Məhkəmə qərarları › İş №2(021)-169/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-169/2023

03.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-169/2023 03.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər X55 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X55 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, mərhum atası X13 və mərhum anası X15 qalan, Bərdə rayon Hacallı kəndində yerləşən üç otaqlı yaşayış 64.4 km köməkçi sahəsi 42.0 km ümumi sahəsi 106.42 km olan fərdi yaşayış evinin və Bərdə rayon Aqrar islahat komissiyasının 1998-ci il tarixli 30 may tarixli 8 sylı Qərarı ilə Bərdə rayon Hacallı kəndində 0.37 h kənd təsərrüfat təyinatlı verilmiş torpaq sashəsinin və 30 may 1998-ci il 08 saylı qərarı ilə verilmiş fərdi yaşayış evi üçün ayrılmış Bərdə rayon Hacalli kəndində 0.36 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının və vəvərəsəliyin açılma yerinin Bərdə rayon Hacallı kəndi olaraq müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X50 Qǝndi oğlundan və mərhum anası X15, Bərdə rayon Hacallı kəndində üç otaqlı, yaşayış sahəsi 64.4 km, köməkçi sahəsi 42.0 km və ümumi sahəsi 106.42 km olan fərdi yaşayış evi və Bərdə rayon Aqrar islahat komissiyasının 1998-ci il tarixli 30 may tarixli 8 sylı Qərarı ilə Bərdə rayon Hacallı kəndində ayrılmış 0.37 h kənd təsərrüfat təyinatlı və 30 may 1998-ci il 08 saylı qərarı ilə Bərdə rayon Hacallı kəndində verilmiş fərdi yaşayış evi üçün ayrılmış 0.36 h torpaq sahəsi qalmışdır. Atası və anası 04 mart 1943-cü ildə rəsmi nikahla ailə qurublar. O, xx xxxx 1956-cı ildə Bərdə rayon Hacallı kəndində anadan olmuşdur. X50 Qǝndi oğlu 07 sentybar 1980-cı ildə, anası X36 22 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Atasın və anasın sağlığında da bəhs edilən mülkiyyətlərə mərhum qardaşı X1 gəlib getdiyi müddətdə müəyyən bir vaxt ərzində baxsa da, ancaq o ailəsi ilə daimi Bakıda olduğundan və üstəlik ailəsi və uşaqları da Bakıda qeydiyyatda olduğundan atasının və anasının -miras əmlaklarını və ümumən təsərrüfatlarını həm onların sağlıqlarında mən idarə etmiş və həm də onların ölümündən sonra faktiki olaraq qalan miras əmlakları özü qəbul edərək, həmin miras əmlaklarına özü sahiblik etmiş və istifadə etmişdir. Valideynlərinin vəfatından sonra onlardan qalan miras əmlaklarına o, faktiki şəkildə qəbul edib sahiblik etsə də, ancaq həmin mülkiyyətləri adına rəsmiləşdirə bilməmişdir. Bacıları X2 olduğu üçün və bacısı X26 da miras əmlaklarının faktiki qəbul etməyinə və tərəfindən idarə edilməsinə etiraz etmədiyi üçün bu günə qədər adı çəkilən mülkiyyətlərə mən faktiki sahiblik və istifadəni həyata keçirmişdir. Bacılarının heç biri miras əmlakının onun tərəfindən qəbul edilməsini mübahisələndirmirlər və miras əmlaklarının adıma rəsmiləşdirlməsinə də etirazları yoxdur. Həmçinin vəfat edən qardaşı X4 ailəsi və övladları valideynlərindən qalmış sözügedən miras əmlaklarının onun adıma rəsmiləşdirilməsinə etiraz etmirlər və bu faktı mübahisləndirmirlər. Bununla bağlı X55 Xidmət Mərkəzinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etmişdirlər. Səbəbi də onu göstərdilər ki, vərəsəlik şəhadətnamə verilmə müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, mərhum atası X14 və mərhum anası X15 qalan, Bərdə rayon Hacallı kəndində yerləşən üç otaqlı yaşayış 64.4 km köməkçi sahəsi 42.0 km ümumi sahəsi 106.42 km olan fərdi yaşayış evinin və Bərdə rayon Aqrar islahat komissiyasının 1998-ci il tarixli 30 may tarixli 8 sylı Qərarı ilə Bərdə rayon Hacallı kəndində 0.37 h kənd təsərrüfat təyinatlı verilmiş torpaq sashəsinin va 30 may 1998-ci il 08 saylı qərarı ilə verilmiş fərdi yaşayış evi üçün ayrılmış Bərdə rayon Hacallı kəndində 0.36 h torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi müddətinin itirlməmiş hesab edilməsi və miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, mərhum anası X15 qalan, Bərdə rayon Hacall kəndində yerləşən üç otaqlı 64.4 kv.m yaşayış sahəsi, 42.0 kv.m köməkçi sahəsi, ümumi sahəsi 106.42 kv.m olan fərdi yaşayış evinin və Bərdə rayon Aqrar islahat komissiyasının 1998-ci il tarixli 30 may tarixli 8 saylı qərarı ilə Bərdə rayon Hacallı kəndində 0.37 ha kənd təsərrüfat təyinatlı verilmiş torpaq sashasinin və 30 may 1998-ci il 08 saylı qərarı ilə verilmiş fərdi yaşayış evi üçün ayrılmış Bərdə rayon Hacalli kəndində 0.36 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi müddətinin itirlməmiş hesab edilməsi və miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf X55 Xidmət Mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, X55 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə hesab edtdi ki, maraqlı şəxsin nümayəndəsinin gəlməməsinin işə baxmağa mane olmur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 09293315 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bərdə rayon Hacallı kəndində anadan olmuşdur. Bərdə rayon Hacallı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti B aşçısının Mehdixanlı kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 313 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Hacallı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X21 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X33, ana qrafasında ana adı X12 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, X33 ilə X42 xx.xx.1943-cü il tarixdə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X27 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, ana qrafasında ana adı X12 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X34 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, ana qrafasında ana adı X12 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X36 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X33 xx.xx.1980-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ №947614 saylı Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X10 xx.xx.1945-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X33, ana qrafasında ana adı X12 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X7 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X10, ana qrafasında ana adı X5 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.**.2022-ci il tarixli Arayışdan görünür ki, X18 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X28, ana qrafasında ana adı X6 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-263 KOD 61013078 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Hacallı kənd sakini X22 mülkiyyətinə 0.37 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-309A KOD 61013078 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Hacallı kənd sakini X22 mülkiyyətinə 0.36 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.1989-cu il tarixdə verilmiş Qeydiyyat vərəqəsindən görünür ki, Bərdə rayon Mehtixanlı kəndində 3 otaqlı, 64.4 kv.m yaşayış, 42.0 kv.m köməkçi, 106.4 kv.m ümumi sahədən ibarət 272 nömrəli yaşayış evi X22 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, yaşayış sahəsi 64.4 kv.metr, köməkçi sahəsi 42 kv.metr, ümumi sahəsi 106.42 kv metr olan fərdi yaşayış evi 186 saylı qeydiyyat vəsiqəsilə X22 adına Bərdə rayon, TİB-də qeydə alınmışdır. X22 adına Bərdə rayonu, Hacallı kəndində JN-263 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. X22 adına Bərdə rayonu, Hacallı kəndində JN-309A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.36 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Adları qeyd edilən mülklərə dair hər hansı bir əqd bağlanılmamışdır. İş materiallarına əlavə olunmuş X55 Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, **03\2022 saylı məktubdan görünür ki, Ərizəçi hazırki tələblə bağlı X55 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət etmiş, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün iddia müddətini buraxıldığından vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti B aşçısının Mehdixanlı kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 320 saylı xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunur ki, X36 vəfat etdikdən sonra onun yaşadığı evini, təsərrüfatını, pay torpağını qızı- Ərizəçi idarə etmişdir. İş materiallarına əlavə olunmuş X30 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, anası X36 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş X19 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, nənəsi X36 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş X** notarial qaydada təsdiq olunmuş 15.**.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, nənəsi X36 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş X8 notarial qaydada təsdiq olunmuş 22.**.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, nənəsi X36 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş X17 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, qayınanası X36 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş X7 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, nənəsi X36 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə mürciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X15 miras qalmış Bərdə rayon Hacall kəndində yerləşən üç otaqlı 64.4 kv.m yaşayış sahəsi, 42.0 kv.m köməkçi sahəsi, ümumi sahəsi 106.42 kv.m olan fərdi yaşayış evinin, Bərdə rayon Hacallı kəndində yerləşən 0.37 ha kənd təsərrüfat təyinatlı verilmiş torpaq sahəsinin və Bərdə rayon Hacalli kəndində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsinin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum X15 miras qalmış Bərdə rayon Hacall kəndində yerləşən üç otaqlı 64.4 kv.m yaşayış sahəsi, 42.0 kv.m köməkçi sahəsi, ümumi sahəsi 106.42 kv.m olan fərdi yaşayış evini, Bərdə rayon Hacallı kəndində yerləşən 0.37 ha kənd təsərrüfat təyinatlı verilmiş torpaq sahəsini və Bərdə rayon Hacalli kəndində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin **9-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X36 oğlundan miras qalmış Bərdə rayon Hacall kəndində yerləşən üç otaqlı 64.4 kv.m yaşayış sahəsi, 42.0 kv.m köməkçi sahəsi, ümumi sahəsi 106.42 kv.m olan fərdi yaşayış evinə, Bərdə rayon Hacallı kəndində yerləşən 0.37 ha kənd təsərrüfat təyinatlı verilmiş torpaq sahəsinə və Bərdə rayon Hacalli kəndində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsinə mirasın qəbulu müddəti itirilməmiş hesab edilsin və Bərdə rayon Hacall kəndində yerləşən üç otaqlı 64.4 kv.m yaşayış sahəsi, 42.0 kv.m köməkçi sahəsi, ümumi sahəsi 106.42 kv.m olan fərdi yaşayış evinin, Bərdə rayon Hacallı kəndində yerləşən 0.37 ha kənd təsərrüfat təyinatlı verilmiş torpaq sahəsinin və Bərdə rayon Hacalli kəndində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar