Məhkəmə qərarları › İş №2(021)-1626/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1626/2021

13.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1626/2021 13.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və X1 qarşı “pay torpağın bölünməsi və onlara düşən payın tanıdılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və X1 qarşı məhkəməyə iddia ərizəsi ilə mürаciət edərək cavabdehlərin istifadəsində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən 2.40 ha pay torpaq sahəsinin ölçülərək tanıdılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi məhkəmədə baxılmalı deyil. Belə ki, iddiaçılar ilk növbədə mülkiyyətlərinə verilmiş pay torpaq sahəsinin ölçülərək onlara tanıdılması ilə bağlı müvafiq inzibati orqana, yəni Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, həmin orqandan imtina alarsa daha sonra inzibati məhkəməyə müraciət etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından iddia yolverilməzdir və iddianın qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bu Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. MPM-in 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və X1 qarşı “pay torpağın bölünməsi və onlara düşən payın tanıdılması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar