Məhkəmə qərarları › İş №2(021)-1711/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1711/2022

23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1711/2022 23.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi Əmı̇ raliyeva Afət Nuralı qızının iştirakı ilə, Ərizəçi Əmı̇ raliyeva Afət Nuralı qızının maraqlı şəxs Bərdə Regı̇ onal "ASAN Xı̇ dmət" Mərkəzində Notarı̇ at ofisinə qarşı mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi Əmı̇ raliyeva Afət Nuralı qızı ərizə ilə məhkəməyə müraciət edərək, 18 oktyabr 2021-ci ildə vəfat etmiş ərinin X1 mirasının onun tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yernin Bərdə rayonu Körpüqıran kəndi olmasıının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Əmı̇ raliyeva Afət Nuralı qızı məhkəmə iclasında ərizə təqdim edərək, ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərinin qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəsatətini nəzərə alıb hesab edir ki, iddia ərizəsi ərizəyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1,261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizəçi Əmı̇ raliyeva Afət Nuralı qızının maraqlı şəxs Bərdə Regı̇ onal "ASAN Xı̇ dmət" Mərkəzində Notarı̇ at ofisinə qarşı mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-264, 267ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Əmı̇ raliyeva Afət Nuralı qızının maraqlı şəxs Bərdə Regı̇ onal "ASAN Xı̇ dmət" Mərkəzində Notarı̇ at ofisinə qarşı mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar