Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1727/2021 27.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi doğum akt qeydində düzəliş edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi İsa oğlu məhkəməyə ərizə ilə müraciət edərək 01 yanvar 2006-cı il təvəllüdlü övladı Əhmədzadə İsabəy İnqilab oğlunundoğum akt qeydində düzəliş edilməklə adının isabəy kimi göstərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X2 ilə bigə nikah dövründə 01 yanvar 2006-cı il təvəllüdlü Əhmədzadə İsabəy İnqilab oğlu anadan olmuşdur. Övladlarına doğum haqqında şəhadəttnamə alan zaman X8 oğlu olaraq doğum haqqında şəhadətnamə almışdır. Daha sonra isə eyni həmin ad və soyadla şəxsiyyət vəsiqəsi və hərbi bilet almışdır. Övladının hər zaman adı İsabəy olmuşdur. Lakin övladının doğum akt eydində adı Əhmədzadə İsa İnqilab oğlu kimi qeyd edilibdir və adın İsa kimi yazılması onlara problemlər yaradıbdır, bununla bağlı Bərdə Rayon Qydiyyat Şöbəsinə müraciət etmiş, orada isə məhkəməyə müraciət etməli olduğunu deyiblər. Məhkəmə iclasında ərizəçi Ərizəçi İsa oğlu ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 261.0.2-cи maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi İsa oğlu xx xxxxxx 1973-cü ildə Bərdə rayonu, Göyülü kəndində doğulmuşdur. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyyəti Başçısının Böyük Göyüşlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 137 nömrəli, 21 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. İş materiallarında olan AZ-İ 712253 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 01 yanvar 2006-cı ildə Bərdə rayonu, Böyük Göyüşlü kəndində doğulmuşdur. İş materiallarında olan İQ 295865 nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, həmin hərbi bilet Əhmədzadə İsabəy İnqilab oğlunun adına verilmişdir. İş matüriallarına əlavə olunmuş, Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verillmiş 20 aprel 2021-ci il tarixli, 250-05/15 nömrəli mətubdan müəyyən olunur ki ərizəçiyə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələbinə görə idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında İqtisad Məhkəməsinə aiddir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, Ərizəçi ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Ərizəçi Əhmədov İnqilab İsa oğlunun doğum akt qeydində düzəliş edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1727/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1727/2021
27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver