Məhkəmə qərarları › İş №2(021)-1621/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1621/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1621/2023 06.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Ərizəçi Maraqlı şəxs qarşı “övladlarının onun himayəsində olması faktının müəyyən olunmasına” dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Məmmədova (Süleymanova) Məsmə Hafis qızı ilə birgə nikah dövründə dünyaya gəlmiş 14 fevral 2010cu il təvəllüdlü X2 və 15 noyabr 2014-cü il təvəllüdlü X1 onun himayəsində olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaqları cavabdehin himayəsinə verilmiş, hazırda isə iddiaçı uşaqların onun himayəsində olması faktının təsdiq edilməsini tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, uşaqların valideyinlərindən hansının yanında qalması mübahisə yaratdığından mübahisəyə iddia icraatı qaydasında baxılmalı halda ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib etmişdir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “övladlarının onun himayəsində olması faktının müəyyən olunmasına” dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxs qarşı “övladlarının onun himayəsində olması faktının müəyyən olunmasına” dair ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim :Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar