Məhkəmə qərarları › İş №2(021)-162/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-162/2023

03.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-162/2023 03.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İ smayılov İ smayıl Abdulla oğlunun cavabdeh Bərdə rayon Lək Bələdiyyəsinin sədri Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İsmayılov İsmayıl Abdulla oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bərdə rayon X3 rayon Qaradəmirçi kəndində yerləşən 0.2 sot torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbinin baxılmamış saxlanılmasını və sənədlərin qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişsə də, cavabdeh nümayəndəsi gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı İsmayılov İsmayıl Abdulla oğlunun cavabdeh Bərdə rayon Lək Bələdiyyəsinin sədri Qulıyeva Vüsalə Şükür qızına qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı İsmayılov İsmayıl Abdulla oğlunun cavabdeh Bərdə rayon Lək Bələdiyyəsinin sədri Qulıyeva Vüsalə Şükür qızına qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı İsmayılov İsmayıl Abdulla oğlu tərəfindən ödənilmiş dövlət rüsumu 100 (bir yüz ) manat geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar