Məhkəmə qərarları › İş №2(021)-1652/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1652/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1652/2021 16.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 oğlunun iclas katibliyi, iddiaçı Yelobank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Yelobank ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Yelobank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Yelobank ASC- nin xeyrinə 01.09.2015-ci il tarixli, kredit müqaviləsi üzrə banka manat məbləğində 14269.22 manat əsas borc, 2100.13 manat məbləğində faiz borcu, 5979.67 manat məbləğində cərimə və kredit müqaviləsi üzrə 30.08.2018-ci il tarixdən 26.02.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1790.8 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 24139.82 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən 18 nömrəli 2 mərtəbəli binanın 2-ci girirşində , 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 74.6 kv.m ümumi , 56.4 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilə yönəldildikdə və o, satıldıqdan bir ay sonra cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi , cavabdehlərin həmin mənzildən çıxarılmaları , həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yelobank ASC-nin nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. 01.07.2013-cü il tarixli, 12-SKMF-1-0-466-13 saylı əsas kredit müqaviləsi ilə bağlanmış 01.09.2015-ci il tarixli, əlavə kredit müqaviləsinin surətindən görünür ki, Yelobank ASC tərəfindən Cavabdeh1 Abdulla oğluna 36 ay müddətinə, 12 ay güzəşt dövrü müəyyən edilməklə illik 6% olmaqla heyvandarlığın inkişafı məqsədi ilə 15000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Məhkəmə hesab edir ki, iddiaçı Yelobank ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Yelobank ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. . Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar