Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1652/2023 15.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Azərbaycan Respublikası ƏƏSMN-yi yanında Cavabdehnə qаrşı “əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Azərbaycan Respublikası ƏƏSMN-yi yanında Cavabdehnə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən X1 mərkəzləşdirilmiş elektron informasiya sistemində xitam verilməsinə dаir qətnаmə qəbul edilməsini xаhiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi Bərdə Ərazi Kənd Təsərrüfatı idarəsində xadiməçi işləmişdir. Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsi ləğv edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən xx.xx.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi əmək kitabçasında da qeyd edilmişdir. Lakin, Bərdə Ərazi Kənd Təsərrüfatı idarəsi ilə əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməmişdir. Bu isə onun yeni əmək müqaviləsi bağlamasına və məşğulluq idarəsində qeydə alınmasına maneələr yaradır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət etmişdir. Lakin Bərdə regional ərazi şöbəsinin 29 aprel 2022-ci il tarixli **********2 nömrəli məktubunda göstərilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin X7 X3 Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli MİHO\1.2.25-2-2022- 48 saylı məktubda qeyd olunur ki, Bərdə Ərazi Kənd Təsərrüfatı idarəsi 2**2-ci ildə yaradılmış, xx.xx.2016-cı ildə ləğv edilmişdir. O 2013-cü ildən Bərdə Ərazi Kənd Təsərrüfatı idarəsi ləğv olunana qədər idarədə xadimə vəzifəsində işləmişdir. xx.xx.2016-cı də Bərdə rayon Kənd Təsərrüfatı idarəsi yaradılmış xx.xx.2018-ci ildə isə idarənin adı dəyişdirilərək X7 İnkişaf Mərkəzi adlandırılmışdır. Məktubda həmçinin qeyd olunur ki, Bərdə Ərazi Kənd Təsərrüfatı idarəsi 9 rayonu (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd) rayonlarını əhatə etmişdir. X7 İnkişaf Mərkəzi isə yalnız Bərdə rayonunu əhatə edir və X7 X5 Ərazi Kənd Təsərrüfatı idarəsinin hüquqi varisi deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49.1-ci maddəsində Əmək Müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş X1 həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Odur ki, 2013-2015-ci illərdə işlədiyi Bərdə Ərazi Kənd Təsərrüfatı idarəsi ləğv olunduğu və hal-hazırda mövcud olmadığına görə X1 Alt sistemində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün yaşadığı ərazi üzrə müvafiq rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. O qeyd edilən əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsini başqa yolla əldə edə bilmir. Ona görə də əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməməsi nəticəsində onun hüquqları pozulmuşdur və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsi üçün Hüquqlarının təmin edilməsi məqsədi ilə məhkəməyə ərizə verməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabadeh Azərbaycan Respublikası ƏƏSMNyi yanında X4 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinə məlumat verilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1977-ci il tarixdə Bərdə rayonu, Kürdboraki kəndində doğulmuş, Bərdə şəhəri İ.Qayıbov küçəsi ev 3-də qeydiyyatdadır. 01 mart 2013-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 avqust 2013-cü ildə Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsində xadiməçi işinə qəbul olunmuş, 24 iyun 2015-ci ildə həmin işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin X7 X3 Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli MİHO\1.2.25-2-2022-48 saylı məktubda qeyd olunur ki, Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsi 2**2-ci ildə yaradılmış, xx.xx.2016-cı ildə ləğv edilmişdir. İddiaçı 2013-cü ildən Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsi ləğv olunana qədər idarədə xadimə vəzifəsində işləmişdir. xx.xx.2016-cı də Bərdə rayon Kənd Təsərrüfatı İdarəsi yaradılmış xx.xx.2018-ci ildə isə idarənin adı dəyişdirilərək X7 İnkişaf Mərkəzi adlandırılmışdır. Məktubda həmçinin qeyd olunur ki, Bərdə Ərazi Kənd Təsərrüfatı idarəsi 9 rayonu (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd) rayonlarını əhatə etmişdir. X7 İnkişaf Mərkəzi isə yalnız Bərdə rayonunu əhatə edir və X7 X5 Ərazi Kənd Təsərrüfatı idarəsinin hüquqi varisi deyil. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 16 fevral 2023-cü il tarixli, 3-22/2-399/2023 nömrəli məktubdan görünür ki, Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsi “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**2-ci il 20 sentyabr tarixli 146 nömrəli qərarı ilə yaradılmışdır. Həmin idarələr 2015-ci ilədək fəaliyyət göstərmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 14 aprel tarixli 105 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**2-ci il 20 sentyabr tarixli 146 nömrəli qərarı ləğv edilmişdir. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlə haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 16 aprel tarixli 152 nömrəli fəemanının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli, 3-17-5/2-5787/2023 nömrəli məktuba əlavə edilmiş cədvəldən görünür ki, işə götürən Bərdə Ərazi Kənd Təsərrüfatı İ İdarəsi ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi hazırda qüvvədə olmaqla etibarlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Azərbaycan Respublikası ƏƏSMN-yi yanında Cavabdehnə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən X1 mərkəzləşdirilmiş elektron informasiya sistemində xitam verilməsinə dаir qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM): 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş X1 həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 49.2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş X1 qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd olunmuşdur. Həmin maddəyə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və əmək qanunvericiliyini tənzimləyən digər hüquq normaları işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi ilə bağlı əmək münasibətlərini ətraflı şəkildə tənzimləyir və əmək müqaviləsinin hər iki tərəfinin hüquqlarının bərabər və etibarlı şəkildə qorunmasının təminatçısıdır. Hazırki işdə isə İddiaçı ilə Bərdə Ərazi Kənd Təsərrüfatı İ İdarəsi arasında bağlanmış xx.xx.2014-cü il tarixli müddətsiz etibarlı əmək müqaviləsinin qüvvədə olmasına baxmayaraq əmək müqaviləsi üzrə işəgötürən olan həmin idarə xx.xx.2016-cı ildə ləğv edildiyindən və həmin idarənin hüquqi varisi olmadığından, lakin tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmədiyindən və bu haqda əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydyyata alınmadığından iddiaçının hüquqları pozulmuşdur və iddiaçı hazırki iddianı irəli sürməkdə haqlıdır. Çünki, iddiaçını məcburi surətdə əmək müqaviləsinin tərəfi olaraq qalmağa və ləğv edilmiş və hazırda mövcud olmayan idarədə (iş yerində) işçi kimi qeydiyyatı elektron informasiya sistemində göstərilməklə əmək münasibətlərinin davam etdirilməsi yolverilməzdir. Çünki, heç kəs zorla əmək müqaviləsi bağlamağa və əmək müqaviləsinin tərəfi olaraq qalmağa məcbur edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Brumаresku Rumıniyаyа qаrşı» işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2**6-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2**8-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2**7-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2**6-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən İddiaçı ilə Bərdə Ərazi Kənd Təsərrüfatı (İ) İdarəsi arasında bağlanmış xx.xx.2014-cü il tarixli müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən xx.xx.2015-ci il tarixdə xitam verilmiş hesab edilməsi haqqında əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınsın (əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilsin). Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasına аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1652/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1652/2023
15.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver