Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-223/2023 09.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X2 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Lerik Qeydiyyat şöbəsinə qarşı atalığın müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək vəfat etmiş mərhum əri X7 ilə faktiki nikahlarından 05 yanvar 2007-ci il tarixdə anadan olmuş X4 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, 2005-ci il tarixdə mərhum əri X7 ilə el adəti ilə faktiki ailə həyatı quraraq Lerik rayon Bülüdül kəndində yerləşən evinə gəlin köçmüşdür.Birgə yaşadığları müddətdə 05 yanvar 2007-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur.Mərhum əri X7 27 dekabr 2022-ci il tarixdə vəfat etmişdir.Rəsmi nikahları olmadığından uşağın soy adı onun soyadı kimi qeyd olunmuşdur.Uşağ üçün doğum haqqında şəhadətnamə götürülsə də, onun atalığı qanunla müəyyən olunmuş qaydada tanınmamışdır.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərərk məhkəmədədn ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs rəisi X5 Ərizəçi atalığın müəyyən edilməsi tələbinə dair ərizəsinə və ərizənin təmin olunmasına etirazı olmadığını bildirərk ərizənin təmin olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, 05 yanvar 2007-ci il tarixdə anadan olmuş X4 ata adı qrafasında soyadı Şahbazlı kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş, AZ-İİ № 327261 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə “Travmatik ikincili və ya residivləşən” xəstəliyindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Osyodərə kən ƏİN-i tərəfindən 24 yanvar 2023-cü il tarixdə N5-65-32/2-96/2023 saylı arayışdan görünür ki, Ərizəçi ailə üzüvləri mərhum əri X7 və oğlu X3 ibarətdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Osyodərə kən ƏİN-i tərəfindən 24 yanvar 2023-cü il tarixdə N5-65-32/2-97/2023 saylı arayışdan görünür ki, Ərizəçi hal-hazırda Lerik rayonu bülüdül kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/15-04 saylı məktubundan görünür ki, X4 atası X7 fəfat etdiyindən onun atalığının müəyyən ediləsi mümkün olmamışdır. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi həyat yoldaşı X7 ilə qeyri-rəsmi nikaha daxil olmaqla evlənmişlər.Birgə nigahlarından bir uşağları dunyaya gəlmişdir. Yoldaşı qəflətən “Travmatik ikincili və ya residivləşən” səbəbindən, xx.xx.2022-ci il tarixdə qəflətən vəfat etmişdir. Yoldaşı sağikən səhlənkarlıqdan faktiki nigahlarından doğulmuş uşaqları üçün atalıq faktını müyyəyən etməmişlər. X1 öldüyundən azyaşlı uşağların saxlamağa çətinlik çəkir. Ona görə də ailə başçısın itrdiyinə görə yardım almaq istəyir. Ancaq mərhum yoldaşı ilə nikahları rəsmi olmadığından, uşağın atalıq faktı müəyyən olunmadığından yardım ala bilmir.Bu faktın müəyyən olunması ərizəçiyə uşağının ailə başçısının ölümü ilə əlaqədar yardım almaq üçün zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 05 yanvar 2007ci il tarixdə anadan olmuş X4 atası olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 05 yanvar 2007-ci il tarixdə anadan olmuş X4 atası olması faktı müəyyən edilsin. Maraqlı şəxsnə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında uşağların adı «Cəmil», soyadı «İmaşov», atasının adı «Həsən», anasının adı «Xanımnaz», valideynləriatası X7, anası Ərizəçi, doğulduğu tarix «05 yanvar 2007-ci il», doğulduğu yer «Lerik rayonu Bülüdül kəndi» yazılmaqla müvafiq qeyd aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-223/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-223/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver