Məhkəmə qərarları › İş №2(021)-1648/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1648/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1648/2021 18.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun, İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun Cavabdeh iştirakları ilə, İddiaçılar X2 və İddiaçı2 cavabdeh Cavabdeh və 3-cü şəxs "xxxx" ASC-yə qarşı zaminliyin təmin etdiyi öhdəliyə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinə əsasən İddiaçı1 və İddiaçı2 Səfi oğlunun zaminlikdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, cavabdeh olan ləğv prosedində olan "xxxx" ASC-dən Cavabdeh Hidayət qızı kredit götürmüş və onlar ona zamin durmuşdur. Cavabdeh olan Dəmirbank ASC ilə Cavabdeh qızı arasında bağlanmış 29 avqust 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdeh Salahova Bahar Hidayət qızından, İddiaçı1 və İddiaçı2 müştərək qaydada 9214.03 ABŞ dolları əsas, 179,68 ABŞ dolları faiz, 0,25 ABŞ dolları cərimə olmaqla 9393,96 ABŞ dolları kredit borcunu Azərbaycan manatı ilə məzənnəsi və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq DəmirBank ASC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul olunmuşdur. İddiaçı2 azyaşlı övladı var, övladı anadangəlmə qüsurlu xəstədir, maddi rifah halı acınacaqlıdır, məcburi köçkündür, əlalxüsusda onların cavabdeh olduğu kredit müddətindən indiyənə qədər 7 ildən çox vaxt ötmüşdür. Hesab edirlər ki, Dəmirbank ASC Cavabdeh pulunu tələb etmə hüququ var, ancaq onların bu işdə zamin olmaları məqdəsə uyğun deyildir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etdiyini, banka bu günə qədər ödənişlər etdiyini, iddiaçıların zaminlikdən çıxarılmalarına ehtiyacları olduğunu bildirib, iddianın təmin olunmasnı xahiş etdi. 3-cü şəxs "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxs "xxxx" ASC iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların, cavabdehin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № 08561144 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Əziz qızı xx xxxxxxx 1959-cu ildə Bərdə rayonu Əyricə kəndində anadan olmaqla, Bərdə rayonu, Dəymədağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxxx 1976-cı il tarixdə Laçın rayonunda anadan olmuşdur. Laçın rayonu Lalobağır kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 434 nömrəli, 05 aprel 2021ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu, Dəymədalı kəndində yaşayır. İş materiallarında olan Laçın rayonunun Bərdə rayonundakı səlahiyyətli nümayəndəliyi tərəfindən verilmiş 255 nömrəli, 08 aprel 2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı2 Səfi oğlu Laçın rayonundan məcburi köçkün olmaqla, Bərdə rayonu, Meşəçilik İnstitunda yaşayır. İş materiallarında olan 2(021)572/2017 saylı, 28 fevral 2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, “DəmirBank ASC ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh Hidayət qızından, İddiaçı1, İddiaçı2 müştərək qaydada 9214.03 ABŞ dolları əsas, 179,68 ABŞ dolları faiz, 0,25 ABŞ dolları cərimə olanlaq 9393,96 ABŞ dolları kredit borcunu Azərbaycan manatı ilə məzənnəsi və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan 1637 nömrəli, 17 sentyabr 2019-cu il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Muradov Cavud Mehdi oğluna “Sensonevral tip eşitmə azlığı” diaqnozu qoyulmuş, “Koxlear İmplantasiya” cərrahi əməliyyatı icra edilmişdir. Məhkəmə iş üzrə iddiaçıların, cavabdehin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında iddiaçılara əsl olmayan tərəf əvəz edilməsinə iddiaçı razılıq vermədiyinə görə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, “DəmirBank ASC ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh Hidayət qızından, İddiaçı1, İddiaçı2 müştərək qaydada 9214.03 ABŞ dolları əsas, 179,68 ABŞ dolları faiz, 0,25 ABŞ dolları cərimə olanlaq 9393,96 ABŞ dolları kredit borcunu Azərbaycan manatı ilə məzənnəsi və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, zaminlik müqaviləsinin ləğvi əsasları mülki qanunvericilikdə nəzərdə tutulmuşdur. Zaminlərin xəstəliyi və eləcə də madi mkanlarının olmaması zaminlik müqaviləsinin ləğvi əsası kimi çıxış etmir. Bundan başqa iddia tələbi “DəmirBank ASC-yə qarşı ünvanlanmalı olduğu halda, iddiaçılar kredit müqaviləsi bağlamış borcluya qarşı iddia tələbi irəli sürmüşlər ki, bu da öz növbəsində iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Salahov Tərlan Əziz oğlunun və İddiaçı2 oğlunun cavabdeh Cavabdeh və 3-cü şəxs "xxxx" ASC-yə qarşı zaminliyin təmin etdiyi öhdəiyə xitam verilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Cavabdeh və 3-cü şəxs "xxxx" ASC-yə qarşı zaminliyin təmin etdiyi öhdəiyə xitam verilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar