Məhkəmə qərarları › İş №2(021)-1780/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1780/2021

07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1780/2021 07.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13, Ərizəçi Məhəmməd qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Hüseynova İradə Məhəmməd qızına və Bərdə Regional “Asan-Xdmət” mərkəzinin notariat kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka qanun üzrə vərəsə kimi tanınmağına və payların müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçiməhkəməyə ərizə ilə müraciət edərək, maraqlı şəxslər Maraqlı şəxs1, Babayev Azər Məhəmməd oğluna, Hüseynova İradə Məhəmməd qızına və Bərdə Regional “Asan- Xdmət” mərkəzinin notariat kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin bərpa edilməi və miras əmlaka qanun üzrə vərəsə kimi tanınmağına və payların müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu ünvan 1 ünvanda yerləşən iki otaqlı, 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi sahəsi 85.14 kv.m olan ev 27 fevral 1989-cu il tarixli Bərdə rayon XDS icrayyə Komitəsinin qərarı ilə Bərdə rayon Texniki İnvetnarlaşdırma Bürosu tərəfindən dayısı Məmmədov Kamil Rzaqulu oğlu adına qeydə alınaraq şəhadətnamə verilmişdir. Dayısı X16 01 iyul 1940-cı ildə anadan olmuşdur. O, 14 noyabr 1974-cü il tarixdə X19 ilə nikaha daxil olmuşdur və birgə nikahdan övladları olmamışdır. Mərhum dayısı 25 iyul 2011-ci il tarixdə xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Mərhum dayısının yoldaşı X19 isə 04 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Mərhumların sağlığında onlara daim həm maddi, həm də mənəvi dəstək olmuşdur. Mərhum dayısının və onun yoldaşının xəstəliyi ilə əlqədar onun qayğısını çəkib qulluq etmişdir. Mərhum dayısının yaşadığı və ondan miras qalmış mənzilin sənədinin olmasının və hətta onun adına olması barədə məlumatı olmamışdır. Lakin bu barədə yalnız mərhum dayısının yoldaşı Məmmədova Turabə Hacı qızının vəfatından sonra vəkil sorğusu əsasında xəbəri olmuşdur ki, Bərdə rayonu, babək küçəsi 3/10 saylı ünvanda yerləşən iki otaqlı 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi sahəsi 85. 14 kv.m olan ev 27 fevral 1989-cu il tarixli Bərdə rayonu XDS İcrayyə Komitəsinin qərarı ilə Bərdə rayon Texniki İnvertarlaşdırma Bürosu tərəfindən mərhum dayısı X28 adına qeydə alınaraq şəhadətnamə verilmişdir. Hazırda da onun adınadır. Bu sorğunun cavabını alan kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün iş üzrə maraqlı şəxs Bərdə regional ASAN Xidmət Mərkəzinin Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin notariat ofisi ərizəsinə baxmamış, mirasın qəbul edilməsi üçün müddətin buraxılmasını və bu səbəbdən də müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi bildirmişdir. Hal-hazırda da mənzildə mərhum dayısının yoldaşı qısa bir müddət olaraq vəfat etməsi ilə əlaqədar heç kəs yaşamır. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, buraxılmış müddət bərpa edilməli və həmin miras ona və digər maraqlı şəxslərin hər birinə 1/5 hissədə bərabər payları müəyyən edilməli, buna dair qanun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Beləki mərhum dayısının onardan başqa vərəsəsi yoxdur. Maraqlı şəxslərdən biri Məmmədova Səmayə Rzaqulu qızı mərhumun bacısı, digər mirasçılar olan Babayev Qalib Məhəmməd oğlu, Babayev Azər Məhəmməd oğlu və X14 və o da daxil olmaqla vəfat etmiş bacısı X3 uşaqlarıdır. Məhkəmə iclasında Ərizəçi Məhəmmd qızı tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1, Babayev Azər Məhəmməd oğluna, Hüseynova İradə Məhəmməd qızına və Bərdə Regional “Asan-Xdmət” mərkəzinin notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, babayeva Aygün Məhəmməd qızı 19 sentyabr 1966-cı ildə Yevax şəhərində doğulmuşdur, Yevlax şəhəri İ.Dəmirov küçəsi m 95A-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin ssurətindən müəyyən olunur ki, Maraqlı şəxs2 12 avqust 1964-cü ildə Yevlax şəhərində doğulmuşdur. Yevlax şəhəri Əfəndiyev küçəsi m 22-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE 14413877 saylı şəxsiyyət vəqisənini surətindən müəyyən olunur ki, Maraqlı şəxs3 Məhəmməd qızı 12 avqust 1974-cü il tarixdə Yevlax şəhərində doğulmuşdur. Yevlax şəhəri, Əfəndiyev küçəsi mənzil 22-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə 392.15 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş İE 314024 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 12 oktyabr 1940-cı ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş İE 258458 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Mamedova Suraya Rzaqulu qızı 1935-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi Məhəmməd qızı 19 sentyabr 1966-cı ildə doğulmuşdur, atası babayev Məhəmməd Kərim oğlu, anası X6r. İş materiallarına əlavə olunmuş Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 183-05/69 nömrəli arayışın surətindən müəyyən olunur ki, X17 21 dekabr 1991-ci ildə Bərdə şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş 26 iyul 2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 23 iyul 2011-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş 11 fevral 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, Məmmədova Surəyya Rzaqulu qızı 10 sentyabr 2000-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş 12 fevral 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, X19 04 yanvar 2021-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş 28 iyun 1968-ci il tarixli, AZ 110081 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 ilə Məmmədova Növrəstə Allahverdi qızı 28 iyun 1968-ci ildə 82 nömrəli akt qeydi ilə evlənmişdir, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş 14 noyabr 1974-cü il tarixli İ-JQ 255922 nömrəli nikah bağlannması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məmmədov Kamil Rzaqulu oğlu ilə Hacıyeva Türabə Hacı qızı 14 noyabr 1974-cü ildə, 135 nömrəli akt qeydi ilə evlənmişlər, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, **********117 nömrəli məktubun surətindən müəyyən olunur ki, X8 adına Bərdə rayonu ünvan 1 ünvanda yerləşən iki otaqlı, 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi mənzil sahəsi 85.14 kv.m olan ev 27 fevral 1989-cu il tarixli Bərdə rayonu XDS İcrayyə Komitəsini qərarı ilə Bərdə rayonu texniki İnventarlaşdırma Bürosu tərəfindən qeydə alma şəhadətnaməsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfidən verilmiş 382/2021 nömrəli 04 mart 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Babayeva Aygün Məhəmməd qızına mirasın qəbul edilməsi üçün müddəti ötürdüyündən məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1020/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, X12 barəsində X37 Xidmət Mərkəzinin notariat ofisi üzrə avtomatlaşdırılmış “Elektron notariat” informasiya sisteminin məlumat axtarış bazasında vərəsəlik işinin açılmasına dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X28 oğlundan miras qalmış Bərdə rayonu ünvan 1 ünvanda yerləşən iki otaqlı, 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi mənzil sahəsi 85.14 kv.m olan evin Ərizəçi Məhəmməd qızı tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmədə müəyyən olundu ki, Ərizəçi Məhəmməd qızı mərhumun bacısı qızı kimi miras əmlakı faktiki olaraq qəbul edərək, idarə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə olmadığından Məmmədova Səmayə Rzaqulu qızının, Maraqlı şəxs1, Babayev Azər Məhəmməd oğlunun, X5 Ərizəçi mirası qəbul etmə müddəti bərpa edilməli və Bərdə rayonu ünvan 1 ünvanda yerləşən iki otaqlı, 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi sahəsi 85.14 kv.m olan evə dair 1/5 hissədə Məmmədova Səmayə Rzaqulu qızının, Maraqlı şəxs1, Babayev Azər Məhəmməd oğlunun, X5 Ərizəçi miras payları müəyyən edilməlidir. Ərizənin qanun üzrə vərəsəlik şəhadətnaməsinn verilməsi hissəsində məhkəmə qeyd edir ki, həmin rayon məhkəmələri tərəfindən həll edilmədiyindən ərizə həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Məmmədova Səmayə Rzaqulu qızının, Maraqlı şəxs1, Babayev Azər Məhəmməd oğlunun, X5 Ərizəçi mirası qəbul etmə müddəti bərpa edilsin və Bərdə rayonu ünvan 1 ünvanda yerləşən iki otaqlı, 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi sahəsi 85.14 kv.m olan evə dair 1/5 hissədə Məmmədova Səmayə Rzaqulu qızının, Maraqlı şəxs1, Maraqlı şəxs2, X5 Ərizəçi miras payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar