yaşamışlar. Bundan sonra cavabdehlər torpaq sahəsinin onlara məxsus hissəsini zəbt edib əkib-becərərək mənfəət götürmüşlər və onlara torpaq sahəsindən istifadə etməyə imlakn verməmişdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, Nəbiyev Ceyhun Eldar oğlu və İddiaçı4 Azərbaycan Resoublikasının MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qabil qızının və Cavabdeh3 Qabil qızının istifadələrində olan onlara aid 0.10 hektar torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Nəbiyev Ceyhun Eldar oğlu iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 vəkili X4 iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Digər iddiçı İddiaçı4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsada məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh1 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh2 Qabil qızı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında cavabdeh Cavabdeh3 Qabil qızı bildirdi ki, iddia tələbinin ona aidiyyatı yoxdur. Belə ki, o həmin kənddə yaşamır, torpaq aktında onun adı yoxdur, özünün ayrıca təsərrüfatı vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1989-cu il tarixdə Bərdə rayon Təzəkənd kəndində anadan olmuşdur. Laçın rayon Qarabəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Eldar oğlu xx.xx.1990-cı il tarixdə Bərdə rayon Təzəkənd kəndində anadan olmuşdur. Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 0712 saylı 07.04.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı1 oğlu ailə üzvləri ilə bilikdə Bərdə rayon Alaçadırlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyətə dair JN-257 sayli KOD 61023038 saylı Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayon Uğurbəyli kənd sakinləri X1, Cavabdeh1, İddiaçı1 Qabil oğluna, Cavabdeh2 Qabil qızına, İddiaçı2 Müzəffər qızına, X3 və İddiaçı3 kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.49 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Uğurbəyli Bələdiyyəsi tərəfindən verilmiş 74 saylı 03.07.2021-ci il tarixli Arayışda qeyd olunur ki, Nazirlər Sovetinin 14.12.1998-ci il tarixli qərarına uyğun olaraq hər bir kənd sakininə 0.24 ha pay torpaq sahəsi verilmişdir. O, cümlədən İddiaçı1 və ailə üzvlərinə də 0.96 ha pay torpağı verilmişdir. Lakin həmin pay torpağının 0.84 ha hissəsi bələdiyyəyə keçib və satış edilmişdir. Bərdə rayon Məhkəməsinin 28.07.2004-cü il qətnaməsi ilə 0.10 ha torpaq sahəsi İddiaçı1 Qabil oğluna verilmişdir. Lakin həmin pay torpağı bu günə qədər Cavabdeh1 istifadəsindədir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Nəbiyev Ceyhun Eldar oğlu və İddiaçı4 cavabdehlər Cavabdeh1n, Cavabdeh2 Qabil qızına və Cavabdeh3 Qabil qızına qarşı iddia qaldıraraq Bərdə rayon Uğurbəyli kəndində yerləşən 1.49 hektar kənd təsərrüfat təyinatlı torpaq sahələrinin onlara aid hissəsindən, yəni 0.10 hissəsindən çıxarılmasını tələb edirlər. Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə həm iddiaçıların, həm də cavabdehlərin (Cavabdeh3 Qabil qızı istisna olmaqla) birgə mülkiyyətinə Bərdə rayon Uğurbəyli kəndində 1.49 ha torpaq sahəsi verilmişdir. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi birgə mülkiyyətdədir və həmin torpaq sahəsinə mülkiyyətçilərin payları müəyyən olunmamış və naturada ayrrılmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, Cavabdeh3 Qabil qızının adı mübahisəli torpaq sahəsinə dair Torpağa Mülkiyyətə dair JN-257 sayli KOD 61023038 saylı Dövlət Aktında qeyd olunmamışdır. Həmçinin Cavabdeh3 Qabil qızı məhkəmə iclasında bildirmişdir ki, iddia tələbinin ona aidiyyatı yoxdur, o köçüb Bərdə şəhərində yaşayır, özünün ayrıca təsərrüfa vardır. Həmçinin Bərdə rayon Uğurbəyli Bələdiyyəsi tərəfindən verilmiş 74 saylı 03.07.2021-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, Nazirlər Sovetinin 14.12.1998-ci il tarixli qərarına uyğun olaraq hər bir kənd sakininə 0.24 ha pay torpaq sahəsi verilmişdir. O, cümlədən İddiaçı1 və ailə üzvlərinə də 0.96 ha pay torpağı verilmişdir. Lakin həmin pay torpağının 0.84 ha hissəsi bələdiyyəyə keçib və satış edilmişdir. Bərdə rayon Məhkəməsinin 28.07.2004-cü il tarixli qətnaməsi ilə 0.10 ha torpaq sahəsi İddiaçı1 Qabil oğluna verilmişdir. Lakin həmin pay torpağı bu günə qədər Cavabdeh1 istifadəsindədir. Həmin arayışda göstərilən məsələlərə dair, alqı-satqı müqaviləsinin olması, iddiaçı və ya cavabdeh və ya Uğurbəyli Bələdiyyəsi tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. MM-nın 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Nəbiyev Ceyhun Eldar oğlunun və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaqdan çıxarılma ” tələbinə dair iddia təmin olunmasın. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-1619/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1619/2021
03.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver