Məhkəmə qərarları › İş №2(021)-1642/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1642/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1642/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5, Cavabdeh Nümayəndə iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras qalmış əmlakın mərhum həyat yoldaşı tərəfindən qəbul edilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras qalmış əmlakın mərhum həyat yoldaşı tərəfindən qəbul edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X12 onun doğma anası, mərhum X13 doğma atasıdır. Mərhum X27 ilə mərhum atası Cəlil Məmmədovun birgə nikahlarından onlar övladları X20, Cavabdeh1, X14, Cavabdeh3, X21, X22 və o, Ərizəçi anadan olmuşdurlar. X3 07 yanvar 1978-ci il tarixdə, anası X12 isə 14 yanvar 2005-ci il tarixdə ölmüşdür.Bərdə rayon Aqrarlslahat Komissiyasının 01 avqust 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş JN-1OOF seriyalı, 61000028 KOD-lu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Bərdə rayonu, Bəcirəvan kəndində mərhum X27nın mülkiyyətinə 0,30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onlar mərhum X27 və mərhum atası Cəlil Məmmədovun həmin həyətyanı sahədə birgə nikah dövründə tikdirdikləri evdə onlarla birgə yaşayıb, həmin həyətdə böyümüşdürlər. Digər övladlar evləndikdən sonra ayrılaraq uzun muddətdir ayrı tasarrüfatda hər biri müxtalif ünvanlarda öz evlerində yaşamışlar. Digər övladlar evlənib ayrılandan və mərhum atası Cəlil Məmmədov öləndən sonra mərhum Fatma Məmmadova ilə yalnız o, birgə yaşayıb təsərrüfatlarını idarə ediblər. X27 14 yanvar 2005-ci ildə vəfat etmişdir. X1 və X22 da ölmüşdülər. Anası öləndən sonra həyətdə yaşayış evi tikdirib, orada yaşayaraq evə, hayatyanı sahəyə özü baxmaqda, idarə və istifadə etməkdə davam etmişdi. Ona görə də mərhum X27dan miras qalan əmlakları faktiki o, qəbul etmişdir. O, miras əmlakın qəbul edilməsi və vərəsə kimi tanınması üçün müraciət etməyinə baxmayaraq Bərdə regional «ASAN-Xidməti» mərkəzində notariat ofisi 17 noyabr 2022-ci il tarixli, ********* nömrəli mektubla miras əmlakların bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Odur ki, həmin mirasın qəbul edilməsi vaxtının uzadılması, eyni zamanda miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməsi bildirilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X15 və anası X12 yaşadıqları zamanda onlar birlikdə Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar və birlikdə təsərrüfat aparmışlar. Həyat yoldaşının anası X12 2005-ci il tarixdə vəfat etdikdən sonra onlar həyat yoldaşı və övladları ilə birlikdə Fatma Məmmədovaya məxsus olan evi miras olaraq qəbul etmiş, onunla birlikdə həmin evdə yaşamaqla bütün təsərrüfat işlərini aparmışdır. Həmin zamanlarda bacı qardaş arasında mülki üzrə heç bir söz-söhbət olmamış, heç bir zaman hazrkı iş üzrə cavabdeh evdə yaşamaq istədiyini bildirməmişdir. Həyat yoldaşı Yunis Məmmədov 22 dekabr 2009-cu il tarixdə vəfat etdikdən sonra Fatma Məmmədovaya məxsus olan fərdi yaşayış evində o, övladları ilə birlikdə yaşamış və halhazırda da orada yaşayırlar. Qaz və işıq sayğacları da onun adınadır. Ərizəçi hal-hazırda iddia etdiyi fərdi yaşayış evində heç bir zaman yaşamamış, orda heç bir təsərrüfat işləri aparmamışdır. Həyat yoldaşı və onlar savadsız olduqlarından həyətyanı torpaq sahəsi verilən zaman onların adları şəhadətnamədə qeyd edilməsə də onlar həmin torpaqda və torpaq üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamışdır. X12 vəfat etdikdən sonra fərdi yaşayış evini miras olaraq həyat yoldaşı mərhum X15, Yunis Məmmədov vəfat etdikdən sonra fərdi yaşayış evini miras olaraq o, qəbul etmişdir. Fatma Məmmədova vəfat etdikdən sonra onlar savadsız olduğundan fərdi yaşayış evini rəsmi olaraq adların keçirtməyblər. İndi isə müraciət edərək, Bərdə rayon Bəcirəvan kəndində yerləşən fərdi yaşayı evinin miras əmlakı olaraq mərhum həyat yoldaşı X23 tərəfindən qəbul edilməsini və miras qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini istəyir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi iddianı müdafə, ilkin və qarşılıqlı iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilkin və qarşılıqlı iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə həm ilkin iddianın, həm də qarşılıqlı iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia və qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 1951-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx xxxxxx 1954-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx xxxxxx 1956-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki,Cavabdeh3 10 avqust 1958-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16656021 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh5 04 yanvar 1967-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, 1509-05/69 saylı arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə doğulmuşdur, anası X9r. İş materiallarında olan AZB 065800 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 1951-ci ildə doğulmuşdur, X3, anası X6r. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh3 10 avqust 1958-ci ildə doğulmuşdur, X3, anası X10r. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 xx xxxxxx 1956-cı ildə doğulmuşdur, X3, anası X10r. İş materiallarında olan Bərdə rayon, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli, 1593-05/69 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh2 xx xxxxxx 1954cü ildə doğulmuşdur, X3, anası X7r. İş materiallarında olan AZ-İ 074291 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 14 yanvar 2005-ci ildə ölmüşdür. İş materiallarında olan JN -100F KOD 61000028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1997-ci il tarixli, 09 saylı qərarı ilə X8 mülkiyyətinə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 30noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X13 07 yanvar 1978-ci ildə ölmüşdür. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X24 10 yanvar 1948-ci ildə doğulmuşdur, X3, anası X10r. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X24 19 aprel 2008-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon, Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 257 nömrəli 07 dekabr 2022-ci il tarixlii arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Bəcirəvan kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon, Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 258 nömrəli 27 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh3 Bərdə rayonu, Bəcirəvan kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon,Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 256 nömrəli 07 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 Bərdə rayonu, Bəcirəvan kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon, Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 258 nömrəli 07 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X4 rayonu, Bəcirəvan kəndində yaşayır. İş materiallarında olan Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2878/2022 saylı, 17 noyabr 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İddia və qarşılıqlı iddia tələbi üzrə məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, məhkəmə iddia və qarşılıqlı iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən onu qeyd edir ki, Bərdə rayon Aqrar-lslahat Komissiyasının 01 avqust 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş JN-1OOF seriyalı, 61000028 KOD-lu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Bərdə rayonu, Bəcirəvan kəndində mərhum X27nın mülkiyyətinə 0,30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X2 2005-ci ildə ölmüş, adına olan torpaq sahəsi oğlanları Ərizəçi və X15 tərəfindən faktiki olaraq qəbul edilməklə istifadə edilmişdir. Bununla da qeyd edilən şəxslər miras əmlakı faktiki olaraq qəbul etməklə vərəsə kimi tanınmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İlk iddia təmin edilsin. Bərdə rayon Aqrar-lslahat Komissiyasının 01 avqust 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş JN-1OOF seriyalı, 61000028 KOD-lu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Bərdə rayonu, Bəcirəvan kəndində X8 mülkiyyətinə verilmiş 0,30 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı təsdiq edilsin. Qarşılıqlı iddia təmin edilsin. Bərdə rayon Aqrar-lslahat Komissiyasının 01 avqust 1997-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş JN-1OOF seriyalı, 61000028 KOD-lu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Bərdə rayonu, Bəcirəvan kəndində X8 mülkiyyətinə verilmiş 0,30 hektar həyətyanı torpaq sahəsinin mərhum X15 tərəfindən faktiki qəbul edilməsi faktı təsdiq edilsin. İddia tələbi və qarşılıqlı iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar