Məhkəmə qərarları › İş №2(021)-1697/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1697/2021

25.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1697/2021 25.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, İddiaçılar İddiaçı1 Lələkiş oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 cavabdehlər Cavabdeh, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs2 Vəlyəddin oğluna qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadəyə maneçiliklərə son qoyulmasıtələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Lələkiş oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 cavabdehlər Cavabdeh, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs2 Vəlyəddin oğluna qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadəyə maneçiliklərə son qoyulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı1 məhkəməyə ərizə verərək iddianın baxılmamış saxlanılması barədə qərardadı ləğv edib mülki işə baxılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə bildirişləri ərizəçinin ünvanına poçt vasitəsi ilə göndərilmişdir, lakin ərizəçiyə vaxtında çatmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257, 263, 264-cü maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1 Lələkiş oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 cavabdehlər Cavabdeh, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs2 Vəlyəddin oğluna qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadəyə maneçiliklərə son qoyulması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1697/2021 saylı 25 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə iclasında baxılması üçün 04 avqust 2021-ci ilə saat 14:30-a təyin edilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar