Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1782/2023 30.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05.09.*994-cü il təvəllüdlü X6, 0*.0*.2000-ci il təvəllüdlü X7 və 23.*0.200*-ci təvəllüdlü X* onun uşaqları olması faktının müəyyən olunması və uşaqların doğum haqqında şəhadətnamələrində ana soyadlarının “Hətəmova” kimi qeyd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırkı ərizənin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş doğum haqqında arayışlardan müəyyən olunur ki, 05.09.*994-cü il təvəllüdlü X6, 0*.0*.2000-ci il təvəllüdlü X7 və 23.*0.200*-ci təvəllüdlü X* ataları X5, anaları X2 qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi işlərinə baxır. Burada istisna müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələr də təşkil edir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, ərizənin onun uşaqları olması hissəsi ilə bağlı artıq müvafiq şəhadətnamələr vardır və həmin şəhadətnamələrdə ərizəçinin X3, X4 və X* anası olması müəyyən olunur. Belə olan halda ərizənin həmin hissədə təsdiq olunması yolverilməzdir. Məhkəmə tələbin uşaqların doğum haqqında şəhadətnamələrində ana soyadlarının “Hətəmova” kimi qeyd edilməsi hissəsinə münasibətdə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə bağlı bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Məhkəmə həmçinin qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. MPM-nin *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-nin *53.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və əlavə olunmuş səndələr geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin *5*-*53-cü maddələrini rəhbər tutaraq , QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxs Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1782/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1782/2023
30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver