Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-162/2021 16.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı X9, Cavabdehlər İddiaçı və X12 iştirakları ilə, İddiaçılar X9, İddiaçı və X12 cavabdehlər X7 və X16 qarşı “04.05.2020-ci il tarixdə verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və torpaqdan çıxarılma ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar X21, İddiaçı və X23 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X6 və X13 Bərdə rayon Zümürxan kənd əraizisində yerləşən onlara məxsus 0.8 ha torpaq sahəsindən çəxarılmalarına və 5000 manat maddi ziyanın cavabdehlərdən alınaraq onlara verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. İddiaçılar X21, İddiaçı və X23 iddia tələbini onunla əsaslandırmışlar ki, torpaq islahatları zamanı ailə üzvlərinə 0.80 ha torpaq sahəsi verilmişdir. Onlara pul ehtiyacı olduğu üçün 2008-ci ildə yaxın dostu olan cavabdeh X7 torpaq sahələrini 10 illik kirayə vermişlər. Yaxın dostu olduğu üçün cavabdehə etibarnamə vermiş və öz aralarında müqavilə bağlanmışlar. 2018-ci il tarixədək kirayə haqqını alsalar da həmin müddətdən başlayaraq cavabdeh kirayə haqqını vermir. Cavabdehlərdən mülkiyyətlərində olan toröpaq sahəsindən çıxmalarını tələb etsələr əd məhəl qoymamışdır. 2018-ci il tarixdəən 2020-ci il tarixədək onlara kirayə haqqı verməmiş və həmin torpaq sahəsində əkin-biçinlə məşğul olmuşdur. Həmin müddət ərzində onlara 5000 manat ziyan vurmuşdur. Həmçinin cavabdeh ona etibar etdikləri etibarnamədən sui-istifadə edərək arvadı ilə alqı-satqı etmiş və sənədləşmə aparılmışdır. Hazırda həmin etibarnamə ləğv edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçılar X21, İddiaçı və X23 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 04.05.2020-ci il tarixdə verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və cavabdehin onlara məxsus 0.8 ha torpaq sahəsindən çəxarılmalasına dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı X21 iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Digər iddiaçı X23 məhəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X14 iddianı tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X24 iddianı tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AZE № 09735967 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 23.03.1974-cü il tarixdə Kəlbəcər rayonundan anadan olmuşdur. Kəlbəcər rayon Almalıq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AZE № 15161125 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 04.11.1967-ci il tarixdə Bərdə rayon Zümürxaç kəndində anadan olmuşdur. Bərdə rayon Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 219 saylı 10.06.2020-ci il tarixli arayışdan görünür ki, X3 rayon Zümürxan kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AZ–İ № 872630 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X23 Şəmkir rayon Qeydiyyat Şöbəsində 02.10.2013-cü ildə 438 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əmiraslanova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AZE № 08068295 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 09.09.1972-ci il tarixdə Laçın rayon Oğuldərə kəndində anadan olmuşdur. Laçın rayon Oğuldərə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AZE № 13958185 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 15.02.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Laçın rayon Oğuldərə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Vİİ-ЖГ № 405044 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X24 Bakı şəhərində Əzizbəyov rayonundaa 15.11.2000-ci ildə 17 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-203 KOD 61007018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-ci il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Zümürxan kənd sakinləri X9, İddiaçı və X12 mülkiyyətinə 0.80 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş ƏN-İ № 064088 saylı 11.06.2008-ci il tarixli Etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, X21, İddiaçı və X5 rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN-203 KOD 61007018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan Bərdə rayon Zümürxaç kəndində yerləşən 0.80 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və s. Hərəkətlər etməyi X11 etibar etmişdir. Etibarnamə 20 il müddətinə verilmişdir. İş materiallarına əlavə olunmuş AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsinin surətindən görünür ki, X2 Aydın Maşallah oğlunun, İddiaçı və X12 adından çıxış edərək, X9, İddiaçı və X12 birgə mülkiyyətində olan Bərdə rayon Zümürxan kəndində yerləşən 0.8 ha torpaq sahəsini X16 3000 manata satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli, 04.05.2020-ci il tarixli Çıxarışdan görünür ki, Bərdə rayon Zümürxan kəndində yerləşən 0.8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X18 tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 482579 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Zümürxan kəndində yerləşən 0.8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti X22r. İş materiallarına əlavə olunmuş X9 21.06.2020-ci il də notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, Aydın Abbasov 11.06.2008-ci ildə Bərdə rayon 1 saylı notariat ofisində Bərdə rayon Çəmənli kəndində qeydiyyatda olan X8 7E reyestrində 800 nömrə ilə qeyd olunmuş əmlaka sərəncam verilməsinə dair etibarnamə vermişdir və 21.06.2020-ci il də həmin etibarnaməni ləğv edir. Məhkəməyə baxışında Aydın Abbasov tərəfindən verilmiş ərizədən görünür ki, o torpaq sahəsini icarə kimi vermiş və bunun əvəzində 3000 ABŞ dolları almışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-ci il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Zümürxan kənd sakinləri X9, İddiaçı və X12 mülkiyyətinə 0.80 hektar torpaq sahəsi verilmişdir. ƏN-İ № 064088 saylı 11.06.2008-ci il tarixli Etibarnamə əsasında X21, İddiaçı və X5 rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN- 203 KOD 61007018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan Bərdə rayon Zümürxaç kəndində yerləşən 0.80 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və s. hərəkətlər etməyi X11 etibar etmişdir. X2 Aydın Maşallah oğlunun, İddiaçı və X12 adından çıxış edərək, X9, İddiaçı və X12 birgə mülkiyyətində olan Bərdə rayon Zümürxan kəndində yerləşən 0.8 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasənda X1. Həmin torpaq sahəsinin X13 mülkiyyətində olmaslna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli, 04.05.2020-ci il tarixli Çıxarış da verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi 2 hissədən:********** qeydiyyat nömrəli, 04.05.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələblərindən ibarətdir. Tələblər bir biri ilə qarşılıqlı surətdə əlaqəli tələb olduğundan qarşılıqlı surətdə hər birinə qiymət verilməklə nəticəyə gəlmək olar. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə ilk olaraq iddia tələbinin ********** qeydiyyat nömrəli, 04.05.2020-ci il tarixli çıxarışın etibarsızlığına qiymət verməyi zəruri bilir. İşdən göründüyü kimi, X17 ƏN-İ № 064088 saylı 11.06.2008-ci il tarixli Etibarnamə əsasında X9, İddiaçı və X12 adından çıxış edərək, X9, İddiaçı və X12 birgə mülkiyyətində olan Bərdə rayon Zümürxan kəndində yerləşən 0.8 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasənda X1. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər huquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında muqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət huququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə kecir. Mülki Məcəllənin 389.1-ci maddəsində müqavilənin anlayışı verilmişdir. Həmin anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 390.1. və 405.1. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqavilələrini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi ********** qeydiyyat nömrəli, 04.05.2020-ci il tarixli çıxarışın etibarsızlığı hissəsində təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin torpaq sahəsindən çıxarılma hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də tələb təmin olunmamalıdır. Belə ki, Yeni mülkiyyətçinin hüquqları pozulmuş olar. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçılar X15, İddiaçı və X19 aid olunsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar X9, İddiaçı və X12 cavabdehlər X7 və X16 qarşı “04.05.2020-ci il tarixdə verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və torpaqdan çıxarılma ” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar X15, İddiaçı və X19 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-162/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-162/2021
16.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver