Məhkəmə qərarları › İş №2(021)-1798/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1798/2022

28.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1798/2022 28.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbə oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əmlakın evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun Bərdə rayon Mehdixanlı kənd İƏD-nin Tağılar kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, həmin evdə olan cehiz əşyalarının cavabdehin öz vəsaiti hesabına evindən çıxarıb aparmasına, mediyasiya xidmətinə görə mediatorun bank hesabına ödədiyi 50 manatın və hazırkı iddia tələbinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə ödədiyi 50 manatın, cəmi 100 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək cavabdeh özünə məxsus əmlakları yaşadığı evdən götürdüyündən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, İddiaçı ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əmlakın evdən çıxarılması tələbinə dair vermiş olduğu iddia ərizəsi İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar