Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1719/2024 16.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafeya Lalə Ruslan qızının katibliyi ilə, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyul 2022-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum faktının müəyyən olunmasına, X2, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizə onunla əsaslandırmışdır ki, həyat yoldaşı X8 ilə 30 sentyabr 2021-ci il tarixdə qeyri-rəsmi olaraq ailə həyatı qurub evlənmişlər. Nikahlarını isə 10 yanvar 2024-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə yaşayış dövründə 1 (bir) övladları anadan olmuşdur. Lakin baş qarışıqlığından 23 iyul 2022-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X9 doğum haqqında şəadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istiyirlər. Bu barədə Maraqlı şəxsnə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X1 rayon Lənbəran kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ № 608087 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X10 xx.xx.2000-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Yusifli, arvada Yusifli soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş vəkilin sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli məktuba cavabdan görünür ki, Ərizəçi deməsinə görə X8 ilə birgə yaşayış dövründən olan xx.xx.2022-ci il tarixdə anadan olmuş Yusifli soyadlı atasının adı Orxan olan uşaq Bərdə RMX-nin Ailə Sağlamlıq Mərkəzində xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüş, həkim pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğum faktının qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 bildirdi ki, Ərizəçi onun nəvəsidir. Doğum vaxtı Aişə atasıgildə olmuşdur. O, oğlu ilə birlikdə bir həyətdə yaşayır. İmkan olmadığından həmin vaxt nəvəsini xəstəxanaya apara bilməmişdirlər. Aişənin doğum vaxtı uşağın dünyaya gəlməsinə özü kömək etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. Onlar qeyri-rəsmi evlənmişlər, nikahlarını daha sonra rəsmiləşdirmişlər. Onlarin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə uşaqları doğulmuşdur. Lakin həmin vaxt rəsmi nikahları olmadığından doğum haqqında şəhadətnamə almamışdırlar. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirmişdir ki, Ərizəçi onun qızıdır. Qızının qəfil ağrısı tutuduğundan onu xəstəxanaya aparmağa imkan olmamışdır. Doğuş zamanı o, Aişənin nənəsi Vəzifə və Yusifn nənəsi Güleyşə olub. Uşağın göbəyini Aişənin nənəsi özü kəsmişdir. Məhkəmə iclasında məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirdi ki, Ərizəçi onun nəvəsi X3 arvadıdır.Doğuş zamanı o, Aişənin nənəsi Vəzifə və qızın anası olub. Əvvəllər xəstəxanada işlədiyindən doğuma kömək etmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi X8 ilə əvvəl qeyri-rəsmi rəsmi ailə qurmuş, daha sonra nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 23 iyul 2022-ci il tarixdə Ömür adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ömür adlı uşaq 23 iyul 2022-ci il tarixdə Bərdə rayonu kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. X7 doğum tarixinin “23 iyul 2022-ci il, doğum yerinin Bərdə rayonu olması, atasının X8, anasının Ərizəçi olması faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X7 23 iyul 2022-ci il tarixdə Bərdə rayonunda anadan olması, atasının X8, anasının Ərizəçi olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1719/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1719/2024
16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver