Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-176/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarma və tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun icarəsinə verilmiş 0.70 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikintinin sökülməsinə və həmin torpaq sahəsindən çıxarılmasına dair qətanamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun icarəsində Bərdə rayon Bəcirəvan kəndi ərazisində 0.70 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ona kənd təsərrüfatının inkişafı üçün 45 il müddətinə icarəyə verilib. Mübahisəli torpaq sahəsində Cavabdeh heç bir əsas olmadan qanunsuz olaraq tikinti işləri aparır. O, dəfələrlə cavabdehə həmin torpaq sahəsində qanunsuz tikinti işləri aparmasına etiraz etmiş və bu barədə aralarında mübahisələr olmuşdur. Buna baxmayaraq kənd təsərrüfatının inkişafı üçün həmin torpaq sahəsinin onun nəzərdə tutulmuş torpaq sahəsində zorla tikinti işləri aparır. Həmin torpaq sahəsinin icarəsinə verilməsinə dair ******* saylı çıxarış verimişdir. Buna baxmayaraq cavabdeh qanunsuz olaraq obyekt tikdirir. O, cavabdehdən onun icarəsində olan 0.70 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində qanusuz tikinti aparmasına son qoyulmasına və çıxmasını tələb etməsinə baxmayaraq həmin torpaq sahəsindən çıxmır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh onun icarəsinə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikintinin sökülməsinə və həmin torpaq sahəsindən çıxarılmasına dair qətanamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qıznın məhkəməyə vermiş olduğu etirazı təmin olunmadığından o məhkəmə iclas zalını tərk etdi. Cavabdeh isə məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını və iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını zəruri hesab etdi. Məhkəmə iş üzrə Cavabdeh izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Laçın rayon Qorçu kəndində anadan olmuşdur. Laçın rayon Qorçu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA №327073 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş 1525 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə Rayon Bəcirəvan kəndində müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2018-ci il, reyestr nömrəsi-**********25 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1329529 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.70 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində icarə hüququ İddiaçı adına rəsmiləşdirilmişdir. (xx.xx.2018-xx.xx.2063) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A№ 282186 nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.70 ha torpaq sahəsinin hüquq sahibi Bərdə rayon Bəcirəvan Bələdiyyəsi və icarəçi İddiaçıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2021-ci il, reyestr nömrəsi-**********54 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində icarə hüququ İddiaçı adına rəsmiləşdirilmişdir. (xx.xx.2021-xx.xx.2070) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A№ 653553 nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.28 ha torpaq sahəsinin hüquq sahibi Bərdə rayon Bəcirəvan Bələdiyyəsi və icarəçi İddiaçıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2022-ci il, reyestr nömrəsi-**********78 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.0277 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A№ 812945 nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.0277 ha torpaq sahəsinin hüquq sahibi Bərdə rayon Bəcirəvan Bələdiyyəsidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2022-ci il, reyestr nömrəsi-**********78 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.0277 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində icarə hüququ Cavabdeh adına rəsmiləşdirilmişdir. (xx.xx.2022-xx.xx.2042) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A№ 852759 nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.0277 ha torpaq sahəsinin hüquq sahibi Bərdə rayon Bəcirəvan Bələdiyyəsi və icarəçi Cavabdehdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********25 reyestr nömrəli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş 0.70 ha torpaq sahəsinin koordinatları ilə müqaisələndirildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh tərəfindən aparılan tikinti işləri Seriya RX ******* sayli çixarişa əsasən Bərdə rayonu Bǝcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan 0.70 ha torpaq sahəsində aparılmır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Bərdə rayonu Bǝcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrinin koordinatları ilə müqaisələndirildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri Cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı icarəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrində Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmır. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2018-ci il, reyestr nömrəsi-**********25 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1329529 nömrəli Çıxarışa əsasən, Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.70 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində icarə hüququ və qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2021-ci il, reyestr nömrəsi-**********54 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində icarə hüququ İddiaçı adına rəsmiləşdirilmişdir. Həmçinin **********, qeydiyyat tarixi-xx.xx.2022-ci il, reyestr nömrəsi-**********78 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.0277 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində icarə hüququ Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdeh şəhidlər üçün abidə tikdirmək istəyir. İddiaçı şəhidlər üçün abidənin onun icarəsində olan torpaq sahəsində tikildiyini iddia edir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri Cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı icarəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrində Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2-ci maddəsinə görə, Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.3-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 11.13-ci maddəsinə əsasən torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarma və tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-176/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-176/2023
07.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver