Məhkəmə qərarları › İş №2(042)-258/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-258/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-258/2021 07.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı atalığın etiraf edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.2000-ci il tarixdə ölmüş X2 ona münasibətdə atalığın etiraf edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum atası X3 mərhum anası X6 ilə 1947-ci il tarixdə qeyri-rəsmi ailə qurmuşlar. O, xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Həmin vaxt ona verilən doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanılmışdır. Hazırda onun atalığı müəyyən edilmədiyindən valideynlərindən miras qalmış əmlakı öz adına sənədləşdirmək istəsə də, bu mümkün olmamışdır. Atalıq faktının müəyyənləşdirilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, ona imtina məktubu verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçi atası X3, anası isə X4r. Ərizəçi doğulan zaman valideynləri arasında nikah olmadığı üçün ərizəçinin doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmışdır. X1 ərizəçini saxlayıb böyütmüş və bununla da onun atası olmasını etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 eyniməzmunlu ifadə vermiş, əlavə olaraq, bildirmişdir ki, Ərizəçi X3 böyütmüşdür. O, ərizəçinin atası olmasını sağ olarkən etiraf etmişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonunun Slavyanka kəndində doğulmuşdur. İşdə olan X12 surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafası boş saxlanılmışdır.. İşdə olan X10 surətindən görünür ki, X3 və X7 xx.xx.1962-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan X5 surətindən görünür ki, X3 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri ilə xx xxxxxx 2000-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində ölmüş X2 Ərizəçi atası olmasının etiraf etməsi faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi, ərizəçinin atasından miras qalmış əmlakın vərəsəlik qaydasında sənədləşdirməsi üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktları təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx xxxxxx 2000-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində ölmüş X2 Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar