Məhkəmə qərarları › İş №2(021)-1713/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1713/2022

07.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1713/2022 07.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən və həyətyanı torpaq sahəsindən çıxarılma, qanunsuz hərəkətlərə son qoyulması, evə köçrülmə, cavabdehin onun evinə gəlib getməsinin qadağan edilməsinə və 100 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehX2nın Bərdə rayon Sərkarlar kəndindəki ona məxsus fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmasına, onun qanunusuz hərəkətlərinə son qoyulmasına, onun sözügedən evinə köçrülməsi, cavabdehin ona məxsus evə gedib gəlməsinin qadağan edilməsinə və ödədiyi 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus evi və həyəti zəbt eib. Evdən çıxarılmasını deyəndə isə şər böhtanla onu polisə və digər strukturlara şikayət edir. ünvan 1ində daşınmaz əmlakın ümumi sahəsi 93.60 kv.m və 0.18 ha həyətyaanı torpaq 7 saylı daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********26-10301 saylı reysterdən çıxarış almaqla texniki pasportda var. Tək mülkiyyətçi özüdür, buna baxmayaraq cavabdeh evinin qapılarını bağlayıb onu şəxsi mülkiyyətinə buraxmır. O, dəfələrlə onun mülkiyyətini boşaltmasını tələb etsə də əhəmiyyət verməmişdir. Hesab edir ki, cavabdeh onun evindən çıxarılmalıdır. Cavabdehin onun evinə əlib-getməsinə və qanunsuz hərəkətlərinə son qoyulması barədə qərar qəbul edilməlidir. Bununla bağlı məhkəmə qətnaməsinin qəbulunu zəruri hesab edir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh X2 məhkəməyə teleqram göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1962-ci ildə ünvan 1ində doğulmuşdur, ünvan 1ində doğulmuşdur. İş materiallarına əlavə olunmuş ********** qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə ünvan 1ində 0.18 ha torpaq sahəsində 93.60 kv.m sahəsi olan fərdi yaşayış evi qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Kolaayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 105 nömrəli, 17 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Kolaayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 105 nömrəli, 17 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh adına ərazidə fərdi yaşayış evi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir və iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh hərəkətləri nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, İddiaçı Cavabdeh qarşı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin çıxardılması, onun qanunsuz hərəkətlərinə son qoyulması, onun həmin evə köçürlüməsi, cavabdehin onun mülkiyyətində olan evə gəlib getməsinin qadağan edilməsi barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxardılmalı, onun qanunsuz hərəkətlərinə son qoyulmalı, İddiaçı həmin evə köçrülməli, cavabdehin həmin evə gəli-getməsi qadağan edilməlidir. Belə ki, mülki iş materiallarında olan sənədlərlə də evin tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olduğu sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ünvan 1ində yerləşən torpaq sahəsindən və evindən çıxarılsın, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulsun, onun həmin evə gəlib-getməsi qadağan edilsin. İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Sərkarlaar kəndind 0.18 ha torpaq sahəsində yerləşən 93.60 kv.m olan evə köçürülsün. Cavabdeh 100 manat dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar