Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1709/2022 14.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı evə köçmə və mənzildən istifadə hüququnun tanıdılması, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, X12, X3 qarşı miras əmlakın təmir tikinti işlərinə çəkilən xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı evə köçmə və mənzildən çıxarılma tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, X12, X3 qarşı miras əmlakın təmir tikinti işlərinə çəkilən xərclərin ödənilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda göstərilən ünvanda kirayədə yaşayır. 3-cü qrup əlildir, öhdəsində bir azyaşlı övladı var. Bərdə rayon Alaçadırlı kəndində valideynlərindən miras qalmış əmlak var, lakin cavabdeh olan qardaşı həmin əmlakı kirayə verir, o, isə bir övladı ilə hal-hazırda kirayələrdə yaşayır. Lakin cavabdeh olan qardaşı Cavabdeh valideynlərindən miras qalmış evi kirayə verib, bu haqsızlığı görüb məhkəməyə müraciət etmək qərarına gəlib. Bərdə rayon Aqrar İslahatlar Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsinin üzərində 200 kv mert ev 3 otaqlı həmin şəhadətnamədə həmin ailə üzvlərinin adları qeyd edilmişdir. Atası və anası rəhmətə getmiş, onlar 4 nəfər vərəsənin adı şəhadətnamədə qeyd edilmişdir. Valideynlərindən miras qalmış əmlakın, J-203 A, KOD-61008078 nömrəli Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı qeyd edilmişdir. Valideynlərindən miras qalmış mənzildən istifadə etməyi bildirsə də cavabdeh maneçilik törədib bu səbəbdəndə də məhkəməyə müraciət etmək qərarına gəlib. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cabahdeh İddiaçı, X12 və X3 qarşı məhkəməyə iddia ərizəsi verərək miras əmlakın təmir tikinti işlərinə çəkilən xərclərin ödənilməsi istəmişdir. Cavabdehlər onun bacılarıdır. Bərdə rayon Aqrar İstehsalatlar komissiyanının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi mərhum atası və anası olmaqla 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş və həmin torpaq sahəsində 3 otaqdan ibarət yaşayış evi mərhum anası və atası tərəfindən tikilmişdir. X8 və X14 vəfat etməmişdən öncə 20 sot olan həyətyanı torpaq sahəsindən qardaşı X15 7 sot torpaq vermiş, həmin torpaq sahəsində mərhum atası, anası, qardaşı və onların qazancları hesabına iki otaq, bir kolidor, kuxna, zal, kolidor və açıq seyvandan ibarət yaşaıyış evi tikiblər. Həmin evdə qardaşı Vüqar yaşayır. Mərhum atası və anası vəfat etdikdən sonra həmin miras əmlakda o, ailə üzvləri ilə birlikdə yaşayıb, həmin miras əmlakın üzərində o, öz qazancı hesabında ikinci mərtəbənin tikintisini və həmin evin dam örtüyünün yenilənməsini bundan əlavə zal, hamam, piləkənlər,qaraj və kuxna çəkilən xərcləri o, edib. İlk iddia üzrə iddia qarşılıqlı iddia üzrə cavabdeh bacısı İddiaçı nədənsə iddia ərizəsi yazanda qardaşı Vüqarın hazırda yaşadığı evdən yox yalnız onun hazırda yaşadığı evdən pay istəyir, əgər miras əmlakdan pay istəyirsə o, zaman valideynlərindən qalmış miras əmlakın tikintisi üçün, evin qabaq hissəsində evə giriş hissəsinə, yardımçı eyvanda istifadə olunan tikinti materialları surahilər taxtadan 2-ci mərtəbəyə çəkilən pilləkənin döşəməsi mərmərdən, eyvan divarları emisuyadan, elektrik xətləri çəkilib, ustanın zəhmət haqqı ilə birlikdə cəmi 6000 manat, evin üstü vurulub təzə şifer, reyka, tirlər, mismar və ustanın haqqı 5000 manat, zala çəkilən xərclər pol taxtadan, elektrik xətləri çəkilib, zalın divarları emisuyadan, divarların suvanması üçün 2 maşın qum, 20 kisə sement, 5 kisə şpaklovka, mismar, pol üçün lak, ustanın zəhmət haqqısı ilə 400 manat, hamamın təmiri -2500 manat, əlavə 4 maşın qum, 50 kisə sement, dəmir turba materialları 1500 manat cəmisi 20250 manat xərci öz qazancı hesabına edib. Belə ki, cavabdeh İddiaçı ona qarşı verdiyi iddia ərizəsi haqqında qətnamə qəbul edilərsə sözügedən miras əmlaka onun çəkdiyi xərclər miras əmlakda payları olan şəxslərdən geri alınmalıdır. Odur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı verdiyi iddia ərizəsinə əsasən və onun bu cür hərəkətlərini nəzərə alıb məhkəməyə qarşılıqlı iddia ərizəsi vermək qərarına gəlib. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın qismən, evə kğçürülmə hissəsində təmin edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdehlər X12 və X3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X9, X2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1977-ci ildə Bərdə rayonu, Alaçadırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan 989-05/69 nömrəli, 10 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X14 01 noyabr 2018-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 581011 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 18 noyabr 2012-ci ildə ölmüşdür. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1986-cı ildə doğulmuşdur. İş materialarında olan Bərdə rayonu, Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1456 nömrəli, 15 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Alaçadırlı kəndində rəsmi qeydiyyatdadır, ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan JN 203A KOD 61008078 Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə Bərdə rayonu, Alaçadırlı kənd sakinləri X16, X4, X9, Cavabdeh, X2 və İddiaçı mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli aktdan müəyyən olunur ki, Bərdə rayonu, Alaçadırlı kəndində mərhumə X18 məxsus fərdi evini oğlu Cavabdeh xərc çəkərək evə 88 kv.m əlavə etdirmiş və tavan hissəsini bütünlükdə yenisi ilə əvəz etdirməsi, əlavə olaraq evin içinidə orta təmir etdirməsi aktlaşdırılılmışdır. İş materiallarında olan Bərdə şəhər İİMB-nin direktoru X22 tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Cavabdeh şərh elədiyinə və 9 ədəd fotoşəkil əsasında Bərdə rayonu, Alaçadırlı kəndində evə çəkilən xərc- evin qabaq hissəsində evə giriş hissəsinə, yardımçı eyvanda istifadə olunan tikinti materialları surahilər taxtadan 2-ci mərtəbəyə çəkilən pilləkənin döşəməsi mərmərdən, eyvan divarları emisuyadan, elektrik xətləri çəkilib, ustanın zəhmət haqqı ilə birlikdə cəmi 6000 manat, evin üstü vurulub təzə şifer, reyka, tirlər, mismar və ustanın haqqı 5000 manat, zala çəkilən xərclər pol taxtadan, elektrik xətləri çəkilib, zalın divarları emisuyadan, divarların suvanması üçün 2 maşın qum, 20 kisə sement, 5 kisə şpaklovka, mismar, pol üçün lak, ustanın zəhmət haqqısı ilə 400 manat, hamamın təmiri -2500 manat, əlavə 4 maşın qum, 50 kisə sement, dəmir turba materialları 1500 manat olmaqla, cəmisi 20250 manat müəyyən edilmişdir. İş materiallarında olan Bərdə rayonu Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli, 036 nömrəli arayışdan müəyyən olunur ki, X14 və X26 vəfat edənə kimi ünvan 3i ünvanında, təsərrüfatında ailə üzvüləri oğlu Cavabdeh və qızı İddiaçı ilə birlikdə yaşamışdır. İş materiallarında olN AZ-İ 255950 nömrəli çıxarışdan müəyyən müəyyən olunur ki, X14 və X27 07 fevral 1975-ci ildə 01 saylı rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. İş materiaallarında olan X38 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş notariat sənədlərinə əlavə edilmiş X13 nümayəndəsi X17, X19, İddiaçı, X5 tərəfindən verilmiş ərizələrdən müəyyən olunur ki, X6 vəfat etdiyi, miras əmlakı Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən torpaq sahəsindən ibarət olmaqla, vərəsələri X19, Cavabdeh, X5 və İddiaçıdır. İş materiallarında olan RX ******* nömrəli Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh, X9, İddiaçı, X7, X1, X16, X13 ümumi birgə mülkiyyətinə Bərdə rayonu, Alaçadırlı kəndində 1.54 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan İ-JQ 255950 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə X27 7 fevral 1975-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişər, nikahdan sonra arvada Mayılova soyadı verilmişdir. İş materiallarında olan 2289-05/69 nömrəli, 15 noyabr 2019-cu il tarixli arayışdan müəyyən olunur ki, X6 vətəndaşlıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 18 noyabr 2012-ci ildən 01 noyabr 2018-ci ilədək Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış informasiya sistemində yoxlama aparılmış və X6 nikah akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan 2294-05/69 nömrəli 18 noyabr 2019-cu il tarixli arayışdan müəyyən olunur ki, X23 16 dekabr 1971-ci ildə doğulmuşdur, atası X14, X8dır. İş materiallarında olan İİ-JQ 401696 nömrəli doöum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 23 aprel 1974-cü ildə doğulmuşdur, atası X14, X8dır. İş materiallarında olan Vİ-JQ 449891 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müətyyən olunur ki, X10 11 yanvar 1980-ci ildə doğulmuşdur, atası X14, X8dır. İş materiallarında olan AZ-İ 147656 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X10 18 mart 2005-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. İş materiallarında olan 18 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 miras əmlakı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X16 adına Bərdə rayonu Alaçadırlı kəndind 6 nəfər ailə üzvü ilə birlikdə 0.20 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmış, X6 adına isə əmlak qeydiyyata alınmamışdır. Məhkəmə verilmiş ilkin iddia və qarşılıqlı iddiaya münasibətdə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Hüquq münasibətlərinin 2009-cu ilə qədər əmələ gəlməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. [32] Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçı mübahisəli evdə böyümüş, uzun müddət valideynlərinə məxsus olan evdə yaşayaraq həmin evdən istifadə etmişdir. Bundan başqa həmin evin yerləçdiyi torpaq sahəsi digər şəxslərlə birlikdə, həm də iddiaçının ümumi birgə mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə köçürülməlidir. İddia tələbinin mübahisəli evə istifadə hüququnun yaranmasına münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından da göründüyü kimi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, ona mülkiyyət hüququ qanuni əsaslarla tanınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə verilmiş qarşıqlı iddiaya münasibətdə isə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh evin qabaq hissəsində evə giriş hissəsinə, yardımçı eyvanda istifadə olunan tikinti materialları surahilər taxtadan 2-ci mərtəbəyə çəkilən pilləkənin döşəməsi mərmərdən, eyvan divarları emisuyadan, elektrik xətləri çəkilib, ustanın zəhmət haqqı ilə birlikdə cəmi 6000 manat, evin üstü vurulub təzə şifer, reyka, tirlər, mismar və ustanın haqqı 5000 manat, zala çəkilən xərclər pol taxtadan, elektrik xətləri çəkilib, zalın divarları emisuyadan, divarların suvanması üçün 2 maşın qum, 20 kisə sement, 5 kisə şpaklovka, mismar, pol üçün lak, ustanın zəhmət haqqısı ilə 400 manat, hamamın təmiri -2500 manat, əlavə 4 maşın qum, 50 kisə sement, dəmir turba materialları 1500 manat cəmisi 20250 manat xərci öz hesabıa çəkməsi kimi faktları məhkəmədə sübut edə bilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, verilmiş qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı Bərdə rayon Aqrar İslahatlar Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş 200 kv mert sahədən ibarət olan 3 otaqlı evə köçürülsün. İlkin iddia qalan hissədə təmçin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1709/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1709/2022
14.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver