Məhkəmə qərarları › İş №2(050)-3602/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3602/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3602/2023 15.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3, məhkəmə iclasının katibi X6, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “atalığın etiraf edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 xx.xx.2015-ci ildə doğulmuş X4 atası olmasının etiraf edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı X5 ilə 2008-ci ildə qeyrirəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından xx.xx.2009-cu ildə doğulmuş X9, xx.xx.2010-cu ildə doğulmuş X10 və xx.xx.2015-ci ildə doğulmuş X7 adlı üç övladları doğulmuşdur. Övladlarından Yeganə və Təranənin atalığı müəyyən edilmiş, Məhəmməd Heydərovun isə atalığı müəyyən edilməmişdir. Atalığın müəyyən edilməməsinə səbəb isə əri mərhum Ceyhun Hüseynvun ağır xəstə olması və sonradan xx.xx.2016-cı ildə vəfat etməsi ilə əlaqədar olmuşdur. Atalığın müəyyən olunmaması barədə Maraqlı şəxsndən arayışda verilmişdir. Məhkəmədən kənar oğlunun atalığının müəyyən edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalərına əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ərizəçi onun qızıdır. Mərhum Ceyhun ilə Aynurə ailə həyatı qurmuş olsalar da, rəsmi nikahları olmamışdır. Faktiki nikahdan Yeganə, Təranə və Məhəmməd adlı uşaqları dünyaya gəlmişdir. Ceyhun 01 mart 2016-cı il tarixdə vəfat etmişdir. X13 atasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Mərhum Ceyhun ilə Aynurə ailə həyatı qurmuş olsalar da, rəsmi nikahları olmamışdır. Faktiki nikahdan Yeganə, Təranə və Məhəmməd adlı uşaqları dünyaya gəlmişdir. Ceyhun 01 mart 2016-cı il tarixdə vəfat etmişdir. X13 atasıdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs arxivində X4 atalıq haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X7 13 sentyabr 2015ci ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 01 mart 2016-cı il tarixdə Bakı şəhərində tənəffüs çatışmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X9 19 iyun 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X10 28 iyul 2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikahda olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və işə əlavə olunmuş sübutlardan məlum olur ki, 01 mart 2016-cı il tarixdə ölmüş X5 ilə Ərizəçi faktiki nikahından 13 sentyabr 2015-ci ildə X7 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi uşağı üçün müəyyən edilmiş güzəştlərdən istifadə edə və müavinətləri ala bilmədiyini göstərmişdir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə təmin edilməli, 13 sentyabr 2015-ci il tarixdə Bakı şəhərində Ərizəçi doğulmuş X4 atasının X5 olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 307-311 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 13 sentyabr 2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 atasının X5 olması faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Masallı rayonu Qeydiyyat şöbəsinə təqdim edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar