Məhkəmə qərarları › İş №2(021)-1778/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1778/2021

10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1778/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi Üçüncü şəxs X5 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 21 fevral 2021-cu il tarixdə Bərdə rayonunda anadan olmuş X2 doğum faktının, o cümlədən atası X9, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə 04.07.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Maddi imkanları olmadığından 21.02.2021-ci il tarixdə anadan olmuş X7 adlı uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Halhazırda uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, oradan onlara bildirmişlər ki, Azərbaycan Resbublikası Nazirlər Kobinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydaşının 2.5.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmalıdır. Bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hesab edir ki, 21.02.2021-cil tarixdə Bərdə rayonunda anadan olmuş X2 doğum faktının, o, cümlədən atası X9, anası isə Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçünçü şəxs X9 göstərmişdir ki, Ərizəçi ilə 2013-cü ildə evlənmiş, birgə nikahlarından 21 fevral 2021-ci il tarixdə X7 adlı övladları anadan olmuşdur. Lakin onların maddi imkanları olmadığından, başa düşmədiklərindən 21 fevral 2021-ci ildə anadan olmuş oğlu X3 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Onlar hal-hazırda Ərizəçi ilə birlikdə yaşayırlar. X2 atası olduğunu etiraf edir. 21 fevral 2021-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X7 onun oğludur. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X8, X11 və X10 Ərizəçi və X4 2013-cü ildə ailə qurduqlarını, onların birgə nikahlarından 21 fevral 2021-ci il tarixdə X7 adlı övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından 21 fevral 2021-ci il tarixdə anadan olmuş oğlanları X3 doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin və üçüncü şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Kolayır kənd İcra Nümayəndəliyi tərəfindən 04 iyul 2013-cü il tarixdə verilmiş AZ-İ 859125 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X9 və Ərizəçi 04 iyul 2013-cü ildə 14 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon X6 Poliklinkasının 24.04.2021-ci il tarixli 1/252 nömrəli tibbi arayışından müəyyən olunur ki, Ərizəçi 21.02.2021-ci il tarixdə anadan olmuş qız uşağı Rüstəmzadə .... Ruslan qızı hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bərdə rayon X6 Poliklinkasının məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X9 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 21.02.2021-ci il təvəllüdlü Rüstəmzadə .... Ruslan oğlu Bərdə RMX-nın Uşaq poliklinkasında qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinədən keçirilmiş və sağlam olması təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05Q/76-392/40 nömrəli 20 aprel 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Azərbaycan Resbublikası Nazirlər Kobinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının doğumun qeydə alınması bölməsinin 2.5.3-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən valideyinlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Sənəd təqdim edilmədiyinə görə, bu Qaydanın 2.6-cı bəndinə müvafiq olaraq, doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmələri izah edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 21 fevral 2021-ci ildə qız övladı anadan olmuşdur. Ərizəçi ərizəsində uşağın adının Ayan olduğunu qeyd etsə də Bərdə rayon X6 Poliklinkasının məktubdan müəyyən olunur ki, 21 fevral 2021-ci ildə anadan olmuş uşağın adı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 21 fevral 2021-ci ildə Bərdə rayonunda anadan olmuş qız uşağının anadan olması faktı ərizəçinin, üçüncü şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 21 fevral 2021-ci ildə Bərdə rayonunda qız uşağı doğması, atasının X9, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilisin. Ərizəçi 21 fevral 2021-ci ildə Bərdə rayonunda qız uşağı doğması, atasının X9, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar