Məhkəmə qərarları › İş №2(021)-172/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-172/2021

19.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-172/2021 19.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “torpaqdan çıxarılma, həmin torpaq sahəsində yerləşən tikililərin sökülməsinə , həmin tikililərin sökülmüş materiallarının və ot (kiplərinin) bağlarının Cavabdeh oğlunun vəsaiti hesabına həmin ərazidən çıxarılması ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh oğlunun onun mülkiyyətində olan Bərdə rayon Gərənə kəndində yerləşən 2.10 ha torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahəsinin ölçülərək onun istifadəsinə qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində 2.10 ha torpaq sahəsi vardır. Cavabdeh həmin torpaq sahəsini 1997-ci ildən zəbt edərək orada ferma saxlayır. O, dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmasını tələb etməsinə baxmayaraq cavabdeh imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, Bərdə rayon Gərənə kəndində yerləşən 1.06 ha torpaq sahəsindən Cavabdeh oğlunun çıxarılmasına və həmin torpaq sahəsində yerləşən tikililərin sökülməsinə (həmin ərazidə yerləşən düşərgə istisna olmaqla) , həmin tikililərin sökülmüş materiallarının və ot (kiplərinin) bağlarının Cavabdeh oğlunun vəsaiti hesabına həmin ərazidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X11 iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, məcburi köçkündür, özünə təsərrüffat qurub, öz yerlərinə qaytarıldıqdan sonra iddiaçının torpaq sahəsindən çıxacaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AZE № 15539016 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 15.09.1980-cı il tarixdə Bərdə rayon Gərənə kəndində anadan olmuşdur. Bərdə rayon Gərənə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 732 saylı 25.05.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Gərənə kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 2.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 2.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti İddiaçıdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Seriya RX № ******* sayli Çıxarışdan görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 oğlunun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş X6 ilə İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı 10.06.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X6 tam mülkiyyətində olan Bərdə rayon Gərənə kəndində yerləşən 0.35 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş X4, X13, X7, X2 ilə İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı 10.06.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X4, X13, X7, X2 birgə mülkiyyətində olan Bərdə rayon Gərənə kəndində yerləşən 1.4 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 390694 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti X1r. İş materiallarına əlavə olunmuş X4 ilə İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı 02.03.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X4 tam mülkiyyətində olan Bərdə rayon Gərənə kəndində yerləşən 0.35 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə X12 arasınd bağlanmış 12.02.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Cavabdeh Bərdə rayon Divanlı kəndində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272.kv.m, yaşayış sahəsi, 95.1 kv.m, yardımçı sahəsi 176.9 kv.m olan fərdi yaşayış evini X9 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 25.06.2020-ci il tarixli **********92 saylı Arayışda qeyd olunur ki, Cavabdeh adına Tərtər rayon Sarıcalı kəndində yerləşən fərdi yaşayış evi 04.06.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh adına Bərdə rayon Gərənə kəndində 6.74 ha kən təsərrüfat təyinatlı torpaq sahəsi 22.06.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 405 saylı 17.03.2021-ci il tarixli Arayışdan qeyd olunur ki, Cavabdeh ailə üzvləri ilə birlikdə Divanlı kəndində bacısı X9 məxsus iki mərtəbəli fərdi yaşayış evində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 633 nömrəli 29.12.2020-ci il tarixli Mütəxəssis rəyində qeyd olunmuşdur: iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrində 04.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 2.10 ha torpaq sahəsinin koordinatlari ilə tutuşduruldu. Məlum oldu ki, iddiaçının mülkiyyətinə verilmiş 2.10 ha torpaq sahəsinin 1.06 hissəsi hal-hazırda cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC–nin iş üzrə mübahisəli torpaq sahəsinin inventarladırılmasına dair mütəxəsis xərclərinə dair smetasından müəyyən edilir ki, mütəxəsis xərci 139.26 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrində 04.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 2.10 ha torpaq sahəsinin koordinatlari ilə tutuşduruldu. Məlum oldu ki, iddiaçının mülkiyyətinə verilmiş 2.10 ha torpaq sahəsinin 1.06 hissəsi hal-hazırda cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə Cavabdeh məcburi köçkün olması ilə bağlı qeyd edir ki, artıq Cavabdeh mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həmçinin iddiaçının mülkiyyət hüququqnu pozmuşdur. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh Bərdə rayon Divanlı kəndində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272.kv.m, yaşayış sahəsi, 95.1 kv.m, yardımçı sahəsi 176.9 kv.m olan fərdi yaşayış evini X9 bağışlamış və hazırda da həmin evdə ailə üzvləri ilə birgə yaşayır. Həmçinin müəyyən olunmuşduur ki, Cavabdeh adına Tərtər rayon Sarıcalı kəndində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 04.06.2020-ci ildə, Bərdə rayon Gərənə kəndində 6.74 ha kən təsərrüfat təyinatlı torpaq sahəsi 22.06.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 3-cü maddəsinə əsasən Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. Həmin Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o kənd təsərrüfatı ilə məşğul olmaq üçün həmin torpaq sahəsində tikililəri quraşdırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılmasıhttp://www.eqanun.az/alpidata/framework/data/0/c_f_200.htm qaydasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli qərarına əsasən məcburi köçkünlərə müvəqqəti istifadəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə ərizə ilə müraciət edirlər. Ərizədə ayrılacaq torpaq sahəsinin yeri, növü, həcmi və istifadə məqsədi göstərilməlidir. http://www.eqanun.az/alpidata/framework/data/0/c_f_200.htm Yerli icra hakimiyyətləri 7 gün müddətində həmin ərizəni tələb edilən sahənin ayrılmasının mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinə göndərirlər. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Torpaq sahələrinin istifadəyə ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.http://e-qanun.az/alpidata/framework/data/4/c_f_4758.htm Göründüyü kimi qanunvericilik normaları hazırkı mübahisədə İddiaçı hüquqlarının üstünlüyünün qorunmasına xidmət edir. Odur ki, iddia tələbi təmin olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh dövlət rüsumundan azad edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçıya aid edilməlidir. Mütəxəsis xərci 139.26 manat cavabdeh Cavabdehdan tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh Bərdə rayonu Gərənə kəndində yerləşən İddiaçı məxsus 1.06 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsində yerləşən tikililər sökülsün (həmin ərazidə yerləşən düşərgə istisna olmaqla) , həmin tikililərin sökülmüş materiallarının və ot (kiplərinin) bağlarının Cavabdeh oğlunun vəsaiti hesabına həmin ərazidən çıxarılsın . Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Mütəxəsis xərci 139.26 manat cavabdeh Cavabdehdan tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar