Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-169/2024 09.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Qarayeva Pərvanə Əhməd qızının katibliyi ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh , qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3, Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaq sahəsindən çıxarılma" tələbinə dair ilk, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iddiaçı, (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "çıxarışın etibarsız hesab olunması" tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçı, (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “torpaq sahəsindən istifadə hüququnun təmin olunması" tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1,65 və 1.4484 ha torpaq sahəsindən çıxarılmasına və torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və cavabdehlərdən iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli "Çıxarış”dan göründüyü kimi Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində tam mülkiyyət hüququ ona məxsus olmaqla 1.65 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi vardır. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli "Çıxarış”dan göründüyü kimi Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində tam mülkiyyət hüququ ona məxsus olmaqla 1.4484 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi vardır. Bu günlərdə mübahisəli torpaq sahəsi üzərində əkin-biçin işləri apararaq ailəsini dolandırmaq istədikdə məlum olmuşdur ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus torpaq sahəsində özləri əkib-biçin işləri görürlər. Dəfələrlə cavabdehlərə qanunsuz olaraq zəbt etdikləri Bərdə rayonu Mirzəxan- Qaraqoyunlu kəndində 1.65 və 1.4484 ha torpaq sahəmdən çıxmasını tələb etsə də, onlar bununla razılaşmayaraq onun haqlı tələbinə məhəl qoymurlar. Həmçinin qeyd etmişdir ki, torpaq sahəsini o almamışdan öncə də hazırki iş üzrə cavabdehlər əvvəllər də torpaq sahəsini zəbt etmişlər. Bu səbəbdən də torpağın əvvəlki mülkiyyətçisi X2 iddia qaldırmış və Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(021)-1282/2010 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunanlara əsasən iddiasının təmin olunmasını məhkəmdən xahiş etmişdir. İddiaçı daha sonra vəsatət verərək Cavabdeh4 və X5 da cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə Cavabdeh4 və X8 da əlavə cavabdeh qismində işə cəlb olunmuşdur. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** saylı çıxarışın, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab olunması və ilk iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh (ilkin iddiaçı) İddiaçı iddia ərizəsini qəbul etmir. Belə ki, qarşı tərəf qaldırdığı iddia tam əsassızdır. Belə ki, 1993-cü ildən sözgedən ərazidə məskunlaşmışlar və həmin torpaqdan bu günə kimi də istifadə edirlər. Azərbaycan Respublikasının hörmətli prezidentinin 2004-ci ilin 1 iyul tarixli 298 saylı sərəncamında açıq şəkildə qeyd olunur ki, 1992-ci, 1998-ci illərdə məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayındana kimi və yaxud yeni qəsəbələrə köçürülənə kimi məskunlaşdıqları ictimai binalardan, istifadə etdikləri torpaq sahələrindən çıxarılma hallarına yol verməsinlər. Halbu ki, bunların heç biri hal hazırda mövcud deyil. Hesab edir ki, sözgedən ərazi heç iddiaçıya aid deyil. Həmçinin həmin torpaq sahəsi yüklü olduğu bir halda alqı-satqı edilməsi qanunla da yolverilməzdir. Həmin torpaqdan uzun müddətdir onlar istifadə etdiklərinə görə ilk öncə onlara təklif edilməli idi. Onlar rəsmi imtina etdikdən sonra kənar şəxsə satıla bilərdi. Cavabdehǝ (ilkin iddiaçıya) DƏDRX-nın 7 saylı Bərdə ərazi idarəsi xx.xx.2023-cu il tarixdə verdiyi ********** nömrəli çıxarış, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar şübhə doğurduğu üçün torpaşünaslıq və texniki ekspertiza təyin edilərək sözgedən çıxarışlar etibarsız hesab edilməlidir. Eyni ilə də cənab prezidentin məlum sərəncamına uyğun olaraq iddia rədd edilməlidir. Hazırda bütün ailənin dolanışığı sözgedən torpaqdan aslıdır. Göründüyü kimi cavabdeh ( ilkin iddiaçı) bizə qarşı qərəzli hərəkət edir və sözgedən ərazi 1993-cü ildə onların icraatında olduğu üçün sözgedən torpaq sahəsi alınıb satıla bilməzdi. Qeyd olunanlara əsasən iddiasının təmin olunmasını məhkəmdən xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-3033\2023 saylı 14 avqust 2023-cü il tarixli qərardadına ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 İddiaçı qarşı "çıxarışın etibarsız hesab olunması" tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuşdur. Daha sonra həmçinin digər Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın rədd edilməsi, rəsmi olaraq alınmış torpaqlarına köçənə kimi Bərdə rayon Mirzəxan kəndində yerləşən fermada yaşamaq və həmin ünvanda yerləşən torpaq sahəsindən istifadə etmək hüququnun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh İddiaçı məhkəmədə ona qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaq sahəsindən çıxarılma " tələbinə dair iddia ərizə ilə müraciət etmişdir. Qeyd olunmuş iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. Beləki, o, ailə üzvlərilə birlikdə 1988-ci il tarixdə Əsgəran rayon Şuşukənd kəndindən məcburi köçkün olaraq Ağdam rayon Göytəpə kəndində məskunlaşıb yaşamışlar. 5 il həmin rayonda məskunlaşıb yaşadıqdan sonra 1993-cü il tarixdə Ağdam rayonunu Erməni təcavüzkarları nəticəsində alındıqdan sonra məcburi köçkün olaraq Bərdə rayon Mirzəxan kəndinə gəlmişlər. Bərdə rayon Mirzəxan kəndinə gəldiyi zaman isə oradan onlara torpaq sahəsi verilmişdir. Onlar Bərdə rayon Mirzəxan kəndində fermada yaşamış, onlara verilən torpaq sahəsindən əkin işləri apararaq gəlir əldə etmişlər. 30 ildir ki, o, ailə üzvlərilə birlikdə Bərdə rayon Mirzəxan kəndində fermada yaşayırlar. Hazırda isə cavabdeh İddiaçı onların həmin torpaq sahəsindən çıxarması qanunsuzdur. Onların yaşamağa başqa bir yeri və gəlir əldə etməyə başqa torpaq sahələri olmadığı üçün rəsmi olaraq alınmış torpaqlarına köçənə qədər Bərdə rayon Mirzəxan kəndində yerləşən fermada yaşamaq və həmin ünvanda yerləşən torpaq sahəsindən istifadə etmək istəyirlər. Bərdə rayon Məhkəməsinin 2(021)-3033\2023 saylı 24 avqust 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 qarşılıqlı iddia ərizəsi qismən torpaq sahəsindən istifadə etmək hüququnun təmin olunması hissəsində məhkəmənin icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələblərinin rədd olunmasını xahiş etdi. O, həmçinin bildirdi ki, iddiaçının cavabdehləri ferma tipli yaşayış yerlərindən çıxarmaq niyyəti yoxdur və bu barədə də tələbi yoxdur. O, yalnız torpaq sahəsindən çıxarmanı tələb edir. Məhkəmə iclasında cavabdeh , qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh , qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ilk iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh X6 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbləri isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1,4484 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1,65 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)1282\2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X10 və Cavabdeh1 Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən və X1 mülkiyyətində olan 1,65 ha torpaq sahəsindən başqa torpaq sahəsi verilməklə çıxarılması qət olunmuşdur. Mülki işə əlavə olunmuş Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1989-cu il tarixdə Kəlbəcər rayon Başlıbel kəndində anadan olmuşdur. Kəlbəcər rayon Başlıbel kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AA №206278 saylı Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 məcburi köçkün statusu verilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki: Bərdə rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(021)-3033/2023 nömrəli qərardadına əsasən iddiaçı və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, - TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla Əhmədov Cahangir Rafiq oğlunun mülkiyyəti kimi qeydiyyata alınmış Bərdə rayon Mirzəxan- Qaraqoyunlu kəndində yerləşən 1.4484 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış Bərdə rayon Mirzəxan-Qraqoyunlu kəndində yerləşən 1.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X8 tǝrǝindən istifadə olunur. -TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətnə verilmiş 1.4484 ha torpaq sahəsinin 0.84 ha hissəsi Cavabdeh1, 0.60 ha hissəsi isə Cavabdeh3 tərəfindən istifadə olunur. -TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.65 ha torpaq sahəsinin 1.22 ha hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh4 və X8 tərəfindən istifadə olunur. -Cavabdehlərin hazırda istifadələrində olan torpaq sahələri TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** ve ********** qeydiyyat nömrəli çıxarışlarla İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə tərəfindən həyata keçirilmiş xx.xx.2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən ferma tipli yaşayış sahəsində cavabdehlər məcburi köçkün kimi məskunlaşmışlar. İddiaçının torpaq sahəsin də həmin ərazidə yerləşir. Həmin məskunlaşmış ərazi ilə iddiaçının torpaq sahəsi arasında kəndarası avtomobil yolu mövcuddur. İddiaçının torpaq sahəsini cavabdehlər tərəfində istifadə edilməsi yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1,4484 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1,65 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Cavabdehlər həmin torpaq sahəsini məcburi köçkün kimi gəlib yerləşdikləri vaxtdan zəbt edərək istifadə edirlər. Məhkəmə qeyd edir ki, iddia tələbləri bir-birilə qarşılıqlı əlaqədə olan tələblərdir. iddia tələblərilə bağlı aşağıdakıları qeyd edir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən torpaq sahələri reystrdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehlər İddiaçı məxsus torpaq sahəsini zəbt edərək onun mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən istifadə edirlər. İddiaçının isə ferma tipli tkilidən çıxma tələbi yoxdur. Yalnız torpaq sahəsindən çıxarılma tələbi vardır. Bununla bağlı məhkəmə qeyd edir ki, kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması qaydasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli qərarına əsasən məcburi köçkünlərə müvəqqəti istifadəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə ərizə ilə müraciət edirlər. Ərizədə ayrılacaq torpaq sahəsinin yeri, növü, həcmi və istifadə məqsədi göstərilməlidir. Yerli icra hakimiyyətləri 7 gün müddətində həmin ərizəni tələb edilən sahənin ayrılmasının mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinə göndərirlər. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Torpaq sahələrinin istifadəyə ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göründüyü kimi qanunvericilik normaları hazırkı mübahisədə hüquqlarının üstünlüyünün qorunmasına xidmət edir. Odur ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iddiaçı, (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "çıxarışın etibarsız hesab olunması" tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 İddiaçı qarşı "çıxarışın etibarsız hesab olunması" tələbi barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçı, (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “istifadə hüququnun təmin olunması" tələbinə dair qarşılıqlı iddiası təmin oluna bilməz. Məhkəmə bu halları yuxarıda göstərilən hüquq normalarına istinadən birdaha bildirir ki, bu hüquq tanındığı təqdirdə mülkiyyətçinin hüquqları pozulmuş olar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaq sahəsindən çıxarılma" tələbinə dair ilk təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətnə verilmiş 1.4484 ha torpaq sahəsinin 0.84 ha hissəsindən Cavabdeh1, 0.60 ha hissəsindən Cavabdeh3 və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.65 ha torpaq sahəsinin 1.22 ha hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və X8 çıxarılsın. İlk iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iddiaçı, (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "çıxarışın etibarsız hesab olunması" tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçı, (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “istifadə hüququnun təmin olunması" tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-169/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-169/2024
09.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver