Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-176/2021 28.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızının nümayəndəsi X1, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızının iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızının cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızına qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehin əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızının cavabdeh İddiaçı qarşı “azyaşlı uşağı ilə birlikdə evə köçmə və istifadə hüququnun tanınması” tələblərinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı məhkəmədə iddia qaldıraraq, Əkbərova Elnarə Məhyəddin qızı tərəfindən nikaha daxil olan zaman gətirdiyi cehiz əşyalarının mülkiyyət hüququ ilə ona məxsus olan Bərdə şəhəri H.Əliyev prospekti 6/1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmaqla cavabdehin həmin evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Əkbərova Elnarə Məhyəddin qızı qardaşı X7 ilə 17 iyun 2011-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Lakin aralarında yaranmış narazılığa görə aralarında bağlanmış nikah Bərdə rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh gəlin gələrkən ona məxsus olan Bərdə şəhəri H.Əliyev prospekti 6/1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh artıq həmin evdə yaşamır. Lakin gedərkən evin mülkiyyət sənədlərini özü ilə aparmış, həm də cehizləri olan otağın qapısını bağlayaraq istifədə hüququnu məhdudlaşdırmışdır. Cavabdehdən əşyalarını onun evindən çıxarılmasını tələb etsə də, buna məhəl qoymamışdır. Ona görə də bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı qızı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Əkbərova Elnarə Məhyəddin qızı tərəfindən nikaha daxil olan zaman gətirdiyi cehiz əşyalarının (2 paltar şkafı, 1 ədəd servant, 1 ədəd gəbə, 1 ədəd döşək, 2 yorğan, 2 ədəd çilçıraq, uşaq paltarları, özünə geyim əşyaları) mülkiyyət hüququ ilə ona məxsus olan Bərdə şəhəri H.Əliyev prospekti 6/1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmaqla cavabdehin həmin evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehin ona məxsus əmlakları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.05.2012-ci il təvəllüdlü Əkbərova Solmaz Elçin qızı adlı övladı ilə birlikdə İddiaçı məxsus Bərdə şəhəri H.Əliyev prospekti 6/1 ünvanında yerləşən fərdi yaşayış evlərinə köçürlüməyinə və evdən istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul olunmasini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızı qarşılıqlı iddia ərisəsini onunla əsaslandırmıışdır ki, İddiaçı qızı ona qarşı məhkəmədə iddia qaldıraraq, nikaha daxil olan zaman gətirdiyi cehiz əşyalarının mülkiyyət hüququ ilə ona məxsus olan Bərdə şəhəri H.Əliyev prospekti 6/1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmaqla cavabdehin həmin evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. O, İddiaçı qızının qardaşı ilə 2011-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və Bərdə şəhəri H.Əliyev prospekti 6/1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçərkən cehiz əşyalarını da həmin evə aparmışdır. Cavabdehin qardaşı ilə əvvəllər mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Bərdə rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və birgə nikahlarında anadan olmuş Solmaz adlı övladları onun himayəsinə verilmişdir. Hazırda cehiz əşyaları cavabdehə məxsus evdədir. Cavabdeh isə onların yaşadığı evdən istifadə etməyinə orada qalmağına imkan vermir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızı ilk iddia tələbinni rədd olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etdi. Həmçinin o yazılı ərizə təqdim edərək nəinki iddia ərzəsində qeyd olunan əmlakar, həmçinin aşağıdakı əmlaklarında ona məxsus olmasını bildirdi. Həmin əmlaklar belədir: 2 ədəd paltar şkafı, 1 ədəd servant, 2 balaca gəbə, 2 böyük gəbə, 1 ədəd böyük masa, 10 ədəd stul, 2 yorğan, 1 ədəd döşək, 2 ədəd çılçıraq, 1 ədəd paltartyuyan maşını , 2 qutu qazan dəsti, 1 ədəst abedni (yemək sevisi) , 1 dəst çay servisi, 1 dəst xrustal 36 ədəd, 1 dəst kofe servisi, 2 dəst bagema, 12 ədəd bulud boşqabı , 12 ədəd salat boşqabı, 12 ədəd dolma boşqabı, 12 əddə souz boşqabı, 48 əddə bakal, suvinirləri: 3 ədəd fil, 6 ədəd vaz, qızının kuklaları, birdə xərdavat suvinirləri, 2 balonka jilet, 1 balonka kurtka, ayaqqabılar 3 ədəd, qızına aid paltarlar, 1 dvd, 1 matras, 12 yastıq, 12 balaca döşəkcələr, 2 gecə lampası, 1 paltar səbəti, 1 soba, 2 sok çəkən, 1 tok sacı, 2 ədəd mikser, 2 dəst süfrə, 3 dəst rumka çaşka dəsti, 1 dəst məcməyi, 3 dəst mələfə, 12 dəst əl-üz və can dəsmalı, 3 dəst süfrə, 12 ədəd duz qabı, 12 ədəd qənd qabı, 1 ədəd karniz, 6 ədəd tort qabı, 12 ədəd bulud qaşığı, 18 ədəd kasa, şəkil çərçivələri, 2 çıraq, 2 güzgü, 2 sandıq, 1 dəst yataq örtüyü pərdəsi ilə, 5 ədəd adyal rəngarəng, saçaqlı rəngbərəng pərdə, 3 ədəd gül qabı, ütü 1 ədəd, 1 ədəd elektron tərəzi 2 ədəd divan döşəyi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 13206435 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 01.03.1974-cü il tarixdə Bərdə şəhərində anada olmuşdur. Bərdə rayon Mollaisalar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3116 saylı 02.07.2020–ci il tarixli arayışdan görünür ki, İddiaçı qızı Bərdə şəhəri B.Hacıyev yeni yaşayış massivində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)1428/2020 saylı 06.05.2020-ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə Əkbərova Elnarə Məhyəddin qızı arasında bağlanmiş nikahın pozulması, tərəflərin birgə nikahlarinda anadan olmuş 06.05.2012-ci il təvəllüdlü X6 anasının himayəsində saxlanıması və yetkinlik yaşına çatana kimi saxlanması üçün X2 hər ay 110 manat alimen alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş AZ-İ № 353050 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə Cavabdeh qızı arasında bağlanmış görünür ki, 08.06.2020-ci il tarixdə pozulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 25.06.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı adına ünvan 1 ünvanda yerləşən mənzil 22.03.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin yerli baxış protokolundan görünür ki, iddiaçının qeyd etdiyi əmlaklar- 2 paltar şkafı, 1 ədəd servant, 1 ədəd gəbə, 1 ədəd döşək, 2 yorğan, 2 ədəd çilçıraq, uşaq paltarları, özünə geyim əşyaları onun mənzilində yerləşir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, tərəflərin hər biri 10 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh qızı İddiaçı qızının qardaşı ilə rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışlar. İddiaçının iddia etdiyi ev özünün xüsusi mülkiyyətindədir. Məhkəmə ilk iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə İddiaçı adına qeydiyyata alımışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının qardaşı ilə cavabdeh 2011-ci ildə rəsmi ailə quraraq cavabdeh Əkbərova Elnarə Məhyəddin qızı həmin mənzilə gəlin köçmüşdür. Məhkəmə hesab edir ki,cavabdehin evdən çıxmaması, həmçinin özünə məxsus əmlakların iddiaçının mülkiyyətində olan evdə qalması və bu əmlakların cavabdeh tərəfindən həmin evdən çıxarılmaması iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan, cavabdehin evdən çıxmaması və özünə məxsus əşyalarını iddiaçının mülkiyyətində olan evdən çıxarmamaqla mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də iddiaçının pozulmuş hüquqları bərpa edilməli və onun mülkiyyətində olan yaşayış evindən cavabdehə və ona məxsus əşyalar çıxarılmalıdır. Məhkəmə Əkbərova Elnarə Məhyəddin qızının qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddialar bir-biri ilə qarşılıqlı surətdə əlaqəli tələblərdir. Məhkəmə əmlakın cavabdehin əmlakı ilə birlikdə evdən çıxarılması ilə bağlı tələbə artıq yuxarıda qiymət vermişdir. Məhkəmə qeyd edir ki, Əkbərova Elnarə Məhyəddin qızı həmin mənzilə dair istifadə hüququnun olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızı həmin mənzilə hər hansı bir hüququ olmadığından özünə məxsus əşyaları ilə birlikdə İddiaçı məxsus Bərdə şəhər H.Ə.prospekti 6/1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızının cavabdeh İddiaçı qızına qarşı “evə köçmə və istifadə hüququnun tanınması” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, E.Ələkbərova yazılı ərizə təqdim edərək nəinki iddia ərzəsində qeyd olunan əmlakar, həmçinin aşağıdakı əmlaklarında ona məxsus olmasını bildirmiş və həmin əmlaklar belədir: 2 ədəd paltar şkafı, 1 ədəd servant, 2 balaca gəbə, 2 böyük gəbə, 1 ədəd böyük masa, 10 ədəd stul, 2 yorğan, 1 ədəd döşək, 2 ədəd çılçıraq, 1 ədəd paltartyuyan maşını , 2 qutu qazan dəsti, 1 ədəst abedni (yemək sevisi) , 1 dəst çay servisi, 1 dəst xrustal 36 ədəd, 1 dəst kofe servisi, 2 dəst bagema, 12 ədəd bulud boşqabı , 12 ədəd salat boşqabı, 12 ədəd dolma boşqabı, 12 əddə souz boşqabı, 48 əddə bakal, suvinirləri: 3 ədəd fil, 6 ədəd vaz, qızının kuklaları, birdə xərdavat suvinirləri, 2 balonka jilet, 1 balonka kurtka, ayaqqabılar 3 ədəd, qızına aid paltarlar, 1 dvd, 1 matras, 12 yastıq, 12 balaca döşəkcələr, 2 gecə lampası, 1 paltar səbəti, 1 soba, 2 sok çəkən, 1 tok sacı, 2 ədəd mikser, 2 dəst süfrə, 3 dəst rumka çaşka dəsti, 1 dəst məcməyi, 3 dəst mələfə, 12 dəst əl-üz və can dəsmalı, 3 dəst süfrə, 12 ədəd duz qabı, 12 ədəd qənd qabı, 1 ədəd karniz, 6 ədəd tort qabı, 12 ədəd bulud qaşığı, 18 ədəd kasa, şəkil çərçivələri, 2 çıraq, 2 güzgü, 2 sandıq, 1 dəst yataq örtüyü pərdəsi ilə, 5 ədəd adyal rəngarəng, saçaqlı rəngbərəng pərdə, 3 ədəd gül qabı, ütü 1 ədəd, 1 ədəd elektron tərəzi 2 ədəd divan döşəyi. Bununla bağlı məhkəmə qeyd edir ki, nə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin əmlakların çıxarılmasını tələb etməmiş, nədə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin əmlakların ona verilməsini tələb etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 218.3cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də həmin əmlaklara dair tələb olmadığından məhkəmə tələbdən kənara çıxa bilmir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ilk iddia təmin olunduğundan ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızından tutularaq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızının xeyrinə verilməlidir. Həmçinin qarşılıqlı iddia tələbi təmin olunmadığından qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu Əkbərova Elnarə Məhyəddin qızına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızının cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızına qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehin əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair ilk iddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Bərdə şəhər H.Ə.prospekti 6/1 ünvanında yerləşən fərdi yaşayış evindən Əkbərova Elnarə Məhyəddin qızı çıxarılsın və ona məxsus 2 paltar şkafı, 1 ədəd servant, 3 ədəd gəbə, 1 ədəd döşək, 2 yorğan, 2 ədəd çilçıraq, uşaq paltarları, geyim əşyaları cavabdeh Əkbərova Elnarə Məhyəddin qızı tərəfindən İddiaçı mülkiyyətində olan Bərdə şəhər H.Ə.prospekti 6/1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızının cavabdeh İddiaçı qızına qarşı “azyaşlı uşağı ilə birlikdə evə köçmə və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin olunmasın. İş üzrə ilk iddiaya münasibətdə ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərova Elnarə Məhyəddin qızından tutularaq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə verilsin. İş üzrə qarşılıqlı iddiaya münasibətdə ödənilmiş 10 manat dövlət rüsumu Əkbərova Elnarə Məhyəddin qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. 2(021)-1021 SAYLİ MÜLKİ İŞİNDƏ OLAN SƏNƏDLƏRİN SİYAHİSİ Sənədin adı Vərəqə № № 1 Protokol, qərardad, iddia ərizəsi, vəsiqə surəti 1-5 2 Şəxsiyyət vəsiqəsi surəti, etibarnamə, bildiriş surəti 6-8 3 Bildiriş, protokol, qərardad, bildiriş, məhkəmə bildirişlərinin kötükləri 9-15 4 Şəxsiyyət vəsiqələri surətləri, etibarnamə, qəbz, qiymətləndirmə 16-20 aktı 5 Girov müqaviləsi, qətnamə surəti, prptpkol, qətnamə, məktub 21-33 6 Məhkəmə qəbzləri, xəbərnamə, apellyasiya şikayəti 34-40 7 Şəxsiyyət vəsiqəsi surəti, zərf surəti, zərf, protokol, qərardad, 41-47 məktublar C Ə M İ: « 47 » / qırx yeddi / v ə r ə q ə. K A T İ B: V.Y.QARAYEV
Məhkəmə qərarları › İş №2(021)-176/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-176/2021
28.01.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver