Məhkəmə qərarları › İş №2(021)-1679/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1679/2021

30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1679/2021 30.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun, Ərizəçi, Maraqlı şəxs2 nümayəndəsi Əhmədov Ruslan Rauf oğlunun iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Maraqlı şəxs2nə, X4 qarşı torpaq sahəsinin onun mülkiyyətində olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0,02 ha torpaq sahəsinin onun mülkiyyətində olma faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri Təbriz küçəsində fərdi yaşayış evi vardır, həmin fərdi yaşayış evinin qarşısında 0.020 ha torpaq sahəsi üzərinə tikili inşa etmişdir. Həmin torpaq sahəsi 1987-ci il tarixdən onun istifadəsindədir. Hazırda ona məxsus 0.02 ha torpaq sahəsinin Bərdə şəhr Bələdiyyəsinə aid olmasını mübahisələndirir. Halbu ki, həmin torpaq sahəsi 34 ildən artıqdır ki, onun istifadəsindədir. Həmin torpaq sahəsinin onun istifadəsində olma faktını aktda göstərilən şəxslər də təsdiq edə bilərlər. Bundan başqa həmin torpaq sahəsinin icarəsi ilə bağlı Mənzil Təmir İsgtismar sahəsi ilə müqavilə bağlamışdır. Həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyistir Xidmətinin 7 saylı idarəsinə dəfələrlə müraciət etmiş, lakin bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi ərizəyə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 nümayəndəsi X5 izahatında ərizəni qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Maraqlı şəxs X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. İş materiallarında olan, Bərdə Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli, 216 nömrəki arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri Təbriz küçəsi 6, ev 1-də yaşayır, uzun müddətdir ki, yaşadığı evin ətrafında ona verilmiş torpaq sahəsindən yaşıllıq zolağı və qaraj kimi istifadə edir. İş materiallarında olan 07 saylı 2011-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Mənzil Təmir İstismar sahəsi tərəfindən Bərdə şəhəri Təbriz küçəsində 0,02 ha torpaq sahəsi yaşıllıq zolağı kimi Ərizəçi icarəyə verilmişdir. İş materiallarında olan aktla müəyyən olunur ki, akta imza edən şəxslər tərəfindən Bərdə şəhəri Təbriz küçəsi məh.6, ev 1-də yaşayan Ərizəçi tanımaları, 38 ildən çox müddətdə onlarla qonşu olması, sabiq gəlini X2 həmin evdə yaşamasını görmədikləri, evi və məhləni Ceyranın özünün alması, həmin vaxtı Sevincin sabiq əri Ceyranın oğlu Ehtiramın iki yaşı olmasını, Sevinc adlı şəxsi sözügedən ünvanda heç kimin görmədiyini və tanımadığını aktlaşdırmışlar. İş materiallarında olan Bərdə bələdiyyəsi tərəfindən verilmiş 17 aprel 2021-ci il tarixli, 51 saylı məktubdan müəyyən olunur ki, sözügedən ərazi mübahisəli olduğu üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5445/2019 saylı, 01 avqust 2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Ərizəçi Gəncə Apelyasiya Məhkəməsinin 23 apredl 2019-cu il tarixli 2(104)-1883/2019 saylı qərrarından verdiyi kasassiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbayca Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracları Təşkili üzrə Auksion Mərkəzinin AM 000940 saylı şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X4 Bərdə bələdiyyəsinin dövlət mülkiyyətində olan 215 kv.m və ya 0.0215 ha torpaq sahəsi Hərracların Təşkili üzrə Asuksion Mərkəzinin 11 saylı torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 05 may 2016-cı il tarixdə 62 nömrə ilə qeydiyyata alınmaqla 155 manata satılmışdır. İş materiallarında olan 08 saylı, 24 mart 2015-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Mənzil Təmir İstismar sahəsi tərəfindən Bərdə şəhəri Təbriz küçəsində 0,02 ha torpaq sahəsi yaşıllıq zolağı kimi Ərizəçi 50 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən verilmiş 3/867 nömrəli, 30 sentyabr 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Səfərova Sevinc Akif qızının mülkiyyətində olan torpaq sahəsində ona məxsus ikimərtəbəli yarımçıq tikilinin sənədləşdirilməsinə kömıklik göstərilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşnmaz Əmlakın Dövlət Reystr Xidməti idarəsinə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən verilmiş 3/005 nömrəli, 22 dekabr 2015-ci il tarixli məktubundan müəyyən olunur ki, Səfərova Sevinc Akif qızına Bərdə şəhəri Təbriz küçəsində 2 sota yaxın Dövlət torpağının yaşayış evi tikmək məqsədi ilə onun adına sənədləşdirilməsinə görə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşnmaz Əmlakın Dövlət Reystr Xidməti idarəsinə müraciət etsin. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********96 nömrəli, 22 iyun 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrində X2 adına Bərdə şəhəri, Təbriz küçəsi 0.02 ha torpaq sahəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, verilmiş ərizə təmin oluna bilməz. Belə ki, ərizəçi ərizəsində həmin torpaq sahəsinin onun mülkiyyəti kimi tanınmasına əsas ola biləcək sənədləri və sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa ərizəçinin ərizəsində Azərbaycan Respublikasının Müli Məcəlləsinin 178.6-cı maddəsinə istinad etməsi ilə balı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsiə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin ərizədə qeyd etdiyi mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı 30 illik müddətlə bağlı dəlilləri də əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Maraqlı şəxs2nə, X4 qarşı torpaq sahəsinin onun mülkiyyətində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar