Məhkəmə qərarları › İş №2(021)-163/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-163/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-163/2021 25.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Cavabdehlər X13 qızının, Cavabdeh Səməd oğlunun və X3 iştirakları ilə, İddiaçı cavabdehlər X13 qızına, Cavabdeh Səməd oğluna və X5 qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehlərin və əmlakların çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı məhkəmədə iddia qaldıraraq, ona məxsus olan Bərdə rayonu H.Əliyev prospekti bina 115, 30 saylı mənzildən cavabdehlər X13 qızının, Cavabdeh Səməd oğlunun və X3 və digərlərinin əmlakları ilə birgə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 22.01.2013-cü ildə Bərdə rayon Notariat X1 ilə alqı-satqı edərək, Bərdə şəhər H.Əliyev prospektində bina 115-də yerləşən 30 saylı mənzili almışdır. Alqı-satqı edərkən həmin mənzilə 20776 manat pulm ödəməişdir. Alqı-satqı olunduqdan sonra Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsində öz adına rəsmi olaraq Çıxarış almışdır. Həmin vaxtdan bir neçə il sonra , yəni 2018-ci il tarixdə övladının qayınatası və qayınanası həmin evdə müvəqqəti olaraq yaşamağa başladılar. O, dəfələrlə cavabdehlərdən evində olan əmlakları ilə birgə çıxmalarını tələb etməsinə baxmayaraq buna məhəl qoymamışlar. Ona görə də bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı qızı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, ona məxsus olan Bərdə rayonu H.Əliyev prospekti bina 115, 30 saylı mənzildən cavabdehlər X13 qızının, Cavabdeh Səməd oğlunun və X3 və digərlərinin əmlakları ilə birgə (qonaq mebel dəst, yataq dəsti, televizor, soyuducu, şkaf ) çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verib, yaşlı olması ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı ilə işə baxılmasını və qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X13 qızı bildirdi ki, iddiaçının oğlu ilə qeyri-rəsmi ailə qurmuş, üç uşağı olmuşdur. Ayrıldıqdan sonra Rusiya Federasiyasından qayıdıb iddiaçının evində yaşamışdır. Daha sonra Turkiyə Respublikasının vətəndaşı Güngör Rıza ilə ailə qurmuş, bir müddət orada yaşamış, lakin uşaqları üçün darıxdığından ondan da ayrılmaq qərarına gələrək Bərdə şəhərinə qayıtmışdır.İddia tələbinni rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Səməd oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, o iddiaçının iddia etdiyi mənzildə yaşamır. Qızı Alagöz həmin mənzildə yaşadığından qonaq kimi gedib –gəlir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar iddiaçının iddia etdiyi mənzildə yaşamırlar. Qızı Alagöz həmin mənzildə yaşayır. Həmin mənzil onların vəsaiti hesabına iddiaçı əldə etmişdir Məhkəmə işdə iştirak edən şəxlərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 01517617 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı 01.06.1951-ci il tarixdə Ağdam rayon Əfətli kəndində anada olmuşdur. Bərdə rayon R.Axundov küçəsi ev 11 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2142 saylı, 05.05.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı qızı Bərdə rayon M.Cəfərov küçəsi ev 11-də yaşayır. Mülki işə əlavə olunmuş 22.01.2013-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X11 mülkiyyətində olan Bərdə şəhər H.Əliyev prospektində 115 nömrəli binada yerləşən , 1983-cü ildə tikilmiş, 4 otaqlı, ümumi sahəsi 88.5 kv.m, yaşayış sahəsi 61.6 kv.m, yardımçı sahəsi 26.9 kv.m olan 30 saylı mənzili İddiaçı qızına 20776 manata satmışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi: **********65 olan Texiki Pasportdan görünür ki, Bərdə şəhər H.Əliyev prospektində bina 115-də yerləşən 30 saylı mənzilin hüquq subyekti İddiaçı qızıdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Bərdə şəhər H.Əliyev prospektində bina 115-də yerləşən ümumi sahəsi 88.5 kv.m, yaşayış sahəsi 61.6 kv.m, yardımçı sahəsi 26.9 kv.m, 4 otaqlı 30 saylı mənzil İddiaçı qızının xüsusi mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Seriya AZE № 16274634 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 qızı 21.07.1991-ci il tarixdə Ağcabədi rayon Qaravəlli kəndində anada olmuşdur. Ağcabədi rayon Qaravəlli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş X8 surətindən görünür ki, X13 qızı ilə Güngör Rıza rəsmi nikaha daxil olmuşlar. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh X13 qızı İddiaçı qızının oğlu ilə qeyri-rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Onların birgə yaşayış dövründə 3 uşaqları anadan olmuşdur. Daha sonra İddiaçı qızının oğlu ilə Alagöz Ələkbərova arasında ailə münasibətləri pozulmuş və ayrılmışlar. Hazırda cavabdeh X6 uşaqları ilə birgə həmin mübahisəli evdə yaşayır. İddiaçının iddia etdiyi ev özünün xüsusi mülkiyyətindədir. Didər cavabdehər isə cavabdeh X2 valideynləri olsalar da həmin mənzildə daimi olaraq yaşamırlar. Qızı və nəvələrinə görə həmin evə gəlib-gedirlər. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə İddiaçı adına qeydiyyata alımışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh qeyri- rəsmi ailə quraraq cavabdeh X13 qızı sözügedən mənzildə yaşamışdır. Məhkəmənin hazırlıq iclasında İddiaçı bildirmişdir ki, hazırkı iddianı qaldırmaq üçün səbəb o olmuşdur ki, Alagöz Ələkbərova ona imkan vermir ki, nəvələrini görsün. Bir halda ki, nəvələrini görməyə imkan yaratmırsa onda nəyə görə ona məxsus evdə o yaşamalıdır. İddia tələbi ilə bağl hüquq normalarına münasibətdə məhkəmə qeyd edir ki, Alagöz Ələkbərova ilə İddiaçı arasında olan olan münasibətlərə qiymət vermək lazımdır. Belə ki, Alagöz Ələkbərova iddiaşının oğlu ilə qeyri-rəsmi ailə həyatı qurmuşlar. Belə olan halda məhkəmə Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından dəyərləndirəmə apara bilmir. Belə ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Yeganə hüquq norması Mülki Məcəllənin 228-ci maddəsi mövcud olacaqdır ki, bu halda da tərəflər arasında mənzildən istifadə hüququilə bağlı müqavilə olmamışdır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin və cavabdehə məxsus əmlakların iddiaçının mülkiyyətində olan evdə qalması həmin evdən çıxarılmaması iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan, cavabdeh iddiaçının mülkiyyətində olan əşyalarını evdən çıxarmamaqla mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də iddiaçının pozulmuş hüquqları bərpa edilməli və onun mülkiyyətində olan yaşayış evindən cavabdeh və ona məxsus əşyalar çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh Səməd oğlu və X7 həmin mübbahisəli evdə yaşamadığından iddia tələbi Cavabdeh Səməd oğluna və X5 münasibətdə təmin oluna bilməz. Onlar sadəcə olaraq həmin evə gedib-gəlirlər ki, bununla bağlı müvafiq iddia ərizəsi irəli sürülməmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh X7 bildirmişdir ki, həmin mənzil onların vəsaiti hesabına alınmışdır. Lakin bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə də verilən tələbdən kənara çıxa bilməz. Odur ki, iddia tələbi Cavabdeh Səməd oğluna və X5 münasibətdə təmin oluna bilməz. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddia ərizəsində “digər şəxslərin” çıxarılması qeyd olunsa da həmin şəxslərin kim olması barədə dəqiqləşmə olmamışdır. Ona qörə də qeyri-müəyyən şəxslərin dairəsini məhkəmə yox, iddiaçı bildirməli idi ki, onada qiymət verilsin. Belə olan halda “digər şəxslərin” çıxarılması hissəsində də tələb təmin oluna bilməz. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, cavabdeh X13 qızı həmin mənzilə hər hansı bir hüququ olmadığından özünə məxsus əşyaları ilə birgə İddiaçı məxsus Bərdə şəhər H.Əliyev prospektində bina 115-də yerləşən 30 saylı mənzildən çıxarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh X13 qızından tutularaq iddiaçı İddiaçı qızının xeyrinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X13 qızına, Cavabdeh Səməd oğluna və X5 qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bərdə şəhəri, H.Əliyev prospekti, bina 115, 30 saylı mənzildən X6 özünə məxsus əşyaları - qonaq mebel dəst, yataq dəsti, televizor, soyuducu, şkaf ilə birlikdə çıxarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh X13 qızından tutularaq iddiaçı İddiaçı qızının xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar