Məhkəmə qərarları › İş №2(021)-1779/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1779/2021

28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1779/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X6 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh və Aygün Əliyevaya qarşı “qanunsuz hərəkətlərə son qoyulması, torpaq sahəsinin geri qaytarılması və maddi və ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Salahov X3 sakinləri adından cavabdehlər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Cavabdeh və Bərdə rayonu X1rşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlərin 30 ildən artıq Şatırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi sədri işləyən Cavabdeh qanunsuz hərəkətlərini üzə çıxarmaq üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 270-ci maddəsinə əsasən torpaqlarının öz istifadəsinə qaytarılmasına və indiyə kimi onlara maddi və mənəvi zərər vurumuş Cavabdeh hərəkətləri barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci bəndini pozuduğu üçün (hüquqlarından sui istifadə etdiyinə görə) barələrində Azərbaycan Respublikası CM-nin 178.1.2-ci maddələrini, Mülki Məcəllənin 17-ci maddəsinin birinci bəndini pozduqları üçün Mülki Məcəllənin 18-ci maddəsini rəhbər tutularaq torpaq sahələrinin özlərinə qaytarılmasına diar qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı ərizə isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. MPM-in 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Göründüyü kimi iddia ərizəsində mütləq tərəflərin adları, onların poçt ünvanları dəqiq göstərilməlidir. Hazırkı iddia ərizəsindən isə görünür ki, iddiaçı tərəfindən cavabdehlər Bərdə Rayon Şatırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin nümayəndəsi Cavabdeh və Bərdə rayon Şatırlı Bələdiyyəsinin sədri Aygün Əİiyeva göstərilsə də cavabdehlərin hal-hazırda hansı ünvanda qeydiyyatda olmaqları və yaşamaları barədə poç ünvanları göstərilməmişdir. Bundan başqa, Aygün Əiiyevanın ata adı da iddia ərizəsində göstərilməmişdir. Eyni zamanda, iddia tələbində iddiaçının iddia tələbinin nədən ibarət olması aydın göstərilməmişdir. Belə ki, İddiaçı iddia ərizəsində mübahisəli torpaq sahələrinin kimlərin mülkiyyətində olması, həmin torpaq sahələrinin cavabdehlər tərəfindən nə qədər hissəsinin zəbt olunması, həmin torpaq sahəsinə görə onlara dəymiş ziyanın nədən ibarət olması aydın göstərilməmişdir. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərini pozaraq tərtib olunduğundan, həmçinin iddia tələbi aydın olmadığından iddiaçıya geri qaytarılmalıdır. Belə ki, MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsindən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdehlər X4, Bərdə şəhər Bələdiyyəsi və DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh və Aygün Əliyevaya qarşı “qanunsuz hərəkətlərə son qoyulması, torpaq sahəsinin geri qaytarılması və maddi və ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar