Məhkəmə qərarları › İş №2(021)-1736/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1736/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1736/2021 14.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili X7 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin əmlakları ilə birlikdə evdən çıxarılması tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı evə istifadə hüququnun verilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh əmlakı ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında mülkiyyətində olan 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 52 kv.m-dən ibarət fərdi yaşayış evi var. Həmin evə isə Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27.03.2021ci il tarixdə ********** saylı çıxarış da verilmişdir. Hazırki iş üzrə Cavabdeh onun qardaşı X5 həyat yoldaşıdır. Cavabdeh qardaşı Səlim Məmmədov ilə rəsmi olaraq 2011-ci il tarixdə ailə həyatı qurub evlənmiş və onun evində müvəqqəti yaşamağa başlamışlar. Birgə nikah dövründən 2 övladları anadan olmuşdur. Lakin aralarında yaranmış narazılıqlara görə 2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qətanaməsi ilə aralarında bağlanmış nikahları pozulmuşdur. Cavabdeh ilə qardaşının nikahları pozulduqdan sonra Cavabdeh onların evlərinə gəlin gəldiyi zaman gətirdiyi cehiz əmlakları hal-hazırda onların evlərindədir. Cavabdeh cehiz əşyalarının onun evindən aparmır və onlara bildirir ki, gəlib övladları ilə birlikdə həmin evdə yaşayacaq. Dəfələrlə cavabdehə gəlib cehiz əmlakını götürməsini bildirsələr də heç bir nəticəsi olmamışdır. Cavabdehin gəlib onun evində yaşamasını istəmir. Cavabdehi bir gün belə evində nə saxlamaq nədə ki görmək istəmir. Cavabdeh onların evlərində yaşadığı zamanlarda qardaşı ilə, anası ilə və onunla yola getməmişdir. Onlara xoşagəlməz sözlər demişdir. Belə bir gəlin onlara lazım deyil, getsin harda yaşayır yaşasın. Bunun üçündə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Bunun üçündə cavabdehin əmlakları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxmasını istəyir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilk iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməklə Bərdə şəhəri, A.Vəzirov küçəsində 0,05 ha sahədə yerləşən 38 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X11 ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqları gündən Bərdə şəhəri, A.Vəzirov küçəsində 0,05 ha sahədə yerləşən 38 nömrəli fərdi yaşayış evində yaşamışlar. Səlim Məmmədovla birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Səlim Məmmədovla uzun müddət bir yerdə yaşamışlar, sonradan ailə münasibətləri pozulmuşdur. Hazırda nikahları məhkəmə qaydasında pozulmuşdur. Bərdə şəhəri, A.Vəzirov küçəsində 0,05 ha sahədə 2 fərdi yaşayış evi vardır. Belə ki, faktiki yaşadıqları fərdi yaşayış evi 2012-ci ildən təməli atası tərəfindən qoyulmaqla inşa edilmiş, 2014-cü ildən isə həmin evə yığışaraq yaşamışlar. 8 ildən artıq müddətdir ailə üzvləri ilə həmin evdə yaşayır. Sonradan qanunsuz yolla hazırkı cavabdeh İddiaçı həmin evə dair çıxarış əldə etmişdir. Həmin evdən başqa yaşayacaq heç bir yerdə evləri yoxdur. ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin keçmiş həyat yoldaşı X9 məxsus olamsı və həmin torpaq sahəsi üzərində ev inşa etdirməkləri Bərdə rayon bələdiyyəsi tərəfindən verilmiş 22 dekabr 2012-ci il tarixli 421 saylı arayışda öz əksini tapmışdır. Hazırda heç bir yerdə işləmir, mülkiyyətində daşınar və ya daşınmaz əmlak yoxdur. Bu səbəbdən də sözügedən mənzildən istifadə etməsi üçün qanuni qətnaməyə ehtiyacı vardır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı və qarşılıqlı qəbul etməyərək ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddianın təmin olunmasını, qarlışılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddiasını müdafiə edərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddianın rədd olunmasını, qarlışılıqlı iddiasının isə təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2215/2020 saylı 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh və cavabdeh X11 arasında 16.11.2011-ci il tarixdə 760 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 01.07.2013-cü il təvəllüdlü X6 və 22.03.2015-ci il təvəllüdlü X10 iddiaçı Cavabdeh himayəsində və yanında saxlanılması, 01.07.2013-cü il təvəllüdlü X12 və 22.03.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay. hər uşağa 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 02 iyul 2020-ci il tarixdən müəyyən edilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, 20 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 tutularaq iddiaçı Cavabdeh Yaşar qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli AZ-İ 366350 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə Cavabdeh arasında olan nikah 02 sentyabr 2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Aslan Vəzirov küçəsi ev 38-də 0,05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 52 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Məhkəmə tərəflərin iştirakları ilə Bərdə şəhəri, A.Vəzirov küçəsi 38 ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvana həyət qapısından girişdə sol tərəfdə bir mərtəbəli ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus çıxarışda qeyd olunan ünvan 3 fərdi yaşayış evi yerləşir. Qeyd olunan evdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvləri yaşayır. Qeyd olunan ünvanda həyət dəmir hasarla sağ və sol hissəyə bölünmüşdür. Hasarın sağ hissəsində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus çıxarışda qeyd olunan ünvan 3 fərdi yaşayış evi, sol hissəsində isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ailə üzvləri ilə yaşadığı və ərizəsində qeyd etdiyi ikinci ev yerləşir. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyət qapısında solda dəmir hasarla bölünmüş, həyətin digər hissəsinə qapıdan girişdə solda "Damla” gözəllik salonu, gözəllik salonun arxasında sanitar qovşağı, qarşı sol tərəfdə isə paralel olaraq bir mərtəbəli, bir otaqdan ibarət, qarşısı polietilen örtüklə və şiferlə bağlı yeni tikili olan ev yerləşir. Həmin ev ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadəsində olması müəyyən olundu. Evin qarşısında polietilen örtüklə və şiferlə bağlı hissəində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd stol, 6 ədəd stul yerləşir. Pilləkənla qalxaraq bir otaqdan ibarət ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadəsində olan otağa daxil olduqda, Cavabdeh məxsus cehiz əmlakları: Malayziya istehalı olan yataq dəsi, sağ tərəfdə divar boyu 1 ədəd şifoner, qarşıda 1 ədəd divan, qarşı sol tərəfdə 1 ədəd qoşa çarpayı, 1 ədəd servant, 1 ədəd televizor, döşəmədə 1 ədəd gəbə, tavanda 1 ədəd çılçıraq və 1 ədəd pərdə müəyyən olunmuşdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1 mərtəbəli, bir otaqdan ibarət olan evin 2011-ci il tarixdə atası tərəfdən inşa edildiyini bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2011-ci ildə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qardaşı X11 ilə evlənmiş və ünvan 3 fərdi yaşayış evinə gəlin köçmüşdür. 2012-ci ildə X5 atasının və anasının razılığı ilə gəlin köçdüyü evin həyətində 1 otaqdan ibarət yaşayış evi tikərək həmin vaxtdan özbaşına tikdikləri yaşayış evinə köçərək əri və uşaqları ilə birlikdə orada yaşamışdır. Mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Qeyd olunan ünvanın həyətində mülkiyyət hüququ əsasında heç kimin adına qeydə alınmayan 2-ci fərdi yaşayış evi inşa edilmiş və həyətdə olan iki evin arasından hasar çəkilərək bölünmüşdür. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus əmlaklar həmin özbaşına tikilmiş evdə olmaqla sonuncu uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh ünvan 1-də X4 mülkiyyətində olan fərdi yaşayış evində 2012-ci ildə yaşamadığından, həmin evin həyətində inşa edilmiş mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməyən evdə yaşadığından ilkin iddia tələbi təmin oluna bilməz. Çünki, Cavabdeh həmin ev üzərində heç bir hüquq əldə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olduğundan və ilkin iddia üzrə cavabdeh, qarşısılı iddia üzrə iddiaçı Cavabdeh həmin evdə 2012-ci ildən yaşamadığından və bu evlə heç bir hüquq əldə etmədiyindən qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı cavabdehin əmlakları ilə birlikdə evdən çıxarılması tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı evə istifadə hüququnun verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar