Məhkəmə qərarları › İş №2(036)-495/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-495/2022

24.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-495/2022 24.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və X12 oğlunun katibliyi və ərizəçi Ərizəçi Vidadi qızının iştirakı ilə, ərizəçi Ərizəçi Vidadi qızının atalığın etiraf edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E TD İ : Ərizəçi Ərizəçi Vidadi qızı atalığın etiraf edilməsi faktının müəyyən edilməsi tələbi барядя ərizə verərək onunla faktiki ər-arvad münasibətlərindən doğulmuş 26.06.2017-ci il təvəllüdlü Məmmədova Əsmət Ramil qızına münasibətdə 21.11.2021-ci il tarixdə vəfat etmiş X16 oğlunun atalığının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi Vidadi qızı izahatında göstərmişdir ki, o, 2006-cı ildə X16 oğlu ilə faktiki nikahla evlənərək onunla ər-arvad kimi birlikdə yaşamış, onların 26.06.2017-ci il təvəllüdlü Məmmədova Əsmət Ramil qızıadında uşaqları olmuşdur. 21.11.2021-ci il tarixdə X16 oğlu vəfat etdikdən sonra uşaq onun himayəsində qalmışdır. Ondan doğulmuş uşaqla qohumluq münasibətlərinin müəyyən edilməsindən ötrü 21.11.2021-ci il tarixdə vəfat etmiş X16 oğlunun 26.06.2017-ci il təvəllüdlü Məmmədova Əsmət Ramil qızına münasibətdə münasibətdə atalığı tanınması tələb olunduğundan həmin faktın müəyyən edilməsi haqqında ərizə vermişdir. İş üzrə şahid X4 göstərmişdir ki, o, X16 oğlunun anasıdır və özünə məxsus olan Beyləqan şəhəri, A.Cavadov küçəsi ev 39-da yaşayır. Ərizəçi Vidadi qızı 2006-cı ildə X16 oğlu ilə faktiki nikahla evlənərək ona məxsus olan Beyləqan şəhəri, A.Cavadov küçəsi ev 39-a köçmüş və Tahirlə ər-arvad kimi birlikdə yaşamışdır. Onların 26.06.2017-ci il təvəllüdlü Məmmədova Əsmət Ramil qızı adında uşaqları olmuşdur. 21.11.2021-ci il tarixdə X16 oğlu ürək çatışmazlığından vəfat etmişdir. . İş üzrə şahid Tahirov Rəşad Elman oğlu göstərmişdir ki, o, X16 oğlunun qardaşıdır və valideynlərinə məxsus olan Beyləqan şəhəri, A.Cavadov küçəsi ev 39-da yaşayır. Ərizəçi Vidadi qızı 2006-cı ildə X16 oğlu ilə faktiki nikahla evlənərək Beyləqan şəhəri, A.Cavadov küçəsi ev 39-a köçmüş və Tahirlə ər-arvad kimi birlikdə yaşamışdır. Onların 26.06.2017-ci il təvəllüdlü Məmmədova Əsmət Ramil qızı adında uşaqları olmuşdur. 21.11.2021-ci il tarixdə X16 oğlu ürək çatışmazlığından vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyayat şöbəsinin 23.02.2002-ci il tarixli 05/69-101 saylı arayışına əsasən Ərizəçi Vidadi qızından doğulmuş 09.09.2020-ci il təvəllüdlü X14 oğlunun barəsində aparılmış 08.02.2018-ci il tarixli 215 saylı doğum akt qeydində uşağın atası kimi Məmmədov Ramil Elman oğlu qeyd olunmuşdur. İşdə olan AZ İİ 227974 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 oğlu 21.11.2021-ci il tarixdə Beyləqan rayonunda ölmuşdur. Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi Vidadi qızından doğulmuş 26.06.2017-ci il təvəllüdlü Məmmədova Əsmət Ramil qızı 21.11.2021-ci il tarixdə vəfat etmiş X16 oğlundan törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Vidadi qızından doğulmuş 26.06.2017-ci il təvəllüdlü Məmmədova Əsmət Ramil qızına münasibətdə 21.11.2021-ci il tarixdə vəfat etmiş X16 oğlunun oğlunun atalığı etiraf etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360 maddələrini rəhbər tutaraq Q ƏT E T Dİ : Ərizə təmin olunsun. Ərizəçi Vidadi qızından doğulmuş 26.06.2017-ci il təvəllüdlü Məmmədova Əsmət Ramil qızına münasibətdə 21.11.2021-ci il tarixdə Beyləqan rayonunda vəfat etmiş X16 oğlunun atalığı etiraf etməsi faktı müəyyən edilsin. Qətnamədən 1(bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar