Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1747/2022 30.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 cavabdeh Bərdə Regional ASAN Xidmət mərkəzində notariat ofisinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə rayon İcra Hakimiyyətinə qarşı mirasın qəbul edilməsi və miras əmlakı üzərində payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 mülkiyyətində olmuş Bərdə şəhəri Tərtər çayı hövzəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 2992 kv.m inzibati otaqlardan ibarət Sahil kooperativini miras əmlak kimi qəbul etmələri faktının və kooperativ üzərində paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı1 və qeyriləri məhkəməyə ərizə ilə müraciət edərək, sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 cavabdeh Bərdə Regional ASAN Xidmət mərkəzində notariat ofisinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə rayon İcra Hakimiyyətinə qarşı mirasın qəbul edilməsi və miras əmlakı üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 cavabdeh Bərdə Regional ASAN Xidmət mərkəzində notariat ofisinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə rayon İcra Hakimiyyətinə qarşı mirasın qəbul edilməsi və miras əmlakı üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1747/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1747/2022
30.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver