Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1774/2024 09.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlu, Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhumə atasının bibisi X1 adına qeydə alınmış, ünvan 1 ünvanda yerləşən, yaşadığı fərdi yaşayış evini Zərqələm Səfərova atası X2 vəsiyyət etmiş miras əmlakın atasının ölümündən sonra,yəni xx.xx.2022-ci ildən özünün sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılmasına dair məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun Vərəsəlik Şəhadətnaməsinin verilməsindən imtina etməsi faktını qeyd etmişdir. Lakin, ərizəsində qeyd etdiyi imtina ilə bağlı sənədi iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2.4-ci maddəsinə əsasən iddia ərizəsində müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. MPM-in 152.1.6-ci maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə məhkəmə ərizəni geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoru qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dair ərizəsi pretenziya qaydasına riayət edilmədiyindən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1774/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1774/2024
09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver