Məhkəmə qərarları › İş №2(021)-1748/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1748/2023

15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1748/2023 15.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X5, Ərizəçi Bərdə rayonu Cəyirli kəndində yaşayan Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05.09.*994-cü il təvəllüdlü X4, 0*.0*.2000-ci il təvəllüdlü X6 və 23.*0.200*-ci il təvəllüdlü X* övladları olması faktının müəyyən edilməsinə və uşaqların doğum haqqında şəhadətnamələrində ana soyadlarının “Hətəmova” kimi qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): *50.0 və *50.0.7-ci maddələrinə əsasən, ərizəyə maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizəçi qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini, yəni övladları-05.09.*994-cü il təvəllüdlü X2, 0*.0*.2000-ci il təvəllüdlü X3 və 23.*0.200*-ci il təvəllüdlü X* doğum haqqında şəhadətnamələrində ana soyadlarının “Hətəmova” kimi qeyd edilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin: *52.* və *52.*.6-cı maddələrinə əsasən, iddiaçı iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. *52.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. *52.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. *52.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Ərizəçiyə izah edilir ki, qeyd olunan nöqsanı aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin *49-*52-ci maddələrini rəhbər tutaraq Qərarverdim: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi geri qaytarılsın. Qərardaddan *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar