Məhkəmə qərarları › İş №2(021)-164/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-164/2025

06.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-164/2025 06.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər X12, X21 və X22 qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X37, mərhum anası X9 JN 0028 kod 61011018 saylı dövlət aktı ilə Bərdə rayonu Kolayır kəndində miras qalan 0.36 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən mirası qəbul etdiyi üçün sözgedən əmlakın vərəsəsi kimi tanınmağına və vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X13 xx.xx.2013 cü ildə, anası X30 xx.xx.2005 ci ildə vəfat etmişdir. Mərhumlardan Bərdə rayonun Kolayır kəndində 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Həmçinin onun tərəfindən mirasın qəbul edilməsi üçün qardaşları X23, X31, X32 da vərəsəliklərindən imtina etmişdirlər. Onların valideyinlərindən qalan əmlakın onun mülkiyyətinə verilməsinə və vərəsə kimi onun tanınmağına etirazları yoxdur. O, X58 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin müddət keçdiyindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, mülki iş üzrə cavabdeh qismində qeyd olunan Bərdə Asan Xidmətin Notariat Kontorunun cavabdeh qismindən çıxarılmaqla, X24, X32 və X14 cavabdeh qismində tanınmalarını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, atası vəfat etdikdən sonra ona məxsus fərid yaşayış evində qardaşı Əyyub Xanımalıyev ailəsi ilə birlikdə yaşamışdır. Qardaşı Əyyub vəfat etdikdən sonra həmin evə onun arvadı Nuriyyə Xanımalıyeva yaşayır. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər X23, X32 və X31 məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AЭ №273179 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. X7, anası X16r. İş materiallarına əlavə olunmuş İV-ЖГ №336135 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X56 ilə X17 arasında xx.xx.1987-ci il tarixdə Bərdə rayon VVAQ Şöbəsində 05 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Nəcəfova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Notariat” X2 vasitəsi ilə “X28” AQİS-dən Çıxarışdan görünür ki, X13 ilə X44 xx.xx.1960-cı ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Xanımalıyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Notariat” X2 vasitəsi ilə “X28” AQİS-dən Çıxarışdan görünür ki, X13 ilə X10 birgə nikahlarından xx.xx.1966-cı ildə Arif Xanımalıyev anadan olmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron Notariat” X2 vasitəsi ilə “X28” AQİS-dən Çıxarışdan görünür ki, X13 ilə X10 birgə nikahlarından xx.xx.1964-cü ildə Akif Xanımalıyev anadan olmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron Notariat” X2 vasitəsi ilə “X28” AQİS-dən Çıxarışdan görünür ki, X13 ilə X10 birgə nikahlarından Əyyub Xanımalıyev xx.xx.1968-ci ildə anadan olmuş, xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Notariat” X2 vasitəsi ilə “X28” AQİS-dən Çıxarışdan görünür ki, X25 ilə X18 xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamışdırlar. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0028 KOD- 61011018 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 0,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ünvan 2 sakini X4 və X10 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN-011C KOD-61011018 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 0,22 ha həyətyanı torpaq sahəsi ünvan 2 sakini X4 və X10 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhumə X26 vəfat edənə qədər ərazinin Kolayır kəndində yaşamış, vəfatından sonra onunla birgə yaşamış aşağıdakı tərkibdə ailə üzvüləri qalmışdır: əri-X13 (vəfat edib), oğlu-X23, oğlu-X27 (vəfat edib), oğlu-X34 (vəfat edib), qızı-İddiaçı, oğlu-X32, oğlu-X31, oğlu-X25 (vəfat edib). İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2ində yaşamış X6 aşağıdakı ailə üvləri vardır: İddiaçı, X23, X32, X31, X25 (vəfat edib), X27 (vəfat edib), X34 (vəfat edib). İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X13 vəfat edənə kimi ünvan 2i ünvanında yaşayıb, vəfatından sonra (JN-011C Kod:********) ona məxsus olan fərdi yaşayış evində onunla birgə fatkiki olaraq yaşayan heç bir övladı qalmamışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X13 vəfat edənə kimi ünvan 2i ünvanında yaşayıb, vəfatından sonra (JN-011C Kod:********) ona məxsus olan fərdi yaşayış evində X19 qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2ində yaşamış X11 aşağıdakı ailə üvləri vardır: X19. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, X34 ilə X20 arasında xx.xx.1985-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Xanımalıyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, X27 ilə X35 arasında xx.xx.1980-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Xanımalıyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X26 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ №615923 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X34 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X25 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ №420167 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş X23 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etmişdir ki, mərhum atası X13 02 iyul 2013-cü il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmiş, mirasın tərkibinə daxil olan əmlakları istifadə ve idarə etməmişdir. Buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək və miras əmlakdan pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsi notarius tərəfindən ona izah edilmişdir. İş materiallarına əlavə olunmuş X31 notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, mərhum anası X26 15 noyabr 2005-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmiş, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir. Buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə olunmuş X32 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli tərcümə olunmuş ərizəsində qeyd etmişdir ki, anası X10 15 noyabr 2005-ci il tarixdə vəfat etdiyindən sonra açılmış vərəsəlikdən xəbərdardır. Həmin ərizə ilə bildirir ki, vərəsəliyi qəbul edilməsi üçün müddət tərəfindən buraxılmışdır. Rusiya Federasiyası Mülki Məcəlləsinin 1157 və 1158-ci maddələrinin mirasdan imtinanın dəyişdirilə və ya geri götürülə bilməməsi, mirasdan imtina şərtləri ilə icazə verilməməsi, mirasın bir hissəsindən imtina edilməsinə icazə verilməməsi barədə müddəaları notarius tərəfindən ona izah olunur və aydındır. Məhkəməyə vərəsəliyi qəbul edilməsinə görə buraxılmış müddəti bərpa etmək üçün müraciət etməyəcəkdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Kolayır Bələdiyyəsi tərəfindən Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinə təqdim etmək üçün verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X13 xx.xx.2013-cü il tarixdə və X26 xx.xx.2005-ci il tarixdə vəfat etdikdən sonra bu günə kimi onların övladı İddiaçı, Azərbaycan Respublikası DTXK-in Bərdə rayon şöbəsi tərəfindən verilmiş 25 yanvar 2006cı il tarixli, JN- 0028,KOD 61011018 olan torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən valideynlərinə məxsus olan və Bərdə rayonu Kolayır kəndində yerləşən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edərək həmin torpaq sahəsinə dair vergi ödəmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan ünvan 3 sakinləri X26 və X4 adına JN-0028 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. O cümlədən əmlakın özgəninkiləşdirilməsi barədə məlumat daşınmaz emlakın dövlət reyestrində aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 1029 nömrəli məktubdan görünür ki, İddiaçı 02 may 2024-cü il tarixdə ərizə ilə Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisinə müraciət edərək 15 noyabr 2005-ci ildə vəfat etmiş ünvan 3i ünvanında qeydiyyatda olmuş anası X8 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 1030 nömrəli məktubdan görünür ki, İddiaçı 02 may 2024-cü il tarixdə ərizə ilə Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisinə müraciət edərək 02 iyul 2013-cü ildə vəfat etmiş ünvan 3i ünvanında qeydiyyatda olmuş atası X5 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, ünvan 3 sakinləri X3 və mərhum X4 adına Torpağa mülkiyyət hüququna dair JN-0028 KOD-61011018 saylı Dövlət Aktına əsasən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. X3 2005-ci il tarixdə, X13 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. X27, X34, İddiaçı, X32, X31, X25 mərhumların övladları olmaqla onun qanun üzrə birinci dərəcəli vərəsələridir. X1 xx.xx.2017-ci il tarixdə, X25 xx.xx.2017-ci il tarixdə, X27 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, həmin mübahisəli miras torpaq sahəsini mərhum vərəsə X25 vəfat etdikdən sonra rəsmi nikahda olduğu arvadı X19 faktiki olaraq qəbul edərək idarə etmişdir. Beləlikə, məhkəmə hesab edir ki, hazırki iş üzrə vərəsəlik münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarından əvvəl, yəni 2013-cü il tarixdən yarandığından hazırki iş üzrə Mülki Məcəllənin həmin Qərarın qəbul olunmasına qədər qüvvədə olan 1246 və 1273-1ci maddələri tətbiq olunaraq iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər X12, X21 və X22 qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar