Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1742/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh və digər cavabdehlərin nümayəndəsi Maraqlı şəxs2 iştirakları ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs*, Maraqlı şəxs2, Maraqlı şəxs3 və maraqlı şəxs Bərdə regional Maraqlı şəxs4riat kontoruna qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum bacısı X* vərəsəsi olması faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum bacısı X*0 04 avqust 202*-ci il tarixdə avtoavariya nəticəsində vəfat etmişdir.Onların başları yas mərasiminə qarışdığından o,vərəsəlik haqında şəhadətnamə alınması üçün qanunla müəyyən edilmiş müddət ərzində Bərdə regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etməmişdir. Hazırda mərhum bacısı Nəcibəyə avtoqəza nəticəsində ödənilməli sığorta ödənişini almaq istəyirlər. Onun digər qardaş və bacılarının bacısının vərəsəsi olmasına heç bir etirazı yoxdur. Buna görədə natariat ofisinə müraciət ediblər ki, onlara vərəsəlik şəhadətnaməsi verilsin. Onlara notariat ofisində bildirublər ki, məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və digər cavabdehlərin nümayəndəsi Maraqlı şəxs2 izahatında göstərdi ki, bacısı X*0 04 avqust 202*-ci il tarixdə avtoavariya nəticəsində vəfat etmişdir. Bacıları İddiaçı mərhum bacıları X* vərəsəsi olmasına etiraz etmirlər, iddidanın təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, iddiaçı və cavabdehlər bacı qardaşdırlar, bacıları Həsənova Nəcibə avtoqəza nəticəsində vəfat edib. Maraqlı şəxs Bərdə regional Maraqlı şəxs4riat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx *966-cı ildə Kəlbəcər rayonunda doğulmuşdur, Bərdə rayonu, Alpoud kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş*43 nömrəli, 06 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Alpoud kəndində yaşayır. İş materiallarında olan AZ-İİ 248304 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*0 *4 avqust 202*-ci ildə ölmüşdür. İş materiallarında olan evləınmə haqqında akt qeydinin ssurətindən müəyyən olunur ki, X*4 ilə, X6 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X7 xx xxxx *966-cı ildə doğulmuşdur, atası Həsənov Əhməd Məsim oğlu, anası X8r. İş materiallarında olan nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X3 və X7 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X4 0* yanvar *987-ci ildə doğulmuşdur, atası X3, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X9 *0 mart *988-ci ildə doğulmuşdur, atası X3, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X5 *4 dekabr *990-cı ildə doğulmuşdur, atası X3, anası İddiaçıdır. İş materiallarında olan Maraqlı şəxs4 tərəfindən verilmiş 642/2023 saylı, 09 mart 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı məhkəməyə müraciət etməsi bildirilmişdir. İddia tələbi üzrə məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *52.*-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin *52.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin *52.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin *52.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **59.*.*.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin *243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən onu qeyd edir ki, hazırki iş üzrə iddiaçı vərəsə kimi tanınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Buna görə də hazırki iş üzrə İddiaçı igər cavabdehlərin də etirazları olmaması səbəbindən mərhum bacısı X* vərəsəsi kimi tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin *9*.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.*.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Maraqlı şəxs*, Maraqlı şəxs2, Maraqlı şəxs3 və maraqlı şəxs Bərdə regional Maraqlı şəxs4riat kontoruna qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilsin. İddiaçı mərhum bacısı X* vərəsəsi olması faktı müəyyən edilsin. İddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1742/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1742/2023
20.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver