Məhkəmə qərarları › İş №2(021)-1709/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1709/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1709/2024 27.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X58 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (bundan sonra ərizəçi və ya İddiaçı) Maraqlı şəxs1 və Bərdə regional “ASAN xidmət” mərkəzi olmaqla “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək atası X16 anası (nənəsi) X17 olması faktının müəyyən edilib təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə Bərdə rayonu Hacallı kəndində anadan olumuşdur. X9, anası isə X32 olmuşdur. Ailədə 5 uşaq-2 oğlan, 3 qız olmuşlar. X9 xx.xx.2018-ci ildə ölmüşdür. X43 doğum akt qeydi olmadığından miras əmlakı öz adına rəsmiləşdirə bilməmişdir. Bu barədə Bərdə regional ’’ASAN xidmət” mərkəzinə müraciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, imtinanı isə rəsmi olaraq təqdim etməmişlər. Belə ki, onların, yəni İddiaçı, X37, X33, X26, X21, X22, X12 (ölmüşdür), X27, X23, X28 (ölmüşdür), X24, X25 (ölmüşdür) və X16 ümumi birgə xüsusi mülkiyyətində olan və Bərdə rayonu Hacallı kəndində yerləşən 0.19 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqlarin dövlət qeydiyyati haqqında daşınmaz əmlakın dövlət reyestirindən Çıxarış da verilmişdir. Odur ki, atası X16 anasının ( yəni ərizəçinin nənəsinin) X17 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak etməmələrinin üzrlü hesab edilərək qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 göstərdi ki, X17 xalasıdır. X17 ərizəçinin atası X16 anası, ərizəçinin isə nənəsidir. X12 1999-cu ildə ölmüş, onun yasında iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 göstərdi ki, ərizəçi İddiaçı bibisi nəvəsidir. X17 ərizəçinin atası X16 anası, ərizəçinin isə nənəsidir. X12 1999-cu ildə ölmüş, onun yasında iştirak etmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, şahidləri dindirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx xxxxxx 1964-cü ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Bərdə rayonu Hacallı kəndində yaşayır. 23 iyun 1976-cı il tarixli, İV-ЖГ 364130 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1964-cü ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X30, “ana” qrafasında anası kimi X34 qeyd edilmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli, 1646-05/69 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X12 23 oktyabr 1999-cu ildə ölmüşdür. 05 fevral 2018-ci il tarixli, AZ-İ 885236 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X35 23 yanvar 2018-ci ildə ölmüşdür. 06 sentyabr 2023-cü il tarixli, AZ-İİ 359320 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2023-cü ildə ölmüşdür. Bərdə Rayon İcra Hakmiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Hacallı kəndində yaşayır və qeydiyyatdadır. Bərdə Rayon İcra Hakmiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli arayışdan görünür ki, Bərdə rayonu Hacallı kəndində yaşamış X16 ailə üzvləri: arvadı X13, oğlu İddiaçı, qızı X2, qızı X14, qızı X5 və oğlu X19 ibarətdir. Bərdə Rayon İcra Hakmiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli arayışdan görünür ki, Bərdə rayonu Hacallı kəndində yaşamış X10 ailə üzvləri arvadı X11, qızı X3, qızı X6 və oğlu X7 ibarətdir. Bərdə Rayon İcra Hakmiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli arayışdan görünür ki, Bərdə rayonu Hacallı kəndində yaşamış X4 ailə üzvləri oğlu X15, gəlini X13, nəvəsi İddiaçı, nəvəsi X2, nəvəsi X14, nəvəsi X5 və nəvəsi X19 ibarətdir. Maraqlı şəxs1 İddiaçı ünvanlanmış 28 mart 2024-cü il tarixli, 3-16-5/8-15-143/2024 nömrəli məktubundan görünür ki, İddiaçı atasının doğum akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. Odur ki, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 01 aprel 2024-cü il tarixli, 2703/2024 nömrəli məktubdan görünür ki, İddiaçı X4 vəfatından sonra irs qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş, qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim edə bilmədiyindən “Miras əmlak üzərində vərəsəlik hüququnun tanınması üçün” müvafiq rayon məhkəməsinə müraciət etməsi ona tövsiyə olunmuşdur. 01 aprel 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli, 3 nömrəli Qərarında qeyd olunur ki, qohumluq münasibəti faktlarının müəyyən edilməsinə yalnız bu münasibətlər hüquqi nəticə verdikdə yol verilir (vərəsəlik əmlakı almaq, təqaüd almaq hüququnu rəsmiləşdirmək və s.). Məhkəmələrə izah olunmuşdur ki, vərəsəlik məsələlərini həll etmək məqsədilə miras qoyanla qohumluq münasibəti faktı o vaxt müəyyən oluna bilər ki, ərizəçi qanun üzrə vərəsəliyə çağırılmış şəxslərin dairəsinə daxil olsun. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.1-ci maddələrinə görə, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və məhkəmə tərəfindən tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, mərhum X17 mərhum X16 anası olduğundan, onların qohumluq münasibətində olması faktı müəyyən edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçi İddiaçı öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : Ərizəçi İddiaçı Maraqlı şəxs1 və Bərdə regional “ASAN xidmət” mərkəzi olmaqla “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. X1 mərhum X16 anası olması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar