Məhkəmə qərarları › İş №2(039)-1139/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1139/2021

14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1139/2021 14.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “atalıq faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qeyd etməklə məhkəməyə müraciət edərək, 24.06.2006-ci il təvəllüdlü X5 və 15.12.2014-cü il təvəllüdlü X2 atasının mərhum X3 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X3 ilə 1997-ci ildə faktiki ailə qurub evlənmişlər. X3 13.06.2020-ci ildə vəfat etmişdir. Faktiki nikahlarından 24.06.2006-ci il təvəllüdlü X10 və 15.12.2014-cü il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Atalıq faktı müəyyən olunmadığın görə uşaqlarla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsində maneələr yaranır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilənlərə uyğun şəkildə izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və ərizəçinin izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, 24.06.2006-cı ildə anadan olmuş X10 və 15.12.2014-cü ildə anadan olmuş X6 atalığın müəyyən edilməsi haqqında aktın qeydiyyatı və bu barədə şəhadətnamə verilməsi yalnız uşağın valideyinlərinin şəxsən qeydiyyat şöbəsinə birgə ərizə ilə müraciət etməsindən sonra aparıla bilər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 10.08.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 24 iyun 2006-cı ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2010-cu il avqust ayının 10-cu günündə 753 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Anası: X4; Atası: X11. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 07.04.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 15 dekabr 2014-cü ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2021-ci il aprel ayının 07-ci günündə 213 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Anası: Ərizəçi; Atası: X11. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 13 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİ 170991 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X3 13 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, qardaşı Mahir Əmiraslanov vəfat etmişdir. Mərhum qardaşının ərizəçi ilə faktiki nikahlarından 24.06.2006-ci il təvəllüdlü Sofiya və 15.12.2014-cü il təvəllüdlü Təzəgül adlı uşaqları var. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ərizəçinin qonşuşu olduğunu bildirərək, şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır; 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olundu ki, mərhum X1 Dünyaxanım Dünyamalı qızı ilə rəsmi nikahları olmadan ər-arvad münasibətlərində olmuşlar. Onların birgə yaşadıqları müddət ərzində 24.06.2006-cı il tarixdə Sofiya və 15.12.2014-ci il tarixdə Təzəgül adlı uşaqları doğulmuşdur. Azərbyacan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş ərizəçinin izahatına, şahid ifadələrinə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24.06.2006-ci il təvəllüdlü X5 və 15.12.2014-cü il təvəllüdlü X2 atalarının mərhum X3 olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24.06.2006-ci il təvəllüdlü X5 və 15.12.2014-cü il təvəllüdlü X2 atalarının X3 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar