Məhkəmə qərarları › İş №2(021)-1661/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1661/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1661/2023 16.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ünvanladığı iddia ərizəsində onun 0* iyun *976-cı ildən 0* oktyabr *979-cu il tarixə qədər Ağdam rayon Hüsü Hacıyev adına sovxozda fəhlə işləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, 0, xx xxxx *959-cu il tarixdə ünvan 1 ünvanında yaşayır, belə ki, o, *98*-ci il tarixdən 20*2-ci il tarixə qədər bir çox idarələrdə müxtəlif sahələrdə işləmişdir, həmçinin o, Ağdam rayonunun Hüsü Hacıyev adına sovxozda 0* iyun *976-cı il tarixdən 0* oktyabr *979-cu il tarixə qədər fəhlə işləmişdir. Lakin işlədiyi *976-cı ildən *979-cu ilə qədər olan dövrə aid məlumatlar əmək kitabçasına qeyd edilmədiyi üçün və hazırda sovxoz ərazisi məlumatlar ermənilər tərəfindən işğal olunduğuna görə o, iş stajı ilə əlaqədar pensiyaya çıxa bilmir. Hal-hazırda onun 0* iyun *976-cı ildən 0* oktyabr *979-cu ilə qədər Ağdam rayonunun Hüsü Hacıyev adına sovxozda fəhlə işlədiyinin məhkəmə qaydasında təsdiq edilməsinə ehtiyacı vardır. Onunla birlikdə Ağdam rayonunun Hüsü Hacıyev adına sovxozda işləmiş iş yoldaşlarının əmək kitabçaları var və iş stajı ilə əlaqədar pensiya alırlar. “Ağdam rayonunun Hüsü Hacıyev adına sovxoz tərəfindən verilmiş *8 iyun 2020-ci il tarixli 02 saylı arayışında onun 0* iyun *976-cı il tarixdən 0* oktyabr *979-cu ilə qədər Ağdam rayonunun Hüsü Hacıyev adına sovxozda fəhlə işləməsi təsdiqini tapmışdır. Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsi məhkəməyə Ərizəçi ərizəsinə qarşı etiraz göndərərək, həmin tələbin əsassız olduğundan ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki iş məhkəmə iclasında araşdırılarkən müəyyən olunmuşdur ki, maraqlı şəxsin nümayəndəsi ərizəçinin tələb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəyə baxılarkən həmin hüquq haqqında mübahisə yaratmış, qeyd edilən səbəbdən ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə maraqlı şəxsə qarşı ümumi qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3* mart 20**-ci il tarixli 3 saylı qərarın **-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.*0-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra *0 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar