Məhkəmə qərarları › İş №2(021)-1647/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1647/2022

12.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1647/2022 12.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınmasına, evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X1 və anası X2 miras qalmış Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsinə və həmin əmlak üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasına, evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X1nun mülkiyyətində Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha həyətyanı torpaq sahəsi olmuşdur. Bu barədə JN- 362A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin torpaq sahəsində valideynlərinə məxsus iki mərtəbəli fərdi yaşayış evi olmuş, lakin evin mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. O və digər bacı-qardaşları həmin evdə doğulub boya-başa çatmışdırlar. Bərdə rayon dövlət arxivinin verdiyi xx.xx.2022-ci il tarixli, 40 saylı arayışından görünür ki, X1nun, anası X6 və onun həqiqətən Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsi olmuş və bu hal təsərrüfat başına kitabda qeydə alınmışdır. X13 xx.xx.2008-ci ildə, X14 xx.xx.2016-cı ildə və qardaşı X12 isə mübahisəli əmlakı qəbul etmədən xx.xx.2022-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 389/2022 saylı məktubundan da görünür ki, valideynləri X15 və X14 vəfat etdikdən sonra onların birinci növbə vərəsələri o və mərhum qardaşı Feruz qalmışdır. Valideynlərinin ölümündən sonra qardaşı miras əmlakı qəbul etmədən ölmüşdür, onda birinci növbə yeganə vərəsə kimi valideynlərindən miras qalmış əmlak ona çatmalıdır. Həmçinin qeyd etmişdir ki, atası ölməmişdən əvvəl xx.xx.2007-ci il tarixdə əmlakının ona çatması üçün Bərdə rayonu, Soğanverdilər kənd icra nümayəndəsinin təsdiqlədiyi vəsiyyətnamə də qoymuşdur. Birinci növbə yeganə vərəsə o olsa da, mərhum qardaşı Feruz Tağıyevin həyat yoldaşı hazırki iş üzrə cavabdeh Natayan Tağıyeva onu valideynlərindən miras qalmış torpaq sahəsinə və onun üzərində yerləşən evə buraxmır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bərdə rayon Soğanverdilər kəndində anadan olmuşdur. Bərdə rayon Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bərdə rayon Soğanverdilər kəndində anadan olmuşdur. X1, anası X9r. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 300067 nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, X16 ilə İddiaçı xx.xx.1985—ci il tairxdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada Rüstəmova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-362A KOD- 61000088 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarı ilə 0.17 ha torpaq sahəsi Bərdə rayon Soğanverdilər kənd sakinləri X7, X6, X3, Cavabdeh Təvəkkül qızının, X8 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İİ №229537 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ №735475 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 229537 nömrəli xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 247007 nömrəli xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X13 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2007-ci il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, X13 özünə məxsus olan mülki, yəni 2 mərtəbəli 4 otaqlı evini, həyətyanı torpaq sahəsini və özəl pay torpağını öz doğma qızı- İddiaçı verilməsini vəsiyyət etmişdir. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivindən verilmiş 40 nömrəli xx.xx.2022-ci i tarixli Arxiv Arayışında qeyd olunur ki, Rayon Dövlət Arxində 152 sayılı fondda mühafizə olunan Bərdə rayon sabiq Kətəlparaq kənd Sovetliyinin Soğanverdilər kəndinə aid 1980-1982-ci illər üzrə 10 saylı Təsərrüfatbaşına kitabın 661 sayılı şəxsi hesabına əsasən ata- X13, ana- X14 qızı-İddiaçı həqiqətən onların qızı olduğu və atanın adına olan torpaq sahəsinin 0.17 olduğu qeyd olunub. İş materiallarında olan Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Məktubundan görünür ki, X5 2 nəfər ailə üzvü ilə birlikdə adına Bərdə rayonu Soğanverdilər kəndində 1.42 ha kənd təsərrüfatı təyinatli torpaq sahəsi xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, X5 adına (payli) Bərdə rayonu Soğanverdilər kəndində 0.17 ha həyətyanı torpaq sahəsinə dair JN-362A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X5 adına Respublika üzrə digər qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli Məktubda qeyd olunmuşdur ki, X11 məxsus olmuş, Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış və texniki pasport verilməsinə köməklik göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli ərizənizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirmişlər ki, ərizənizin icrasının təmin olunması məqsədilə Bərdə rayonu Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evinə müayinə baxışı keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə İdarənin mühəndis-inventarlaşdırıcısı həmin ünvanda olmuşdur. Bu zaman müəyyən olunmuşdur ki, fərdi yaşayış evi üzərində mübahisə vardır. Belə ki, evdə faktiki yaşayan şəxslər müayinə baxışı keçirilməsinə icazə verməmiş və bir nəfər şəxs bildirmişdir ki, evin gəlnidir, ev ona qaynatasından qalmış, uzun müddətdir ki, həmin evdə yaşayırlar. Bu səbəbdən də sözügedən evdə onların da payları vardır. Bildirmişlər ki, fərdi yaşayıış evindən onlara düşəcək paylar müəyyən oldunduqdan sonra evin sənədləşdirilməsinə etiraz etməyəcəklər. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı mərhum X5 və X6 övladıdır. Cavabdeh isə mərhum şəxslərin gəlinidir. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarı ilə 0.17 ha torpaq sahəsi Bərdə rayon Soğanverdilər kənd sakinləri X7, X6, X3, Cavabdeh Təvəkkül qızının, X8 və X4 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda həmin fərdi yaşayış evində Cavabdeh yaşayır və torpaq sahəsi üzərində mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının valideynlərindən miras qalmış Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsinə və həmin əmlak üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması, evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi hissələrindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biri də Cavabdehdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə, iddia tələbində qeyd olunmuş fərdi yaşayış evində münasibətdə qeyd edir ki, həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, yəni özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-ci maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi qanunverici özbaşına tikiliyə mülkiyyət hüququnun hazırkı hüquq münasibətlərində tanımır. Məhkəmə iddia tələbinin evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb qeyri-müəyyən olaraq irəli sürülmüşdür. Yəni cavabdeh tərəfindən hansı manelərin olduğu müəyyən olunmur. Həmçinin məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2007-ci il tarixli Vəsiyyətnamənin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, Notariat haqqında Azərbaycan Respublikasinin Qanununun 1 8 - ci maddəsinə əsasən Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: 1) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər; 2) vəsiyyətnamələri təsdiq edirlər; 3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələri təsdiq edirlər; 4) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər; 5) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər. 6) sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, vəsiyyətnamə Bərdə rayonu Soğanverdilər kəndində tərtib olunmuşdur. Bərdə royonunda isə notariat ofisləri fəaliyyət göstərir. Buna görə də Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib olunmuş vəsiyyətnamə təsdiq olunmuş vəsiyyətnamə kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-cı maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-cı maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçının hazırda mülkiyyətçi olmadığından mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsumu iddiaçıya adi olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınmasına, evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi”nə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar