Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1785/2023 27.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X4, Ərizəçi Bərdə rayonu Hüseynbəyli kəndində yaşayan X1 “Tapşırığı yerinə yetirərkən şəhid olma faktın müəyyən edilməsi”nə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: Ərizəçi X2 ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 1969-cu il təvəllüdlü X3 13 noyabr 1994-cü il tarixdə tapşırığı yerinə yetirərkən şəhid olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə X1 adından verilsə də, ərizənin verilməsi üçün dövlət rüsumu Ərizəçi adından keçirilmişdir. Bundan başqa ərizəçiyə məxsus olan AA******* seriyalı şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı Ağayeva deyil, Quliyeva kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə görə, ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa ərizəçi ərizəsində 12 avqust 1969-cu il təvəllüdlü X3 onun oğlu olduğunu göstərsə də, iş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X3 ata qrafasında atası kimi X5, ana qrafasında isə anası kimi X6 qeyd edilmişdir. Göründüyü kimi, ərizəyə əlavə edilmiş sənədlərdən ərizəçi X1 12 avqust 1969-cu il təvəllüdlü mərhum X7 ilə qohumluq münasibətində olub-olmamasını müəyyən etmək mümkün deyildir. Ümumiyyətlə, ərizəçinin məhkəməyə hazırkı ərizəni vermək və ərizəni imzalamaq hüququ olmamışdır. Azərbaycan Respublikasının MPM-nin: 152.1 və 152.1.2-ci maddələrinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən hesab edirəm ki, ərizəçi X1 “Tapşırığı yerinə yetirərkən şəhid olma faktının müəyyən edilməsi”nə dair ərizəsi geri qaytarılmalıdır. Ərizəçiyə izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: Ərizəçi X1 “Tapşırığı yerinə yetirərkən şəhid olma faktının müəyyən edilməsi”nə dair ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1785/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1785/2023
27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver