Məhkəmə qərarları › İş №2(021)-1701/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1701/2025

19.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1701/2025 19.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 13 saylı X10 Mərkəzinin nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 13 saylı X10 Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması, ərazinin təhvil verilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 13 saylı X10 Mərkəzi iddia ərizəsi ilə müraciət edərək,Kəlbəcər rayon, Çaykənd kənd sakini, hal-hazırda Bərdə rayon Qaradağlı kədində yaşayan Cavabdeh Zülfalı meşəbəyliyinin 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.60 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X7 Mərkəzinə təhvil verilməsi, meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 308 (üç yüz səkkiz) manat Cavabdeh tutulub 13 saylı X7 Mərkəzinin "Kapital Bank'ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 *** **** ******* saylı hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 13 saylı X10 Mərkəzi iddia tələbini onunla əsaslandırmışdır ki, 13 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Zülfalı meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar İstifadə halları yoxlanılarkən Kəlbəcər rayon, Çaykənd kənd sakini, hal-hazırda Bərdə rayon Qaradağlı kədində yaşayan Cavabdeh tərəfindən Zülfalı meşəbəyliyinin 1-ci kvartalının 3.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq 1 ədəd 5x15 metr, 2 eded 4x12 metr mal-qara üçün tövlələr, 1 ədəd 4x4 metr yerdən qazılmış tövlə və 2 ədəd 4x6 metr çiy kərpicdən yaşayış evinin tikilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakları ilə xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına xx.xx.2024-cü il tarixli 3-14-27-13/2- 237/2024 nömrəli məktubun göndərilməsinə baxmayaraq, X18na aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır və Dövlǝt X2suz mal-qara otarılması üçün xx.xx.2019-cu il tarixli 30 saylı qarla hesablanmış 308 (üç yüz səkkiz) manat zərər ödənilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 13 saylı X10 Mərkəzinin nümayəndəsi X12 iddia tələbinin dəqiqləşmədirilməsi barədə ərizə verərək, Kəlbəcər rayon, Çaykənd kənd sakini, hal-hazırda Bərdə rayon Qaradağlı kədində yaşayan Cavabdeh ailə üzvləri ilə birlikdə Zülfalı meşəbəyliyinin 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.60 hektar meşə fondu torpağından çıxarılması və həmin torpaq sahəsindən onların istifadəsinə qadağa qoyulması, ərazinin cavabdehin hesabına boşaldılaraq 13 saylı X7 Mərkəzinə təhvil verilməsi və Meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 308 (üç yüz səkkiz) manat Cavabdeh tutulub 13 saylı X7 Mərkəzinin "Kapital Bank"ın Bərdə rayon Şöbəsinin AZ 62 CTRE 000 000 *** **** ******* saylı hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 13 saylı X10 Mərkəzinin nümayəndəsi X12 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh bildirdi ki, o, 1993-cü ildən həmin ərazidə yaşayır. Məcburi köçkündür. Dövlət tərəfindən Kəlbəcər rayonunda evlə təmin olunduqda sonra həmin meşə torpaq sahəsindən çıxacaqdır. Həmçinin bildirdi ki, o, məcburi köçkün düşən vaxtdan orada yaşayıb. Bərdə rayon Qaradağlı kəndində atası ev alıb anası və atası köçmüş, lakin o, orda qalmışdır. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş 003295 saylı xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, 13 saylı X10 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Zülfalı meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar İstifadə halları yoxlanılarkən Kəlbəcər rayon, Çaykənd kənd sakini kəndi, hal-hazırda Bərdə rayon Qaradağlı kəndində yaşayan Cavabdeh tərəfindən Zülfalı meşəbəyliyinin 1-ci kvartalının 3.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq 1 ədəd 5x15 metr, 2 ədəd 4x12 metr malqara üçün tövlələr, 1 ədəd 4x4 metr yerdən qazılmış tövlə və 2 ədəd 4x6 metr çiy kərpicdən yaşayış evinin tikilməsi faktı aşkar edilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixdə aparılmış yoxlamanın hesablama Cədvəlindən görünür ki, Zülfalı meşəbəyliyində qanunsuz olaraq mal-qaranın otarılması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 308 manat kimi hesablanmışdır. Mülki işə əlavə olunmuş Pretenziyadan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 13 saylı X10 Mərkəzi tərəfindən məhkəmədən kənar həll edilməsi üçün Cavabdeh təbiətə vurduğu ziyana görə 308 manatı ödəməsi üçün xəbərdarlıq edilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X17 X1 meşəbəyliyinin 2-ci dolayının 1; 2-ci kvartalı X18 Torpaqlarına aidddir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin məhkəmənin sorğusuna əsasən cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh Bərdə rayon Qarabağ qəsəbəsində məskunlaşmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 13 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Zülfali meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar İstifadə halları yoxlanılarkən Kəlbəcər rayon, Çaykənd kənd sakini, hal-hazırda Bərdə rayon Qaradağlı kədində yaşayan Cavabdeh tərəfindən Zülfalı meşəbəyliyinin 1-ci kvartalının 3.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq 1 ədəd 5x15 metr, 2 ədəd 4x12 metr mal-qara üçün tövlələr, 1 ədəd 4x4 metr yerden qazılmış tövlə və 2 ədəd 4x6 metr çiy kərpicdən yaşayış evinin tikilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. xx.xx.2024-cü il tarixdə aparılmış yoxlamanın nəticəsində Zülfalı meşəbəyliyində qanunsuz olaraq mal-qaranın otarılması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 308 manat kimi hesablanmışdır. Həmçinin müəyyən olunmuşdu ki, Zamanov X6 rayonunda məcburi köçkün olaraq Bərdə rayon Qarabağ qəsəbəsində məskunlaşmış, Zülfali meşəbəyliyini isə kənd təsərüffatı üçün istifadə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı madəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən Yerin təkindən, su obyektlərindən, meşədən, bitki və heyvanlar aləmindən, mədəni və təbii landşaftlardan, atmosfer havasından istifadə və onların mühafizəsi üzrə münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 31-ci madəsinə əsasən Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Həmin Məcəllənin 34-cü madəsinə əsasən Torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 38-ci madəsinə əsasən Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlət torpaq fonduna vurulan zərərin, kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin torpaq qanunvericiliyinin pozulmasına görə cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət edilməsi, iddialar qaldırılması vəzifəsini həyata keçirir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması qaydasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli qərarına əsasən məcburi köçkünlərə müvəqqəti istifadəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə ərizə ilə müraciət edirlər. Ərizədə ayrılacaq torpaq sahəsinin yeri, növü, həcmi və istifadə məqsədi göstərilməlidir. Yerli icra hakimiyyətləri 7 gün müddətində həmin ərizəni tələb edilən sahənin ayrılmasının mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinə göndərirlər. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Torpaq sahələrinin istifadəyə ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının Yaşıllıqların mühafizəsi haqqında Qanununun 19.1-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları aşağıdakılardır: 19.2.1. yaşıllıqların mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsini, bu Qanunun tələblərinə əməl olunmasını, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək; 19.2.2. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək; 19.2.3. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək; 19.2.4. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək). Həmin Qanunun 19.3-cü maddəsinə əsasən Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında Qanununun 79-cu maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Məhkəmə hesab edir ki, işdə olan materiallar və cavabdehin özünün həmin mübahisəli torpaq sahəsindən istifadə etməsi barədə etirafı ilə onun qanunsuz olaraq meşə fondu torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi sübuta yetirildiyi nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, Bərdə rayon Qaradağlı kədində yaşayan Cavabdeh ailə üzvləri ilə birlikdə Zülfalı meşəbəyliyinin 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.60 hektar meşə fondu torpağından çıxarılmalı, həmin torpaq sahəsindən onların istifadəsinə qadağa qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan tələbi hissəsində təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, 13 saylı X10 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Zülfalı meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar İstifadə hallarının aşkar olunmasına dair tərtib olunmuş 003295 saylı xx.xx.2024-cü il tarixli Akt Cavabdeh iştirakı olmadan tərtib olunmuş, o, həmin aktla tanış edilməmişdir. Məhkəmə bununla yanaşı qeyd edir ki, iddiaçı məhkəməyə cavabdeh tərəfindən təbiətə 308 manat dəyərində maddi zərər yerirməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Hazırki halda cavabdeh X3 təbiətə maddi zərər yerirməsi sübuta yetmir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 13 saylı X10 Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması, ərazinin təhvil verilməsi və maddi ziyan” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh X9 ailə üzvləri ilə birlikdə Zülfalı meşəbəyliyinin 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.60 hektar meşə fondu torpağından çıxarılsın həmin torpaq sahəsindən onların istifadəsinə qadağa qoyulsun, ərazi cavabdehin hesabına boşaldılaraq 13 saylı X7 Mərkəzinə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar