Məhkəmə qərarları › İş №2(021)-1656/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1656/2023

19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1656/2023 19.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X22 iclas kаtibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh5 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın onun tərəfindən qəbul edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qalmış Bərdə şəhər X52 küçəsi 4/1 ünvanında yerləşən torpaq sahəsinin və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və miras əmlakın miras kimi onun qəbul etməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bərdə şəhər sakinidir. X11, anası isə X28r. Onlar 6 uşaq olmuşlar. X36 24 iyun 1985-ci il tarixdə, X48 isə 31 may 2021-ci il tarixdə, bacısı X6 24 oktyabr 1994-cü il tarixdə, bacısı X7 isə 01 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etməmişdən öncə xüsusi mülkiyyətlərində Bərdə şəhər X52 küçəsi 4/1 ünvanında fərdi yaşayış evi vardı. Bərdə şəhər X52 küçəsi 4/1 ünvanında yerləşən fərdi yaşayış evinə 08 dekabr 2017-ci il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış seriya RX ******* nömrəli çıxarış da verilmişdir. Qeyd etdiyi fərdi yaşayış evində anası vəfat etməmişdən öncə də, anası vəfat etdikdən sonra da o, ailə üzvləriylə birlikdə orada yaşamışlar. Hal-hazırda o Bərdə şəhər X52 küçəsi 4/1 ünvanında yerləşən fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirib öz adına sənəd almaq istəyir. Cavabdeh kimi qeyd etdiyi bacıları fərdi yaşayış evini rəsmi olaraq onun adına sənədləşdirməyə razıdırlar. Lakin qeyd etdiyi vəfat etmiş bacısı X3 övladları orada yaşamadıqları halda evin onun adına keçməsinə etiraz edirlər. X3 övladları onunla birlikdə heç bir zaman o evdə yaşamadıqları halda imtina edir. Bunun üçün də məhkəməyə müraciət edərək bildirmək istəyir ki, miras qalmış Bərdə şəhər X52 küçəsi 4/1 ünvanında yerləşən fərdi yaşayış evinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və fərdi yaşayış evinin miras kimi onun qəbul etməyinin təsdiq edilməsini istəyir. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 verdikləri izahatlarında iddianın rədd edilərək analarına düşən payı tələb etmişlər. Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram göndərərək miras qalmış ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin onun payına düşən sahəsindən qardaşı İddiaçı xeyrinə imtina etdiyini göstərmişdir. Cavabdeh X5 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram göndərərək miras qalmış Bərdə şəhər X52 küçəsi 4/1 ünvanında yerləşən torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin onun payına düşən hissəsində qardaşı İddiaçı xeyrinə imtina etdiyini göstərmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, evdə İddiaçı yaşayır. Bacısı Mətanət həmin evdə yaşamırdı. Mətanət arada gəlib-gedirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, ərizəçinin əmisi qızıdır. Mübariz və bacıları anaları Kubraya baxırdılar. Onun ölümündən sonra evdə Mübariz yaşayırdı. Mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Bərdə şəhərində anadan olmuşdur. ünvan 7-də yaşayır. AZE seriyalı, 15139708 mömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.1953-cü ildə Bərdə rayonu, Xanağalı kəndində anadan olmuşdur. Bərdə şəhəri, Vaqif küçəsi, ev 46-da yaşayır. AA1436198 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1961ci ildə anadan olmuşdur. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 24 oktyabr 1994-cü ildə uşaqlığın qanaxması səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 226 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 181912 nömrəli arayışdan görünür ki, X34 31 may 2021-ci ildə Bərdə rayonunda beyindaxili qansızma səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 612 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 181982 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2021-ci ildə dəqiqləşdirilməmiş qeyri-hoçkin linfom səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 682 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 802-05/69 nömrəli arayışdan görünür ki, X27 24 iyun 1985-ci ildə ağciyər xərçəngi səbəbindən Bərdə rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 iyun 1985-ci il tarixdə 78 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, 800-05/69 nömrəli arayışdan görünür ki, X14 xx xxxxxx 1957-ci ildə Bərdə rayonunda anadan olmuşdur. X12r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25 aprel 1957-ci il tarixdə 180 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, 803-05/69 nömrəli arayışdan görünür ki, X34 1 may 2021-ci ildə beyindaxili qansızma səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 iyun 2021-ci il tarixdə 612 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 804-05/69 nömrəli arayışdan görünür ki, X25 ilə X34 arasında 14 iyun 1967-ci ildə rəsmi nikah bağlanmışdır. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 75 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı Hüseynqulu oğlu məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan və **********30-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bərdə şəhəri, X52 küçəsi, 4/1-də yerləşən və ümumi sahəsi 88,7 kv.m. olan fərdi yaşayış evi X26 xüsusi mülkiyyətindədir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, AЗБ 065490 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Bərdə şəhərində doğulmuşdur. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Bərdə rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 1223/2023 nömrəli sorğuya cavabdan görünür ki, 24 iyun 1985-ci il tarixdə vəfat etmiş X15 barəsində vərəsəlik işinin açılıbaçılmamasına dair “Elektron notariat” X1 məlumat axtarışı bazasına nəzər salınmış 15 may 2023-cü il tarixədək olan dövrə heç bir məlumat aşkar edilməmişdir. Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 73 nömrəli məktuba cavabdan görünür ki, ünvan 4 ünvanında yaşamış, 31 may 2021-ci il tarixdə vəfat etmiş X26 mülkiyyətində olmaqla, həmin fərdi yaşayış evində yaşayanların nümayəndəliyin təsərrüfat başına kitabına xx.xx.1932-ci ildə vəfat etmiş X34, oğlu İddiaçı, gəlini X33 və nəvələri X37, X30, X35 daxildir. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Bərdə rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 1224 nömrəli məktuba cavabdan görünür ki, 31 may 2021-ci il tarixdə vəfat etmiş X26 vəfatından sonra qalmış miras əmlakın vərəsələri tərəfindən qəbul edilməsinə dair 26 iyul 2021-ci il tarixli, V-811 nömrəli reyestrlə açılmış vərəsəlik işi üzrə zəruri olan sənədlərin təsdiq edilmiş kserosurətləri aidiyyəti üzrə onlara göndərilir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş **********762 nömrəli ərizədən görünür ki, 31 may 2021-ci il tarixdə Bərdə şəhəri, Vaqif küçəsi,1 ünvanında yaşayan nənələri X34 vəfat etmişdir. Onun ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün mirası qəbul edirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 3-71-3-46/2- 2277/2023 nömrəli sorğuya cavabdan görünür ki, X26 mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi tam və 4 nəfər ailə üzvü ilə ümumi birgə olan 0,06 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3255/2022 nömrəli ərizəyə cavabdan görünür ki, onun anası X23 qalmış miras əmlakın vərəsələr arasında bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı digər vərəsələr arasında ixtilaflar olması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməyi xahiş edilir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Azərbaycan respublikası vəkillər Kollegiyası Bərdə rayon Vəkil bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2- 826/2023 nömrəli məlumatların təqdim edlməsi haqqında sənəddən görünür ki, sorğuda qeyd olunan İddiaçı adına ünvan 6 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi 5 nəfər ailə üzvü ilə ümumi birgə olmaqla xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 7-də yaşayan İddiaçı Hüseynqulu oğlu tərəfindən Bərdə Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, İddiaçı Hüseynqulu oğlunun anası X38 31 may 2021-ci ildə vəfat etmişdir. X26 mirasından pay düşməsini istəyir. “Elektron notariat” X2 vasitəsilə “X19” AQİS-dən çıxarışdan görünür ki, X34 1932-ci ildə doğulmuşdur. Elektron notariat” X2 vasitəsilə “X19” AQİS-dən çıxarışdan görünür ki, X9 xx.xx.1962-ci ildə doğulmuşdur. Elektron notariat” X2 vasitəsilə yaşayış yeri qeydiyyatda olan şəxslərə dair məlumatın çıxarışından görünür ki, İddiaçı Hüseynqulu oğlu xx.xx.1957-ci ildə doğulmuş Bərdə şəhəri, Vaqif küçəsi, döngə 4, ev1-də yaşayır; X5 xx.xx.1967-ci ildə doğulmuş, Bərdə şəhəri, Vaqif küçəsi ev 1-də yaşayır. İş materiallarında olan xx.xx.1989-cu il, 907 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, Bərdə şəhəri, Vaqif küçəsində yerləşən ev 2 mərtəbəli, 2 otaqlı, 49,6 kv.m yaşayış, 63,1 kv.m köməkçi, ümumi sahəsi isə 112,7 kv.metrdir. Azərbaycan respublikasının dövlət Torpaq və Xəritəşəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il il tarixli 06 saylı qərarı ilə Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 645,91 kv.m ərazi fərdi yaşayış evi tikmət üçün İddiaçı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı miras qalmış Bərdə şəhər X52 küçəsi 4/1 ünvanında yerləşən torpaq sahəsinin və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və miras əmlakın miras kimi onun qəbul etməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Baxmayaraq ki, hazırki ərizə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi deyil, mirasın qəbuluna dair iddia tələbi formasında verilmişdir, lakin məhkəmə hesab edir ki, bu halda da mirasın vərəsə tərəfindən qəbul edilməsindən söhbət gedir və anoloji normalar tətbiq edilə bilər. Beləliklə, iş materiallarından görünür ki, Fəzai X10 Kubra Həsən qızının oğlu olmaqla onun qanun üzrə birinci dərəcəli vərəsəsidir. X26 iddiaçıdan başqa hazırda yaşayan vərəsələri olan qızları Cavabdeh1 Hüseynqulu qızı və Cavabdeh2 Hüseynqulu qızı analarından onlara çatası miras payından qardaşları İddiaçı xeyrinə imtina etdiklərini məhkəməyə təqdim edilən teleqramla bildirmiş, bundan başqa Ağayeva Kubranın digər övladları-iddiaçının bacısı X8 24 oktyabr 1994-cü il tarixdə, digər bacısı X7 isə 01 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Hazırki cavabdehlər olan X16 və Cavabdeh5 mərhumə X4 övladlarıdır. Lakin, təqdim edilmiş iş materiallarından və tərəflərin izahatlarından məhkəməyə məlum olur ki, iddiaçı Fəzai X10 Kubra Həsən qızının xüsusi mülkiyyətində olan Bərdə şəhəri, X53 küçəsi 4/1 ünvanında yerləşən fərdi yaşayış evini anasının vəfatından sonra miras əmlak kimi qəbul etmiş, istifadəsində və idarəçiliyində saxlamış və hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdehlər X16 və Cavabdeh5 isə həmin evdə yaşamamışlar və mirası qəbul etməmişlər. Həmçinin, təqdim edilmiş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, miras qalan 645,91 kv.m torpaq sahəsi Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli qərarı ilə İddiaçı Hüseynqulu oğluna fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı valideynindən miras qalmış Bərdə şəhəri, X53 küçəsində yerləşən fərdi yaşayış evini və torpaq sahəsini miras kimi qəbul etməsi iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan iddia ərizəsi təmin edilməlidir. Beləliklə, AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X23 miras qalmış Bərdə şəhəri, X52 küçəsi 4/1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin miras olaraq İddiaçı tərəfindən qəbul edilməsi müddəti ötürülməmiş hesab edilsin və həmin miras əmlak İddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar