Məhkəmə qərarları › İş №2(021)-1723/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1723/2023

22.05.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1723/2023 22.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Qriqori qızının, X2, Cavabdeh6 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qriqori qızına, Cavabdeh3, X3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarışın cavabdehlərə aid olan torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi və 04 iyun 2002-ci il tarixli 40-57 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qriqori qızının, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 arasında Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 0,43 hektar həyətyanı torpaq sahəsinin alqı-satqısı müqaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, həmkəndlisi Bərdə rayonu, Həsənqaya kənd sakini Cavabdeh1 və ailə üzvləri Cavabdeh2 Qriqori qızının, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 razılıqlarına əsasən 04 iyun 2002-ci il tarixli 40-57 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan, Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 0,43 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq üzərində inşa edilmiş ümumi sahəsi 92,8 kv.m olan fərdi yaşayış evini almışdır. Alqı-satqı müqaviləsi bağlanaraq evdə qeydiyyatda olan bütün ailə üzvləri, yetkinlik yaşına çatmayanların əvəzinə isə valideynləri müqaviləyə imza etmişdilər. Lakin fərdi yaşayış evini və həyətyanı sahəni 04 iyun 2002-ci il tarixdə almağına baxmayaraq maddi imkansızlığından və xəstəliyilə əlaqədar fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə rəsmi sənəd ala bilməmişdir. Yalnız fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Lakin Çıxarış alan zaman yalnız fərdi yaşayış evinə onun tam mülkiyyəti qeyd edilmiş, həyətyanı torpaq sahəsinin isə Cavabdeh1, Cavabdeh2 Qriqori qızının, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 ümumi birgə mülkiyyətlərində olması qeyd edilmişdir. Bununla bağlı Reyestr xidmətinə müraciət etdikdə isə məlum oldu ki, Cavabdeh1 və ailə üzvlərinin adına 20 aprel 2005-ci il tarixdə verilmiş JN-025A seriyalı, 61003018 KOD-lu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,43 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyətlərinin qeyd edilməsi, alqısatqı müqaviləsində isə yalnız fərdi yaşayış evinin alqı-satqısı göstərilmişdir. O isə alqısatqı müqaviləsində savadsızlığından həyətyanı torpaq sahəsinin qeyd edilməsinə diqqət yetirməmişdir. Həqiqətdə isə o, cavabdehlərlə alqı-satqı müqaviləsi bağlayarkən fərdi yaşayış evi ilə bərabər həyətyanı torpaq sahəsini də almışdır. Notarius tərəfindən alqısatqı müqaviləsində həyətyanı torpaq sahəsinin göstərilməməsinin səbəbini bilmir. Alqısatqı müqaviləsi bağlanandan sonra cavabdehlər evi və həyətyanı sahəni tərk edib, Bərdə şəhərinə köçmüşdürlər. Həmin vaxtdan da, yəni 20 ildən artıqdır fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi onun sahibliyində, istifadəsində və sərəncamımdadır. O, fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini cavabdehlərlə alqı-satqı müqaviləsi bağlamaqla aldığına görə alqı-satqı müqaviləsi bağlanmış hesab olunmalıdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarışın cavabdehlərə aid olan torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qriqori qızının, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 arasında bağlanmış 04 iyun 2002-ci il tarixli 40-57 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək, bildirdi ki, cavabdehlər iddia ərizəsini qəbul edirlər. Belə ki, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin cavabdehlərlə iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və Çıxarışın etibarsız hesab edilməsinə, həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair heç bir etirazları yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Yevlax şəhərində anadan olmuşdur. Bərdə rayon Həsənqaya kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Torpağın mülkiyyət verilməsinə dair JN-025A KOD 61003018 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə 0.43 ha torpaq sahəsi Bərdə rayon Həsənqaya kənd sakinləri Cavabdeh1, Cavabdeh2 Qriqori qızının, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 oğlunun mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu 3 saylı Dövlət Notariat Ofisində bağlanmış xx.xx.2002-ci il tarixli 4Ə-57 Alqı-Satqı Müqaviləsindən görünür ki, Cavabdeh1 DTİ və MHQİ-nin xx.xx.2002-ci il tarixli 28 saylı arayışına və 515 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bərdə rayon Həsənqaya kəndində 3800 kv.m torpaq sahəsində yerləşən iki otaqdan ibarət yaşayış evini İddiaçı 10000000 (on milyon) manata satmışdır. Mülki işə əlavə edilmiş Cavabdeh5, Cavabdeh2 Qriqori qızının və Cavabdeh3 xx.xx.2002-ci il tarixli Ərizələrindən görünür ki, Cavabdeh1 məxsus olan Bərdə rayon Həsənqaya kəndində yerləşən evin satılmasına etiraz etmədiklərini bildirmişdilər. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********51-10301 reyestr nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Bərdə rayon Həsənqaya kəndində yerləşən 0.43 ha torpaq sahəsi üzərində yerləşən ümui sahəsi 92.8 kv. M olan daşnmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (fərdi yaşayış evi tam), Cavabdeh1 (torpaq sahəsi ümumi birgə), Cavabdeh2 Qriqori qızının (torpaq sahəsi ümumi birgə), Cavabdeh3 (torpaq sahəsi ümumi birgə), X2 (torpaq sahəsi ümumi birgə), Cavabdeh5 (torpaq sahəsi ümumi birgə), Cavabdeh6 (torpaq sahəsi ümumi birgə), Cavabdeh4 (torpaq sahəsi ümumi birgə) mülkiyyətindədir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə 0.43 ha torpaq sahəsi Bərdə rayon Həsənqaya kənd sakinləri Cavabdeh1, Cavabdeh2 Qriqori qızının, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 oğlunun mülkiyyətinə verilmişdir. Bərdə rayonu 3 saylı Dövlət Notariat Ofisində bağlanmış xx.xx.2002-ci il tarixli 4Ə-57 Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh1 DTİ və MHQİ-nin xx.xx.2002-ci il tarixli 28 saylı arayışına və 515 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bərdə rayon Həsənqaya kəndində 3800 kv.m torpaq sahəsində yerləşən iki otaqdan ibarət yaşayış evini İddiaçı 10000000 (on milyon) manata satmışdır. Hazırda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********51- 10301 reyestr nömrəli Çıxarışına əsasən , Bərdə rayon Həsənqaya kəndində yerləşən 0.43 ha torpaq sahəsi üzərində yerləşən ümui sahəsi 92.8 kv. M olan daşnmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (fərdi yaşayış evi tam), Cavabdeh1 (torpaq sahəsi ümumi birgə), Cavabdeh2 Qriqori qızının (torpaq sahəsi ümumi birgə), Cavabdeh3 (torpaq sahəsi ümumi birgə), X2 (torpaq sahəsi ümumi birgə), Cavabdeh5 (torpaq sahəsi ümumi birgə), Cavabdeh6 (torpaq sahəsi ümumi birgə), Cavabdeh4 (torpaq sahəsi ümumi birgə) mülkiyyətindədir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət huququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Kontitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunlan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan huququdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər huquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında muqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət huququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə kecir. Mülki Məcəllənin 389.1-ci maddəsində müqavilənin anlayışı verilmişdir. Həmin anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********51-10301 reyestr nömrəli Çıxarışın Cavabdeh1 Cavabdeh2 Qriqori qızına, Cavabdeh3, X3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 münasibətdə etibarsız hesab olunmalı, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qriqori qızı, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 arasında bağlanmış 04 iyun 2002-ci il tarixli 40-57 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmalıdır. MPM-nin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. . Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qriqori qızına, Cavabdeh3, X3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarışın cavabdehlərə aid olan torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi və 04 iyun 2002-ci il tarixli 40-57 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********51-10301 reyestr nömrəli Çıxarış Cavabdeh1 Cavabdeh2 Qriqori qızına, Cavabdeh3, X3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 münasibətdə etibarsız hesab olunsun. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qriqori qızı, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 arasında bağlanmış 04 iyun 2002-ci il tarixli 40-57 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qriqori qızından, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 alınaraq iddiaçıya ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar