Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1715/2025 14.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlu, Ərizəçi maraqlı şəxs Bərdə regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoru cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın-qohumluq mübasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 1905-ci ildə doğulmuş, 15 fevral 1999-cu ildə vəfat etmiş X1 onun nənəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ərizəçi məhkəməyə ərizə verərək, ərizənin baxılmadan ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoru cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın-qohumluq mübasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Ərizəçi maraqlı şəxs Bərdə regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “hüquqi əhəmiyyəti olan faktın-qohumluq mübasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarıldığından Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoru cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın-qohumluq mübasibətlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın (qəbz №- **********, büdcə təsnifatının kodu ********). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1715/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1715/2025
14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver