Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1755/2022 20.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı oğlunun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər X2 qəyyumu X5 və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh və üçüncü şəxs Bərdə Regional “ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsinə qarşı “atalığın müəyyən olunması və doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə içlasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci ildə anadan olmuş Mələk Abbaszadənin atasının müəyyən edilməsi və Bərdə regional “ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində 27 fevral 2018-ci il tarixdə AZ-İV 082089 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavadeh X6 ilə 2017-ci ildə bir müddət qeyri-rəsmi bir yerdə yaşamışlar. Tərəflərin arasında rəsmi nikah olmamışdır. Tərəflər ayrıldıqdan sonra onların xx.xx.2018-ci ildə Mələk adlı bir qızları anadan olmuşdur. xx.xx.2018-ci ildə anadan olmuş Mələyin doğum haqqında şəhadətnaməsinin ata qrafasında atası Cavabdeh kimi qeyd edimişdir. Halbu ki, xx.xx.2018-ci ildə anadan olmuş Mələkin dogma atası İddiaçıdur. Həmçinin qeyd etmişdir ki, hazırda X6 fəalyyət qabliyyətsizdir. X13 İsa qizi onun qəyyumdur. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə barədə ərizə təqdim edərək, xx.xx.2018-ci ildə anadan olmuş Mələk Abbaszadənin atası İddiaçı olmasının müəyyən edilməsi və Bərdə regional “ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində 27 fevral 2018-ci il tarixdə AZ-İV 082089 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, X6 ilə qeyri-rəsmi yaşadıqları dövrdən əvvəl xx.xx.2018-ci ildə Mələk doğulmuşdur. Mələyin doğma atası o, deyildir, Aygünün xahişi ilə ona atalıq vermişdir. İddia tələbini təmin olunmasına etiraz etmədiyini bildirdi. Həmçinin bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında cavabdeh X2 qəyyumu X9 bildirdi ki, iddia tələbini qəbul edir, xx.xx.2018-ci ildə Mələyin doğma atası İddiaçıdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Bərdə Regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi isə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 340 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İV № 082089 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunuş surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)1746/2021 saylı qətnaməsinin surətindən görünür ki, 12 oktyabr 1998-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2021-ci il tarixli Sərəncamından görünür ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş 12 oktyabr 1998-ci il təvəllüdlü X4 anası Tağıyev aNüşabə İsa qızının qəyyumluğuna verilməsi barədə Bərdə rayon İcra Hakmiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı, 1** manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə cavabdeh X7 qeyri- rəsmi olaraq ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə xx.xx.2018ci il təvəllüdlü Mələk adlı bir uşaqları anadan olmuşdur. Lakin AZ-İV № 082089 nömrəli Doğum haqqında Şəhadətnamədə ata qrafasında ata adı Cavabdeh kimi qeyd olunmuşdur. Cavabdeh iddia tələbini qəbul edərək xx.xx.2018-ci il təvəllüdlü Mələyin doğma atası olmadığını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi atalıq müəyyən olunması və doğum haqqında şəhadətnamənin etibarsız hesab olunması tələblərindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsin əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin atalığın müəyyən edilməsi hissəsi ilə bağlı hesab edir ki, xx.xx.2018-ci il təvəlüldlü Mələyin atasının İddiaçı olması cavabdehlərin özlərinin etirafı ilə təsdiq edildiyindən İddiaçı xx.xx.2018-ci il təvəlüldlü Mələyin atası olması müəyyən olunmalıdır. Məhkəmə iddia tələbi atalığın müəyyən olunması hissəsində təmin olunduğundan doğum haqqında şəhadətnamənin etibarsız hesab olunması hissəsində də təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı xx.xx.2018-ci il təvəlüldlü Mələyin atası olması müəyyən edilməli, Bərdə regional “ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində 27 fevral 2018-ci il tarixdə AZ-İV 082089 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamə etibarsız hesab olunmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən 1** manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227,230, 233, 307-301 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2018-ci il təvəllüdlü Mələyin atası olması müəyyən edilsin. Bərdə regional “ASAN xidmət" Mərkəzinin qeydiyyat şöbəsində 27 fevral 2018-ci il tarixdə AZ-İV 082089 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamə etibarsız hesab olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1755/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1755/2022
20.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver