Məhkəmə qərarları › İş №2(021)-162/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-162/2022

17.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-162/2022 17.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı Mahmud oğlunun nümayəndəsi X2, Cavabdeh Davıdov Məhərrəm Hüseyn oğlunun iştirakları ilə, İddiaçı Mahmud oğlunun cavabdeh Cavabdeh qarşı cavabdehin mağazadan (torpaqdan) çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh Cavabdeh ona məxsus olan Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Bərdə rayonu DTİ və MHQ İdarəsi tərəfindən 29 dekabr 2000-ci il tarixdə 46 saylı qeydiyyat vəsiqəsinə əsasən adına qeydiyyata alınmış mağazadan (köşkdən) çıxarılması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mahmudov Kamil Mahmud oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində mağaza yeri var, həmin mağaza yeri hüquqi sənədlə onun adınadır. O, həmin mağaza yerini 2000-ci ildə alqı-satqı edib almışdır. Daha sonra isə adına sənədləşdirmişdir. Əvvəllər həmin yeri özü işlətmiş, sonradan səhhəti ilə əlaqədar maddi imkanı pisdir. Həmin yeri işlətmək istəyir, ailə uşağının dolanışığı üçün mağaza kimi fəaliyyət göstərmək istəyir. Həmin vaxt ona məlum olmuşdur ki, cavabdeh Cavabdeh qeyri qanuni olaraq qanuni sənədlə ona məxsus olan Bərdə rayonu Ü.Hacıbəyov küçəsində yerləşən mağazanı (köşk) zəbt edərək çıxmır. Cavabdeh orada köşk qoyub satış mağazası kimi fəaliyyət göstərir. Dəfələrlə cavabdehdən mağazasından çıxmasını tələb etmiş, lakin cavabdeh çıxmaqdan imtina etmişdir. Ona bildirmişdir ki, rəsmi məhkəmə qətnaməsi olmasa bu yerdən çıxmayacaqdır. O, da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Bərdə rayonu DTİ və MHQ idarəsi tərəfindən 29 dekabr 2000-ci il tarixdə verilmiş 46 saylı qeydiyyat vəsiqəsinə əsasən adına qeydiyyata alınmış torpağın üzərində qoyulmuş mağaza və ya köşkün götürülməsi, cavabdehin həmin torpaqdan (mağaza yerindən) çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçıya məxsus heç bir torpaq sahəsini zəbt etməmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Mahmud oğlu xx xxxxx 1977-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri Koroğlu küçəsi ev 11 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2601 nömrəli, 20 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri Koroğlu küçəsi 11 saylı ünvanda qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 4129 nömrəli, 20 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Mahmud oğlunun adına Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən mağaza (köşk) binası keçmiş Bərdə rayonu DTİ və MHQ idarəsi tərəfindən 29 dekabr 2000-ci il tarixdə verilmiş 46 saylı qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********97 nömrəli, 30 avqust 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Mahmudov Kamil Mahmud oğlunun adına Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən mağaza (köşk) binası keçmiş Bərdə rayonu DTİ və MHQ İdarəsi tərəfindən 29 dekabr 2000-ci ildə qeydiyyata alınmışdır və bu barədə məlumat arxiv sənədlərinə əsasən verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının 713-İİQ nömrəli Qanunu 29 iyun 2004-cü il tarixdə qəbul olunmuş, kadastr məlumatları bazası İddiaçı adına mağaza (köşk) binası qeydiyyata alındığı tarixdən sonrakı tarixə təsadüf edir, bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin elektron kadastrı məlumatları bazasında İddiaçı adına olan mağaza (köşk) binasının yerləşdiyi yerin müəyyən olunması mümkün olmamışdır. İş materiallarında olan 2000-ci il tarixli mağaza alqı-satqısı müqaviləsinin surətindən müəyyən olunur ki, X1 TİB-nun 28 dekabr 2000-ci il tarixli 22 nömrəli arayışına və 175 saylı qeydiyyat vəsiqəsinə əsasən Bərdə şəhəri, Ü.hacıbəyov küçəsində 0.8 kvm köçkü İddiaçı satmışdır. İş materiallarında olan 46 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bərdə rayonu 1 nömrəli DHK-nun 29 dekabr 2000-ci il tarixli 3M-90 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına Bərdə şəhəri Ü.hacıbəyov küçəsində köşk qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 4904 nömrəli, 17 avqust 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı adına Bərdə şəhəri Ü.Hacıbəhyov küçəsində yerləşən qeyri yaşayış binası (köşk) Bərdə rahyon 1 saylı DNK-nın 29 dekabr 2000ci il tarixli 3M-90 saylı alqı-satqı müqaviləsinə əsasən Bərdə rayon TİB-də qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(021)-1863/2021 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və iş materialları rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən mülki iş üzrə rəy verilərək rəydə göstərilmişdir ki, mübahisəli əraziyə baxış keçirilib araşdırma aparılarkən müəyyən olunmuşdur ki, elektron kadastr məlumatları bazasında mübahisəli ərazinin kimə məxsus olması haqqında heç bir məlumat yoxdur. İddiaçı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən mağaza yerinə məxsus sənədlərin arxiv qovluğunda mağazanın hansı ərazidə yerləşməsi barədə yerləşmə sxemi mövcud deyildir. Bu səbəbdən də ekspert qarşısında qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qeyd etdiyi torpaq sahəsininmağaza yerinin mülkiyyətdə olmasını təsdiq edə biləcək dəlilləri və sübutları məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən iddia tələbini əsaslandıra bilmədiyindən İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin olunması mümkünsüzdür. Bundan başqa məhkəmə xüsusi olaraq onu da vurğulayır ki, elektron kadastr məlumatları bazasında mübahisəli ərazinin kimə məxsus olması haqqında heç bir məlumat olmadığından İddiaçı həmin əraziyə iddia etməsində subyektiv hüquqda müəyyən edilmir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mahmud oğlunun Cavabdeh qarşı cavabdehin mağazadan (torpaqdan) çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov İş № 2(021) 162/2022 Çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏT NAMƏ 17 yanvar 2022-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun, İddiaçı Mahmud oğlunun nümayəndəsi Mahmudov Samir Mahmud oğlunun, Cavabdeh Davıdov Məhərrəm Hüseyn oğlunun iştirakları ilə, İddiaçı Mahmud oğlunun cavabdeh Cavabdeh qarşı cavabdehin mağazadan (torpaqdan) çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Mahmud oğlunun Cavabdeh qarşı cavabdehin mağazadan (torpaqdan) çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20- 52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «17» yanvar 2022-ci il № 2(021)- 162/2022 İddiaçı X4 Bərdə şəhəri, Koroğlu küçəsi ev 11 Davıdov Məhərrəm Hüseyn oğluna Bərdə şəhəri, M.Hüseynzadə küçəsi ev 10 Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(021)-162/2022 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “ ” vərəqə. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar